Bazar günü günü, 08 noyabr 2026
     

"Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir" - Vüqar Rəhimzadə

Image


44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizin, eyni zamanda, hərbi qüdrətimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradından üç il keçir. Bu üç ilin Azərbaycanın çoxəsrlik tarixinə hansı mühüm səhifələri yazdığını qeyd etmədən öncə şanlı Qələbəmizi şərtləndirən amillərə bir daha nəzər salmağa böyük zərurət duyulur. Üç il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda keçirilən Zəfər paradı özəlliyi ilə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda belə bir əminliyi ifadə etmişdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Bu inamın ifadə edildiyi tarixdən iki il sonra Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Vətən müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan rəşadətli ordumuz hansı imkanlara malik olduğunu nümayiş etdirdi. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi oldu. Müharibənin başlandığı gündən bir addım belə geri çəkilməyən Silahlı Qüvvələrimizin 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad etməsi böyük gücün, qüdrətin göstəricisi idi. Dünyaya səs salan, bir dastana çevrilən Şuşa əməliyyatı mənfur düşmənin diz çökməsini, kapitulyasiya aktına imza atmasını şərtləndirdi. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizdən bir ay sonra keçirilən Zəfər paradı dünyanın diqqətini bir daha Qələbəmizin yaratdığı reallıqlara, həmçinin 44 günün işıq saldığı həqiqət anına yönəltdi:

"Bu baxımdan ki, Vətən müharibəsi hər zaman qeyd etdiyimiz kimi, kimlərin haqqın, ədalətin, kimlərin isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi. Müharibənin başlandığı andan dünyaya "Azərbaycan tək deyil" mesajını ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi. Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan biri də Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanaraq paradı birgə qəbul etmələri oldu. Bu mühüm addım dünyaya verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu.

Məhz paraddakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım, cənab Prezident İlham Əliyevə aiddir: "Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək".

Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin ərəfədə ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək sənədlərin imzalanmasından sonra mətbuata bəyanatlarında əksini tapan fikirlər postmünaqişə dövrünün hədəfləri barədə aydın təsəvvür yaratdı. Məhz tarixi Zəfərimizdən, onun təqdimatı olan Zəfər paradından çox qısa zaman keçdikdən sonra 2021-ci ilin 15 iyun tarixində - Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiliyini təsdiqləyən sənəd - Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd münasibətlərimizin hazırkı və gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün Türkiyə - Azərbaycan birliyi təkcə xalqlarımız deyil, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır. Çünki iki dost, qardaş, müttəfiq ölkənin siyasəti əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Əsas hədəflərdən biri tarixi Zəfərimizin reallıqları əsasında yeni əməkdaşlıq formatlarının yaradılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığının dünyaya təqdimatı olmaqla bərabər, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olmasının da nümayişinə çevrildi. Xalq-Prezident-Ordu birliyi sayəsində 30 ilin işğalına son qoyulması özündə bütün məqamları ehtiva edir.

Vüqar Rəhimzadə qeyd edib ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında böyük əminliklə vurğuladığı kimi, Azərbaycan dastan yazmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri geniş miqyas alıb. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının qısa müddətdə iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə dünyaya açılması, Zəngilanda birgə investisiya layihəsinin - "Dost Aqro"nun icrasına başlanılması, ümumilikdə türk dövlətlərinin bərpa-quruculuq işlərinə öz töhfələrini, ən əsası hədiyyələrini təqdim etmələri qürurverici hadisələrdir. Şübhəsiz, tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi onun yaratdığı reallıqların dünya tərəfindən qəbul edilməsinin göstəricisidir. Azərbaycan, həmçinin dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edir. Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma forumları bunun bariz nümunəsidir. Məhz bu ərazilərin forum üçün məkan seçilməsi səbəbsiz deyil. Məlum olduğu kimi, bu torpaqlar dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq "ağıllı şəhər" və "ağıllı kənd" layihələri üzrə bərpa edilir. Artıq ilk "ağıllı kənd" olan Zəngilanın Ağalı kəndinin ardınca Ağdam şəhəri ilk "ağıllı şəhər" olacaq.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, postmünaqişə dövrünün əsas hədəflərindən biri azad edilmiş ərazilərimizin bərpasıdırsa, digəri müdafiə gücümüzün daha da artırılmasıdır. Qazandığı uğurlarla kifayətlənməyib hər zaman irəli baxan Azərbaycan üçün bu reallıq inkaredilməz idi ki, Ermənistanda revanşist qüvvələr baş qaldıracaq. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələrinin belə təxribatların qarşısını alması üçün daha güclü olması vacib amillərdən biri idi. Tarixi Zəfərimizdən sonra Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların uğurlu nəticələri, həmçinin bu ilin sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın separatçılardan təmizlənməsi, qondarma rejimin özünü buraxması və sair kimi mühüm hadisələr Azərbaycan Ordusunun gücünün təqdimatı oldu.

Oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Möhtərəm Prezident Xankəndidən Azərbaycan xalqına müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ildə verilən bütün vədləri, qarşıya qoyulan vəzifələri uğurla icra etdim. 8 Noyabr-Zəfər Günündə isə Xankəndi şəhərində hərbi parad keçirildi. Bu parad bir daha dünyaya mühüm mesajları çatdırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi: "Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ