Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın taleyi Azərbaycanla Türkiyənin əlində qaldı...

Image


Məlum olduğu kimi, Ermənistana məxsus yüzlərlə yük maşını Rusiya-Gürcüstan sərhədinin əsas keçidi olan "Yuxarı Lars" məntəqəsində ilişib qalıb. 

"Şimali Osetiya nəqliyyatı idarəetmə mərkəzi"nin saytında yer alan məlumata əsasən, hazırda "Yuxarı Lars" keçid məntəqəsində təxminən 2500 yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir. Rusiya tərəfdən Gürcüstana ümumilikdə 2489 yük maşınının daxil olacağı gözlənilir.

Qeyd olunur ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və hava temperaturunun aşağı olması ilə əlaqədar Gürcüstan-Rusiya sərhədi, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan edilib. Amma heç kimə sirr deyil ki, "Yuxarı Lars" məntəqəsinin bağlanması Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi cəza tədbiridir. Kremlin Ermənistana qarşı iqtisadi rıçaqlarından ara-sıra istifadə etməsini nəzərə alsaq, budəfəki məsələnin də Nikol Paşinyan hakimiyyətinə bir mesaj olduğunu düşünmək olar. Ekspertlər bildirir ki, 2022-ci ildə Ermənistanın 5,42 milyard dollarlıq ixracında Rusiyanın payı 2,643 milyard, yəni ümumi ixracın 45,5 faizini təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici artaraq 52 faiz və ya 2,645 milyard dollar təşkil edib. Belə olduğu halda, Nikol Paşinyan hökumətinin Rusiya ilə xarici ticarət və iqtisadi əlaqələrini Qərbin qoynuna sığınaraq təhlükəyə atması indi İrəvana böyük problem yaradır. Məsələ ilə bağlı Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı yazır: "Ermənistanda indi ciddi çəkildə "Yuxarı Lars" keçid məntəqəsindəki vəziyyətlə məşğuldurlar. Orada ərzaqla dolu ağır yük maşınları yerində dayanıb. Parlamentin "Hayastan" blokundan olan deputat Qarnik Danielyan Ermənistanın "Yuxarı Lars" gömrük attaşesi Vaan Akopyanla əlaqə saxladığını bildirib. O deyib ki, son məlumatlara görə, Larsdan 70 yük maşını qayıdır, yüzlərlə yük maşınının sürücüləri də eyni addımı atmağa hazırlaşır. Deputat sosial şəbəkədə yazıb: "Geri qayıdan maşınlara balıq, meyvə, tərəvəz, quru meyvə, gül yüklənib. Rusiya tərəfi dəfələrlə erməni tərəfinə yazıb ki, bir sıra çatışmazlıqlar və uyğunsuzluqlar var, onları təcili aradan qaldırmaq lazımdır. Xüsusilə bitkiçilik məhsullarının tədarükü zamanı qanun pozuntuları müəyyən edilib. Onların fikrincə, Ermənistan tərəfi nöqsanların aradan qaldırılmasında ardıcıl olmayıb, nəticədə fitosanitar nəzarəti gücləndirilib və oxşar vəziyyət yaranıb. Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsi, Ermənistan İqtisadiyyat Nazirliyi və "Rosselxoznadzor" arasında danışıqlar yekunlaşıb. Bir sözlə, müzakirələr nəticə vermədi və təəssüf ki, müsbət dəyişiklikləri bəyan edə bilmərik. Rusiya tərəfi pozuntuların aradan qaldırılmadığını israr etməkdə davam edir, erməni tərəfi isə problemin başqa sahədə olduğuna eyham vurur". Qeyd edək ki, "Yuxarı Lars"dan asılı olan Ermənistan 2017-ci ildə Gürcüstana alternativ yolun tikintisi ilə bağlı müraciət etmişdi. Ermənistanın keçmiş rəhbərliyi uçqunlar səbəbindən yolun tez-tez bağlanmasını əsas gətirərək "Yuxarı Lars"a alternativ kimi Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsinə çalışırdı. Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etmədi. Tiflis bunu belə əsaslandırdı ki, yolun çəkilişi həm maliyyə və infrastruktur, həm də ekoloji baxımdan çətindir.

İndi belə hesab olunur ki, Ermənistanın bu vəziyyətdən xilası Azərbaycan və Türkiyənin nəqliyyat yollarına qoşulmasından keçir. Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanla sülh əldə etməyi sürətləndirməli, Zəngəzur dəhlizini açmalıdır. Elə gürcü siyasi ekspert Giorgi Qoqua da məsələyə bu prizmadan yanaşır: "Bu gün Azərbaycan tərəfinin təklif etdiyi Zəngəzur dəhlizi təkcə Azərbaycan və Gürcüstanın deyil, bütövlükdə region xalqlarının mənafeyinə xidmət edir. Təəssüf ki, Ermənistan tərəfi bunun əhəmiyyətini dərk etmir. Onsuz da Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa şansı yoxdur. Bu imza nəticəsində rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq. Ermənistan, eyni zamanda, Zəngəzur dəhlizinin açılması üçün də səylərini artırmalıdır". Gürcü ekspert vurğulayıb ki, Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur: "İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir. Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun. Ermənistan Azərbaycanla sülh sazişini imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq. Bu müqaviləni imzalamasa özlərini blokada vəziyyətinə salacaq". Digər gürcü hərbi-siyasi ekspert Vaxtanq Maisaya isə hesab edir ki, Gürcüstanla Rusiya arasındakı yeganə quru yol olan "Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasından ən çox Ermənistan əziyyət çəkir: "Bu gün sərhəd-keçid məntəqəsində ermənilərə məxsus minlərlə avtomobil dayanır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, bu gün bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, düşdükləri bu vəziyyətdən onları yalnız Azərbaycan xilas edə bilər". Onun sözlərinə görə, vəziyyətdən çıxmaq üçün Ermənistan tərəfi mütləq şəkildə sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət Ermənistanın sonunu gətirəcək: "Sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq. Müqavilə imzalandıqdan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artacaq, həm də təhlükəsizliyi təmin olunacaq. Bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq. Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ