Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın yeni Ukrayna olacağı qətiləşdi...

Image


"Artıq hamı həm Ermənistanda, həm də xaricdə rəsmi İrəvanın xarici siyasət vektorunun dəyişdirilməsindən danışır. Bir çoxları bunun artıq başa çatmaqda olduğunu iddia edir, bəziləri isə hətta bu ehtimala şübhə ilə yanaşır. Amma xarici siyasətdə dönüşlə bağlı proqnozlar verməzdən əvvəl bəzi məqamlara nəzər salmaq lazımdır". Bu fikirlər Ermənistanın "Aravot" qəzetində yer alıb.

Nəşr yazır ki, Ermənistan əhalisinin böyük əksəriyyəti və siyasi elitası bəyan edir ki, Rusiya Ermənistana və erməni xalqına xəyanət edib: "Bu vəziyyət, xüsusilə Qərb dövlətlərinin Ermənistana dəstəyi fonunda özünü büruzə verir. Ermənistanın rəsmi müttəfiqi olmayan və onun qarşısında heç bir öhdəliyi olmayan bir sıra Qərb dövlətləri hazırda Ermənistana kifayət qədər maddi, iqtisadi, siyasi və hərbi-texniki yardım göstərirlər. ABŞ və Avropa İttifaqı ölkələri Ermənistana milyonlarla dollar yardım edir, Fransa Ermənistanla hərbi və hərbi-texniki əməkdaşlıq haqqında saziş bağlayır, ABŞ Ermənistan ərazisində erməni-amerikan təlimləri keçirir, enerji sahəsində əməkdaşlığı müzakirə edir. Ermənistandakı Avropa müşahidə missiyasının imkanları artırılır, dialoq kontekstində ABŞ-Aİ üstəvisindəErmənistanın Avroatlantik inteqrasiya imkanlarını müzakirə olunur.  Ermənistan və Rusiyanın maraqlarının üst-üstə düşməməsi, bu iki ölkənin münasibətlərində gərginliyin olması mənzərənin yalnız yarısıdır. Onun digər yarısı isə Azərbaycan və Türkiyə ilə ortaq maraqlara arxalanan Rusiyanın davranışıdır. Elə ötən həftə Rusiyanın bir sıra departamentlərinin - Xarici İşlər Nazirliyinin, Kremlin nümayəndələri Qərbi Cənubi Qafqazda birtərəfli yanaşmada və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdə ittiham etdilər. Bu halda görünən odur ki, Rusiya getdikcə daha çox Ermənistana qarşı yönəlir". Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan qeyd edir ki, belə vəziyyətdə ölkəsi böyük güclərin tapdağına çevriləcək: "Rusiya prezidenti Vladimir Putinin yeni qərarla ordunun hərbi qulluqçularının sayını 1 milyon 320 minə qaldırması hərbi ekspertlər tərəfindən daha böyük müharibəyə hazırlıq kimi qiymətləndirilir. Putinin bu qərarı NATO blokunun genişlənməsilə Rusiyaya qarşı təhdidlərin artması ilə izah olunur. Belə ki, NATO Rusiya sərhədləri yaxınlığında qüvvələr toplamaqda, hava hücumundan müdafiə sistemlərini yerləşdirməkdə davam edir, həmçinin taktiki nüvə qüvvələrini gücləndirir. NATO-ya üzv ölkələrin ümumi hərbi büdcəsi 2023-cü ildə 13% artıb. Ümumilikdə, 2023-cü ildə dünya ölkələrinin birgə hərbi xərci 2,24 trilyon dollara çatıb. Bu onu göstərir ki, dünya mövcud məsələlərin hərbi yolla həlli variantına hazırlaşır. Bu o demək deyil ki, böyük müharibələr qaçılmazdır. Bu, həm də o deməkdir ki, yaxın gələcəkdə regional hərbi münaqişələr genişlənə bilər. Onda Ermənistanın çəkişmə meydanı olacağını indidən görmək mümkündür".

Digər erməni politoloq Benyamin Matevosyan da olduqca bədbindir. O, Qərbin Ermənistanı müdafiə etməyəcəyini düşünür: "NATO baş katibi Yens Stoltenberq hesab edir ki, Qərb silah tədarükünü artırmasa, Ukraynanın vəziyyəti daha da pisləşə bilər. Onun fikrincə, Kiyev kritik vəziyyətdədir və hesab edir ki, pis xəbərlərə hazırlaşmaq lazımdır. Bəs bu, Ermənistan üçün nə deməkdir?

2022-ci ilin sentyabrında rus qoşunları Xarkov vilayətini, noyabrda Xersonu tərk etdilər və məhz bu dövrdə Paşinyan batan rus gəmisini tərk etmək qərarına gəldi. 10 noyabr sazişindən imtina edib, oktyabrın 6-da Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Paşinyan, onun siyasi komandası, media və ona xidmət edən ekspertlərin bütün sonrakı xarici siyasət taktikası "Rusiya gəmisi batır" və "parlaq Qərb qatarına minmək lazımdır" ideyası ətrafında dövr etdi. İndi məsələ Ukrayna cəbhəsindəki vəziyyətin, Rusiya ətrafında və diplomatik sahədə dönüş nöqtəsindən sonra Paşinyanın davranışının necə olacağıdır. Məsələ ilk baxışdan göründüyündən qat-qat ciddidir. Bütün ölkənin və Ermənistanın hər bir sakininin təhlükəsizliyi bundan asılıdır. Və bu mübaliğə deyil. Paşinyanın 2022-ci ilin payızında aqressiv və açıq şəkildə həyata keçirməyə başladığı strateji kurs təkcə gülünc deyil, həm də təhlükəli görünür. Ermənistan hakimiyyəti, obrazlı desək, artıq çoxdan getmiş "qatara" minmək istəyir. İmperatorluğun xarabalıqları altında qalmaq istəməyən şəxs ölkəni öz əli ilə bilərəkdən çıxılmaz vəziyyətə saldı". Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə bildirir ki, Qərbdən, xüsusən də onun Cənubi Qafqazdakı fəaliyyətindən yaxşı heç nə gözləməyə dəyməz: "Görürük ki, hazırda Fransa Ermənistana hərbi texnika verir, silah vermək niyyətindədir, Böyük Britaniya ilə də bəzi razılaşmalar var. Onlar sadəcə yaşamaq üçün pul versəydilər, eybi yox. Amma silah verirlər. Sual budur: onlar nə üçün silahla təmin edirlər? Qərb bunu regionda eskalasiya və gərginliyi artırmaq üçün edir. Qərb dünyanın istənilən yerində oxşar ssenarini həyata keçirir. Onlar üçün bu gün Rusiyanın ətrafında alışdırmaq istədikləri bir neçə "qaynar nöqtə" var. Son illərdə Ermənistan və Azərbaycan sərhədləri boyunca Qərbin düşməni olan İrandır. Və bu gün Ermənistan vasitəsilə Qərbin Rusiya və İranı müşahidə etmək imkanı var. Ona görə də Ermənistanda ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir. Bu vəziyyətdə Ermənistan Rusiyaya və İrana qarşı alət kimi çıxış edir. Ermənistan üçün Ukrayna ssenarisinin variantı hazırlanır. Ermənilər başa düşməlidirlər ki, onların nə Aİ ölkələri ilə, nə də Amerika ilə sərhədləri var ki, bir növ bu kartı oynamağa cəhd etsinlər. Sadəcə olaraq, bu cür hərəkətləri ilə dövlətlərini böyük təhlükə qarşısında qoyurlar. Onları dərhal dayandırmaq lazımdır".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ