Bazar günü günü, 08 noyabr 2026
     

Zəngəzura qarşı "Araz dəhlizi" - İran "gündəmdən çıxardıq" dedi...

Image


Abutalıb Səmədov: "Zəngəzur dəhlizi ideyasından imtina olunmayıb, olunmayacaq"

Hamı anlayır ki, "Zəngəzur dəhlizi" ideyasını həyata keçirmək mümkün deyil. Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Araz dəhlizi" mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib: 

"Hamı etiraf etdi ki, "Zəngəzur dəhlizi" kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir".

O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb. İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.

"Müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb" deməklə, səfir hansı tədbirləri nəzərdə tutur və "Araz dəhlizi" "Zəngəzur"u doğrudan da gündəmdən çıxara biləcəkmi?

Müstəqil siyasətçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, İran səfirinin bəyanatı daha çox İran dövlətinin arzularını ifadə etməkdən ibarətdir: "Qərb İranı bölgədən vurub çıxarmaq istəyirdi. Ancaq görülən tədbirlər nəticəsində bu fikirdən əl çəkdi. Birincisi, İranı bölgədən vurub çıxarmaq qeyri-mümkündür. İranın təsirini azaltmaq olar. Bu hər zaman Qərbin gündəliyində olub. Bundan sonra da daim olacaq. İranın ilk növbədə Ermənistana təsirini, bölgədə çəkisini azaltmaq istiqamətində Qərb  heç zaman fəaliyyətini dayandırmayacaq. "Araz dəhlizi"nin  ortaya çıxması daha çox Ermənistanın qeyri - konstruktiv mövqe tutmasını həm dünyanın, həm də ermənilərin özünün diqqətinə çatdırmaqla əlaqədar idi. Azərbaycan prezidentinin köməkçisi bəyan etdi ki, artıq Zəngəzur dəhlizi bizim üçün o qədər də cəlbedici deyil. Biz İrandan keçməklə, Naxçıvanla Azərbaycanın əsas hissəsinin əlaqəsini təmin edə bilərik. Bu, Zəngəzur dəhlizindən imtina kimi qiymətləndirilə bilərmi? Təbii ki, yox. Sadəcə,  Azərbaycan Ermənistanı bir daha düşünməyə məcbur etmək istədi. Sənin dünyaya çıxışın Gürcüstan, İran və Rusiya tərəfdəndir. Rusiya "Yuxarı Lars" keçid məntəqəsini tez - tez bağlayır, gah da müəyyən problemlər yaradır. O problemlər son günlər kifayət qədər artıb. Bundan sonra da Rusiya əlində olan imkanlardan istifadə edib, Ermənistanı cəzalandıracaq. Cəzalardan biri də həmin keçid məntəqəsini Ermənistan məhsulları üçün bağlamaqdan ibarət olacaq. Bu səbəbdən Ermənistanın həm Türkiyədən keçib Avropa və Aralıq dənizinə çıxması, həm də Azərbaycandan keçmək imkanı əldə etməsi onun üçün son dərəcə vacibdir. Əslinə qalsa, Zəngəzur dəhlizinin  açılmasında hamıdan çox maraqlı olan tərəf elə Ermənistandır. Onlarda da belə bir təsəvvür var idi ki, Zəngəzur dəhlizi Azərbaycan üçün ölüm-dirim məsələsidir. Ermənistan burda öz şərtlərini diqtə edə bilər. Azərbaycan da bu məsələdə çox maraqlı olduğu üçün, istənilən güzəştə getməyə hazır ola bilər. Bu səbəbdən, Hikmət Hacıyev açıq şəkildə bildirdi ki, biz İrandan keçməklə Azərbaycanla Naxçıvanın əlaqələrini təmin edə bilərik. Sən düşün bu barədə nə edəcəyini. Ermənistan da düşünür. Əvvəl erməni kəsişməsi desələr də, indi Zəngəzur dəhlizinə sülh kəsişməsi deyirlər. Hara gedirsə, o layihəni təqdim edir, dəhlizin açılmasını istəsə də, bildirir ki, dəhlizə rus sülhməramlıları nəzarət etməsin. Ancaq 10 noyabr bəyanatının 9 - cu bəndində açıq şəkildə qeyd olunub ki, yola nəzarət Rusiya sərhədçilərinə tapşırılmalıdır. Mən hesab edirəm ki, Zəngəzur dəhlizi ideyasından imtina olunmayıb, olunmayacaq. Hətta nəzərə alsaq ki, bizim İranla münasibətlərimizdə daim problemlər yaranır və Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yol mütləq alternativli olmalıdır, mütləq Zəngəzur dəhlizindən də gəlməyə imkanlarımız olmalıdır ki, gələcəkdə İranla problemlər yarananda yolu bağlayıb, Azərbaycana qarşı bundan təzyiq vasitəsi kimi istifadə etməsinlər. Ancaq problemlərimiz daim olacaq. Çünki çox təəssüf ki, İran hər şeydə yalnız öz dövlət maraqlarını düşünür. Bəzən diqtə etmək marağına da düşür. Təbii ki, bu da qəbulolunmazdır. Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla yaxından əməkdaşlıq edir, ancaq Azərbaycanın İsraillə hərbi əməkdaşlığına qısqanclıqla yanaşır. Əgər həqiqətən də bu pisdirsə, ilk növbədə sən də Ermənistanla əməkdaşlığa getməməli idin. Öz dövlət maraqlarını düşünüb belə bir addım atırsansa, bilməlisən ki, Azərbaycanın da özünü müdafiə etmək hüququ var, bütün imkanlardan istifadə edə bilər. Ona görə də, mən hesab edirəm ki, İranla gələcəkdə aramızda yaranacaq problemləri nəzərə alıb, Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıyıq. Mən güman edirəm ki, artıq Ermənistan da Zəngəzur dəhlizinin açılmasının Azərbaycandan daha çox özünə lazım olduğunu dərk edir. Əks halda, onu çox ağır günlər gözləyir. Mənim fikrimcə, yaxın günlərdə dəhlizin açılması istiqamətində danışıqlar sürətlənəcək və sülh sazişini, kommunikasiya xətlərinin açılması məsələsini yaxın aylarda həll etmək mümkün olacaq".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ