Bazar günü günü, 08 noyabr 2026
     

Avropanın bütün təşkilatları Ermənistana doluşub - Rusiya "yatıb"...

Image


Mehman İsmayılov: "Avropa İttifaqının ən müxtəlif strukturlarının nümayəndələrinin Ermənistana ardıcıl səfərlər etməsi təsadüfi deyil" 

Ermənistanda antirusiya siyasəti günü-gündən daha tünd rəng almağa başlayıb. Sözsüz ki, bunun səbəbi Ermənistanın Avropa ölkələri ilə həddən artıq yaxınlaşmasıdır. 

Son zamanlar Avropa ölkələri təşkilatlarının, xüsusən də Avropa İttifaqı qurumlarının Ermənistanla əməkdaşlığı dərinləşdirməsi diqqətdən qaçmır. Eyni zamanda Avropa qurumları Ermənistanı su yoluna çevirib, biri gedir, o biri gəlir. 

27-29 noyabr tarixlərində Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri Ermənistana gəliblər. Nümayəndə heyətinin tərkibində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İnvestisiya Bankının (AİB) və Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyi olan "Frontex"in nümayəndəsi də təmsil olunub. 

Görüş iştirakçıları əməkdaşlığın daha da gücləndirilməsi və islahatların həyata keçirilməsi yollarını, o cümlədən enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, tədqiqatlar və investisiyalar vasitəsilə innovasiya sahələrində müzakirə ediblər. Aİ və Ermənistan ədliyyə və polis islahatları sahəsində əməkdaşlığın davam etdirilməsində, miqrasiya məsələləri üzrə əməkdaşlığın gücləndirilməsində və Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması imkanlarının araşdırılmasında maraqlı olduqlarını bildiriblər. Bu barədə Aİ nümayəndə heyəti açıqlama verib. 

Gördüyünüz kimi, Avropanın neçə qurumu - maliyyə, hərbi, siyasi xarakterli qurumlar Ermənistana gəliblər. Nə baş verir?

"Baş verən odur ki, bu səfərlər, bu dəstəklər, səsləndirilən bəyanatlar Ermənistandan  antirusiya, antiiran müstəvsində platforma yaratmaq üçündür" 

Politoloq Mehman İsmayılov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Avropa İttifaqının ən müxtəlif strukturlarının Ermənistana ardıcılı səfərlər etməsi, Avropa məmurlarının Ermənistana dəstək məqsədilə  səsləndirdikləri bütün bəyanatlar, həyata keçirilən siyasi texnologiyalar Ermənistandan  antirusiya, antiiran müstəvsində platforma yaratmaq üçündür: "Avropa İttifaqının ən müxtəlif strukturlarının nümayəndələrinin Ermənistana ardıcılı səfərlər etməsi təsadüfi deyil. Baş verən odur ki, bu səfərlər, bu dəstəklər, səsləndirilən bəyanatlar Ermənistandan  antirusiya, antiiran müstəvsində platforma yaratmaq üçündür. Avropa İttifaqının Ermənistanın iqtisadiyyatına verəcəyi dəstək, təbii ki, Ermənistanın əli ilə Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına xidmət edir. Ermənistanın təbii resursları yoxdur, intellektual potensialı da Avropanı cəlb edəcək dərəcədə deyil. Ermənistanın sərhədlərinin möhkəmləndirilməsi, Ermənistana investisiyaların qoyulması, hərbi potensialının gücləndirilməsi, bütün bu məsələlər onu  Rusiyaya qarşı qızışdırılmağa sövq edən Avropayönlü təşviqat və təbliğatdır. Bu, Ermənistanın gələcəyinə hesablanmış addımlar deyil. Onun gedə biləcəyi ən doğru və ən qısa yol Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq, sülh müqavləsi imzalamaq, ərazi iddialarından əl çəkməkdir. Ermənistanın gedə biləcəyi başqa bütün yollar yanlış yollardır. Qərb Azərbaycana Avropa İttifaqının, Avropa parlamentarilərinin əli ilə də təzyiq düzənləyir ki, ölkəmizə edilən təzyiq erməni cəmiyyəti tərəfindən ermənilərə edilən bir dividend kimi qəbul edilsin. Digər tərəfdən, bunlar Azərbaycanı da antiiran, antirusya müstəvisində hərəkət etməyə məcbur etmək istəyirlər. Təbii ki, Azərbaycanın özünün müstəqil siyasəti var və xarici qüvvələrin diqtəsi ilə siyasət yürüdən ölkə deyil".  

"Birləşmiş Şatatlar, Avropa İttifaqı istəyirlər ki, Azərbaycan da Güney Qafqazda Ermənistanın oynadığı destruktiv oyunu oynasın" - deyən M.İsmayıov qeyd etdi ki, o səbəbdən də Azərbaycana ermənilərin əli ilə təzyiq edirlər. "Azərbaycana qarşı aparılan qara təbliğat kampaniyası ermənilərə verilən "mükafat" kimi dəyərləndirilir. Nə qədər Azərbaycana qarşı təzyiq həyata keçirilirsə, ermənilər bir o qədər həvəslə Qərbin yaxasından  asılırlar və antirusiya-antiiran müstəvisində hərəkət edirlər. Bu addımlar hamısı perspektivsizdir, onlar Güney Qafqaza sülh gətirmək üçün deyil. Kollektiv Qərbin ayrı-ayrı üzvlərini nə  Güney Qafqazda, nə də dünyanın başqa yerlərində sülh prosesləri maraqlandırmır". 

Azərbaycanın Qərbə çox gərəkli ölkə olduğunu vurğulayan M.İsmayılov əlavə etdi ki, Azərbaycana təzyiq edib onu Qərbin çətirtinin altına girməyə sövq etmək istəyirlər. Azərbaycanı da Ukraynalaşdırmaq, Suriyalaşdırmaq istəyirlər deyən M.İsmayılovun fikrincə, Qərbin hansısa demokratik proseslərə dəstək vermək istəyi var idisə, Gürcüstan ərazisinin 20 faizin işğalda qalmasına dözməməli, Ukraynanın Krım yarımadasının işğalına yol verməməli idi. "Bütün bunlar oyunlardır, özü də Ermənistanın lehinə olmayan oyunlardı. Avropa İttifaqının müvafiq strukturtlarının Ermənistanda tapa biləcəyi hər hansı iqtisadi-siyasi, geosiyasi bir dividend yoxdur. Nə Avropa İttiifaqı Ermənistanı dəstəkləməklə, qızışdırmaqla pozitiv nəticə əldə edə biləcək, nə də ermənilər bu dəstəkdən özləri üçün tarixi mükafat qazanacaq. Bu yanlış yoldur"-deyə M.İsmaylov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ