Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan Rusiyadan ayrılsa, iqtisadi fəlakətə düşəcək?...

Image


"Yuxarı Lars" keçid məntəqəsi ətrafında baş verənlər Ermənistanın Azərbaycan və Türkiyənin tranzit imkanlarına nə qədər ehtiyac duyduğunu bir daha təsdiqləməkdədir. 

Hazırda görünən budur ki, Kreml İrəvanı ilk olaraq iqtisadi müstəvidə cəzalandırmağa başlayıb. Elə bu fonda da "Yuxarı Lars" keçid məntəqəsi bağlanıb.

Hazırda baş verənlər Ermənistanda fəlakət kimi qəbul olunur. Ermənistanın "Apaven" nəqliyyat-logistika şirkətinin direktoru Qagik Ağacanyan bildirir ki, "Yuxarı Lars" keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir: "Yuxarı Lars" keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz. Bu bir simvoldur. "Yuxarı Lars" keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir, çünki başqa yerlərdə çətin tapılan mallar Rusiyadan Ermənistana gəlir. Ermənistana taxıl haradan gəlir? Biz 400 min ton buğda idxal edirik ki, bunun da əhəmiyyətli hissəsi Rusiyadan gətirilir. Siyasətçilər təsərrüfat subyektlərinin fəaliyyətinə qarışıb, "Yuxarı Lars" keçid məntəqəsini bağlamağa hazırlaşdıqlarını deməsinlər. Sahibkarlıq subyektləri bu işi necə təşkil etməyi və maksimum gəlir əldə etməyi daha yaxşı bilir". Ağacanyanın sözlərinə görə, son illər aviadaşıyıcılar Ermənistan hökumətinin üzvləri və prezidenti ilə cəmi dörd dəfə müzakirələr aparıblar: "Bəzən bu müzakirələr öz bəhrəsini verir, lakin biz siyasətçilərə kortəbii şəkildə müəyyən bəyanatlar verməyi qadağan edə bilmərik". Qeyd edək ki, Rusiya artıq bir həftədir Ermənistandan gedən və kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının "Yuxarı-Lars" keçid məntəqəsindən keçməsinə qadağa qoyub. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Ermənistandan gül və meyvə-tərəvəz məhsullarının bir hissəsinin ölkəyə keçidinə icazə verməyib. Bildirilib ki, həmin məhsullarda zərərli orqanizmlər və pestisidlər aşkarlanıb. Ümumiyyətlə, "Rosselxoznadzor" Ermənistandan bitkiçilik məhsullarının tədarükü zamanı pozuntuların tez-tez baş verməsindən narahatlığını bildirib. Agentliyin saytında qeyd edildiyi kimi, 2023-cü ildə "Rosselxoznadzor"un ərazi idarələri Ermənistan Respublikasından gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərvericilərin aşkarlanması ilə bağlı 72 fakt müəyyən edib. Eyni zamanda, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb - təkcə noyabrın 24-dən 26-dək Rusiyaya çirklənmiş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, alma idxal edilməsi ilə bağlı 36 fakt üzə çıxıb. Bu fonda da Ermənistana aid təxminən 1 700 yük avtomobili "Yuxarı Lars" keçid məntəqəsi vasitəsilə Gürcüstan-Rusiya sərhədindən keçmək üçün gözləyir.  Bunlar fonunda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, Rusiya və Ermənistan "Yuxarı Lars" keçid məntəqəsindəki vəziyyəti müzakirə edəcək. Nazir deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin təcili iclasını çağırıb. İclasda "Yuxarı Lars" keçid məntəqəsində yaranmış gərginlik ətrafında müzakirələr aparılacaq.

Baş verənləri şərh edən parlamentin "Hayastan" blokundan olan deputat Tadevos Avetisyan qeyd edir ki, indi yaşananlara səbəb Nikol Paşinyan iqtidarının yanlış siyasətidir: "Yuxarı Lars" keçid məntəqəsi ilə bağlı problemlərin həllinin zəruriliyi barədə bəyanata cavab olaraq Ermənistan hakimiyyəti hər şeyi yenidən "eks"lərin üzərinə atır və bildirir ki, bu məsələləri 15 il əvvəl həll etməli idilər. 15 il əvvəl Ermənistan nə etməli idi? Larsı zəbt etməli idi?". O qeyd edib ki, yaxınlaşan Yeni il bayramları fonunda aktiv ixrac mövsümü başlayır və Ermənistanın sahibkarlıq subyektləri bütün il ərzində zərərlə işləsələr də, indi ümid edirdilər ki, heç olmasa bu müddət ərzində mənfəət əldə edə bilərlər. Amma bu da baş vermir. Hakimiyyət satış bazarının şaxələndirilməsinə istinad edir, lakin Rusiya bazarı üçün nəzərdə tutulan "Yuxarı Lars" keçid məntəqəsində qalan mallar Avropada rəqabətədavamlı deyil. Hakimiyyətin danışdıqları ən yaxşı halda uzaq gələcəyin məsələsidir və bugünkü problem konseptual yanaşmaların işləndiyini bəyan etmədən, operativ şəkildə həll edilməlidir". O, hökumət nümayəndələrinin ixrac üçün nəzərdə tutulan məhsulların daxili bazarda da satıla biləcəyi ilə bağlı yanaşmasını tənqid edib: "Söhbət 6 milyard dollarlıq ixracdan gedir. Ermənistanda belə bir məbləğə əlavə tələb yaratmaq mümkün deyil. Ermənistan hakimiyyəti verdiyi vədləri yerinə yetirmədi və Rusiya-Ermənistan iqtisadi əlaqələri, eləcə də Rusiya-Ukrayna müharibəsindən yaranmış vəziyyət hesabına yüksək iqtisadi artım təmin edildi. Hakimiyyət ixrac iqtisadiyyatını belə stimullaşdırır? Bu arada İqtisadiyyat Nazirliyi hesab edir ki, baş verənlər yaxşı dərs olacaq və bütün bunlar iş adamlarının itkiləri ilə bağlıdır". Erməni müxalifəti Paşinyan hökumətini yarıtmaz siyasət yürütməkdə, anlaşılmaz xarici siyasət kursu həyata keçirməklə Moskvanın qəzəb oxunu üzərinə çəkməkdə ittiham edir.  Amma Paşinyan aparatının rəhbəri Arayik Arutyunyan isə bəyan edib ki, Larsın bağlanmasının heç bir iqtisadi təsiri yoxdur və yeni bazarlar tapmaq mümkündür. Bundan əlavə, erməni rəsmisi diasporaya müraciət edərək, erməniləri Ermənistan istehsalı olan malları almağa səsləyib və bununla da məsələni bitmiş hesab edib. Arutyunyanın fikrinə görə, diaspor erməniləri bu malları almağa üstünlük versələr, iqtisadi problemi həll etmiş olacaqlar. Bütün bunlar isə, hətta Ermənistanın özündə istehza ilə qarşılanır. Amma görünən odur ki, Ermənistanın Rusiyadan qopma cəhdi artıq iqtisadi fəlakətlə nəticələnməkdədir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ