Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ İran ətrafına böyük hərbi qüvvə cəmləşdirdi - Tehran hər an vurula bilər...

Image


İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandiri Əlirza Təngsiri xəbərdarlıq edib ki, ABŞ gəmiləri Fars körfəzində "ağıllı" hərəkət etməlidir, çünki onlar raket məsafəsi daxilindədirlər. 

Bundan başqa o qeyd edib: "ABŞ-ın Körfəzdə ağıllı davranması sağlam düşüncədir. Onların son illərdə Fars körfəzində görünmələri sırasında bir qarış belə sularımıza daxil olmaları ilə bağlı bir hal olmayıb. ABŞ Fars körfəzində olanda özləri də bilirlər ki, Hörmüz boğazı bizim əlimizdə olan bir "çanta"dır və onlar tamamilə bizim raket və silahlarımızın hədəfindədir. Gərək heç vaxt bizimlə vuruşmağa və ya duelə girməyə çalışmasınlar".

Tanqsirinin sözlərinə görə, İranda Amerika gəmilərinin bütün hərəkətləri ilə bağlı foto və video materiallar var. Qeyd edək ki, bu günlərdə ABŞ Mərkəzi Komandanlığı bildirib ki, "Duayt Eyzenhauer" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika zərbə qrupu Hörmüz boğazından keçərək Fars körfəzinin sularına daxil olub. Qrupa flaqman təyyarədaşıyan gəmi, idarə olunan raket kreyseri, esmineslər və doqquz təyyarə eskadrilya daxildir. Məlumata görə, Amerika gəmiləri ilə bir Fransız freqatı olan "Lanqedok" da bölgəyə gəlib. Bütün bunlar İrana bağlı qüvvələrin İraq və Suriyada ABŞ hərbi bazalarına qarşı hücumlarının artması fonunda baş verir. Məhz bu hal ABŞ-ın İrana zərbələr endirmə ehtimalını xeyli artırıb. Bunu NATO-nun baş katibi Yens Stoltenberqin açıqlamaları da təsdiq edir. Onun sözlərinə görə, İraqdakı və Suriyadakı ABŞ bazalarının vurulması və ticarət gəmilərinə hücumlar eskalasiya risqini göstərir. Stoltenberq qeyd edib ki, İran öz proksilərini nəzarətdə saxlamalıdır: "İran Yaxın Şərqdə İranyönlü qüvvələrin sabitliyi pozan hərəkətlərini dayandırmalıdır. Biz ABŞ-ın İraq və Suriyadakı mövqelərinə pilotsuz təyyarələr və raket zərbələri, eləcə də kommersiya gəmiçiliyinə hücumlar gördük. Bu, eskalasiya risqini artırır. İran öz etibarlı qüvvələrini cilovlamalıdır". Stoltenberq qeyd edib ki, iranpərəst qüvvələrin hərəkətləri NATO-nun Yaxın Şərqdə geniş mövcudluğu fonunda, o cümlədən alyansın İraqda öz imkanlarını artırmaq missiyasının bir hissəsi kimi həyata keçirilir. Bundan öncə ABŞ prezidenti Co Bayden də İran Yaxın Şərqdəki Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə onlara cavab veriləcəyini açıqlayıb. ABŞ lideri xəbərdarlıq edib ki, rəsmi Tehrandan ABŞ ordusuna qarşı reaksiya davam edərsə, Vaşinqton cavab verəcək. Bayden vurğulayıb ki, ABŞ ordusu Yaxın Şərq regionunda İsrail və Fələstin arasında gərginləşən münaqişəyə görə deyil, terrorçu qruplarla mübarizə üçün orada yerləşdirilib. İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami isə vurğulayıb ki, ABŞ İrana və onunla əlaqəli infrastruktura hücum etməyə cəsarət etsə, cavab təsəvvüredilməz olacaq: "Bu, ABŞ-ın bizə qarşı ilk hədəsi deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş versə, səhvlərə yol versələr, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq. İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edir və bundan sonra da müdafiə edəcək. Suriyalılar öz ölkələrini müdafiə edə bilərlər, lakin kömək istəsələr, İran onlara dəstək verəcək. Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. Biz indi İraq və digərləri ilə birlikdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, artıq Fars Körfəzi və Oman dənizi sahillərində İran İnqilabı Keşikçiləri Korpusunun bütün yeraltı raket və pilotsuz bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu addım ABŞ-ın bölgədəki hərbi mövcudluğunun genişlənməsinə cavab sayılır. Baş verənləri İsrail də diqqətlə izləyir. İsrailin keçmiş xarici işlər naziri, müxalif "Yisrael Beytenu" Partiyasının sədri Aviqdor Liberman qeyd edir ki, İsrail hökuməti Livan və Yəməndə İranın dəstəklədiyi terror qruplaşmalarının təxribatlarına daha sərt cavab verməlidir. Sabiq nazir "Hizbullah" terror təşkilatının İsrailin şimal bölgəsini tez-tez hədəfə almasını qəbuledilməz adlandırıb. Liberman əlavə edib ki, İsrail "Hizbullah"ı sərhəd bölgəsindən geri çəkilməyə məcbur etməlidir: "İsrail dövləti yumruq torbası ola bilməz, "Husilər"lə əlaqədar baş verən hər şey dözülməzdir". Keçmiş nazir vurğulayıb ki, İrana bağlı bu qüvvələrə qarşı ABŞ-ın da daha sərt addımlar atmasına ehtiyac var. Məhz bu fonda ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraq və Suriyada ABŞ hərbçilərinə qarşı hücumlar dayandırılmayacağı təqdirdə İrana bağlı qruplara yeni zərbələrin endirilməsi ehtimalını açıq saxlayıb. Bu durumda ABŞ ordusu Suriyada bir neçə həftə ərzində üçüncü hava hücumunu həyata keçirərək, Albu Kamal qəsəbəsi yaxınlığındakı təlim obyektini və Mayadin şəhəri yaxınlığındakı İrana bağlı sığınacaqları vurub. Ostin bildirib ki, Suriyanın şərqindəki son hava zərbələri İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qrupların istifadə etdiyi obyektləri hədəf alıb: "Bu zərbələr İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlara görə bilavasitə məsuliyyət daşıyan bu qrupların fəaliyyət azadlığını sarsıtmaq üçün nəzərdə tutulub".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ