Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanı "Orta dəhlizə" qoşmaq planlarına qarşı Əliyevin "İqtisadi Zirvə gedişi"... - Aydın QULİYEV yazır...

Image


1998-ci ildə əsası qoyulmuş Mərkəzi Asiya dövlətlərinin  iqtisadiyyatı üçün BMT-nin Xüsusi proqramının 25 illiyi bu günlərdə Bakıda dövlət başçılarının Zirvə formatında qeyd olundu. Hadisənin özü tarixi faktdır. Dövlət başçılarının Zirvə formatının ilk dəfə, həm də Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilməsi də önəmli faktdır. O da bir faktdır ki, geosiyasi və coğrafi olaraq Mərkəzi Asiya ölkəsi sayılmadığı halda, Azərbaycan da bu böyük regional iqtisadi platformanın rəsmi üzvüdür. 

Təbii ki, bu status Azərbaycana sadəcə hədiyyə edilməyib, bunun arxasında Azərbaycanın iqtisadi, siyasi, logistik və tranzit olmaqla böyük güc göstəricilərinin dayandığını mütləq görmək lazımdır. BMT Mərkəzi Asiya ölkələrindən nə istəyir? Bu istəklərin reallaşmasında Azərbaycan hansı təsirlərə malikdir? BMT Mərkəzi Asiyanın, Xəzərin   və Azərbaycanın ard-arda düzülmüş olduğu məkanda özü üçün nələri cəlbedici saydı? Bax məsələ buradadır. Mərkəzi Asiyanı özünün böyük potensialları ilə dünya sisteminə qoşmağın ən qısa, ən səmərəli yolu Azərbaycandan keçir. Azərbaycan olmasa, Mərkəzi Asiya öz zənginliklərinin içində boğulub gedər. Demək, Azərbaycan BMT-nin mühüm iqtisadi platformasına böyük töhfə potensialı ilə gəlib, daha doğrusu daxil edilib. Nəinki gəlib, həm də yaradıcı və təşəbbüskar mövqe göstərir, platformanın məzmununu yeniləşdirmək və genişləndirmək gücündə olan gedişlər edir.

Prezident İlham Əliyevin Zirvədə bir məlumatı bu nöqteyi-nəzərdən cəlbedicidir. "Biz Zirvəyə Platformanın üzvü olmayan Gürcüstanı və Macarıstanı da qonaq kimi dəvət etmişik və bu gələcəkdə daha geniş əməkdaşlıq formatlarına yol açacaq"... Prezident hansı əlavə platformadan danışır?

İlham Əliyevin növbəti dəfə hadisələri qabaqlamış bu bəyanatının izahına bir azdan yenə qayıdarıq. Burada zamanı qabaqlayan və cəlbedici geosiyasi mətləblərin olduğuna yenidən nəzər salarıq.

İndi isə bölgəmizdə planlanan yeni geosiyasi layihələrə Qərbdən gələn bəzi "islahatçı" baxışlara nəzər yetirək.

ABŞ Dövlət katibinin köməkçisi Braynın 15 noyabrda Konqresdə "Qarabağ müzakirələrində" və bu günlərdə verdiyi bəyanatlara baxaq. Bu bəyanatlar Azərbaycanın yeni reallıqlarından olan Zəngəzur dəhlizinə alternativ kimi uydurulmuş Paşinyanın mifik "sülh kəsişməsi" layihəsi ilə necə də oxşardır?!

Paşinyan Zəngəzur dəhlizinin açılmaması və ya dəhliz kimi açılmaması üçün bu mifik layihəni əlinə alıb məmurları ilə birlikdə bütün dünyanı dolaşır. Qars-Gümrü dəmiryolunun açılmasını, Şimal-Cənub marşrutunun Ermənistandan keçən qolunun yaradılmasını, Azərbaycan üzərindən Rusiyaya, Mərkəzi Asiyaya və Xəzərə özü üçün çıxış verilməsini təklif edir, adını da qoyur "sülh, və ya dünya kəsişməsi"... Beləliklə, özü regional təcriddən tam çıxır, Rusiyaya, Türkiyəyə və Mərkəzi Asiyaya yolu açılır, Naxçıvana isə ən yaxşı halda sovet dövründəki kimi sınıq-salxaq bir dəmiryolu verir... Gələk noyabrın 15-də və bu günlərdə ABŞ Dövlət katibinin köməkçisi Braynın təkliflərinə. Brayn açıq deyir ki, Mərkəzi Asiyadan mallar Azərbaycanın və Ermənistanın üzərindən Gürcüstana və Türkiyəyə daşınsa, Amerika da bu prosesin bir hissəsi olar və çox yaxşı olar. Bu ideya Ermənistanın Orta dəhlizə qoşulmasından başqa bir şey deyil. O dəhlizə ki, Mərkəzi Asiya ilə Avropanı Rusiya və İrandan yan keçərək birləşdirən unikal layihədir və Azərbaycan bu layihənin reallaşmasına az qala müstəqil dövlət resurslarını sərf edib. Bu plan Ermənistanın həm də Azərbaycanla bərabər Şərq-Qərb, Şimal-Cənub marşrutları üzərində yeni qovşaq nöqtəsinə çevrilməsi anlamına gəlir. Bəh-bəh, nə yaxşı imiş?! Ermənistan 30 il bütün regional layihələrə qarşı vuruşdu, indi ABŞ onu əslində bütün regional layihələrin yarıbayarı payçısına çevirmək istəyir...

Qayıdaq İlham Əliyevin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi BMT proqramının Bakı Zirvəsində dediklərinə - Bizim təklifimizlə ilk dəfə proqramın Zirvəsinin keçirilməsi və Gürcüstanla Macarıstanın  qonaq statusunda burada iştirakı gələcəkdə daha geniş formatda əməkdaşlıqlara yol açır. Azərbaycan Prezidenti burada Mərkəzi Asiya - Xəzər - Azərbaycan – Gürcüstan - Türkiyə - Avropa xətti boyunca çoxdan əsası qoyulmuş əməkdaşlıq oxunun bölgə üçün alternativsizliyini bir daha təsdiqlədi. Əgər bu marşrut hazırda əla işləyirsə, Ermənistan kimi "bir başağrısını" ona qoşub vəziyyəti niyə çətinləşdirməliyik ki?! Ermənistanın qeyri-adi nə potensialı var?! Bölgənin təhlükəsizliyi üçün Ermənistanın öz üzərinə heç bir əlavə məsuliyyət götürmədən və təcavüzkar bölgə siyasətindən rəsmi imtina etmədən bu layihəyə payçı kimi qoşulması heç bir məntiqə sığmır. İlham Əliyevin Zirvədə "daha geniş əməkdaşlıq formatından" danışması əslində Ermənistanın ya təcavüzkar ölkə kimi regional layihələrdən tam çıxdaş edilməsini nəzərdə tutur, ya da təcavüzkar siyasətdən islah olunaraq yeni əməkdaşlıq formatlarında yer almasından söhbət gedir.

İlham Əliyevin Zirvədəki "daha geniş əməkdaşlıqlar" bəyanatı o mənada prosesləri qabaqlayır ki, Ermənistana məhz bu 2 yolun timsalında seçim imkanı açır... Eyni zamanda , Ermənistanın Qərb havadarlarının hazır layihələrə pozucu müdaxilə cəhdlərini bu başdan neytrallaşdırılması...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ