Bazar günü günü, 08 noyabr 2026
     

Vaşinqtonun Ankaraya F-16 şərti - Türkiyə ABŞ-ın ikiüzlülüyünü açdı...

Image


ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib. Bu barədə qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib. 

O qeyd edib ki, Vaşinqton bunu sözügedən dövrdə F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürüb. Çelik bəyan edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir.

Beləliklə, açıqlanan bu məlumat ABŞ-ın Azərbaycana, elə Türkiyəyə qarşı da qərəzli münasibətinin daha bir təzahürüdür. ABŞ-nin ölkəmizə qarşı aşkar qərəzi, absurd yanaşması ilk növbədə iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə vurmaqla yanaşı, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əvvəldən maneə yaradıb. Məlum həqiqətdir ki, torpaqlarımızın işğaldan azad olunması rəşadətli ordumuzun əsgər və zabitlərinin qanı bahasına başa gəlib. Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib və bunu ABŞ başda olmaqla bütün dünya bilir. Sadəcə, Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın qələbəsini daha inamlı və dönməz edib. Türkiyə bütün dünyaya sübut etdi ki, Azərbaycan tək deyil və onun arxasında böyük güc dayanıb. Müharibənin 44 günündə hər gün ölkəmizə xaricdən böyük təzyiq olub. Bu təzyiqlərin dəf edilməsi və qələbəyə inamla addımlağımızı təmin edən prezident İlham Əliyevin güclü siyasi iradəsi və Türkiyədən olam həmkarı Rəcəb Tayyip Ərdoğanın hər zaman Azərbaycanın yanında olaraq dünyaya sələndirdiyi mesajları olub. Düşmən Azərbaycanın rəşadətli ordusu qarşısında ram edilib.  Müharibə günlərində və ondan sonra atılan addımlar bir daha sübut etdi ki, bir millət iki dövlət olan Azərbaycanla Türkiyə dar gündə də, xoş gündə də çiyin-çiyinə dayanırlar. Müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə başlanan abadlıq-bərpa işlərində ilk iştirak edən məhz qardaş ölkənin şirkətləri oldu. Həmin şirkətlər bu gün də o ərazilərdə öz işlərini şərəflə yerinə yetirirlər. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan prezident İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu fonda prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Dövlət başçısının qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Bunu ABŞ bildiyi halda məsələyə fərqli rakurslardan yanaşmağa cəhd edir. Elə bu müstəvidə də bir sıra amerikalı konqresmen və dövlət rəsmiləri erməni diasporunun və lobbisinin əlində alətə çevriliblər. Xüsusilə Qarabağdakı separatçı rejim özünü buraxdığını elan etdikdən sonra ABŞ-ın onu müdafiə etməsi beynəlxalq hüquq normalarının açıq-aşkar tapdanmasıdır. Sözdə ərazi bütövlüyümüzü və suverenliyimizi tanıyan ABŞ ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini nümayiş etdirir. 

Görünən odur ki, ABŞ hətta öz müttəfiqləri ilə təzyiq dilində danışır, təhdid edir. Bu səbəbdəndir ki, ABŞ F-16, F-35 qırıcı təyyarələri ilə bağlı Türkiyəyə münasibətdə ikiüzlü siyasət yürüdür. Əslində, ABŞ bu xüsusda tamamilə məkrli siyasət yürüdür. Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınmasını istəyir. F-16-lar hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvəsidir.  1987-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilən və Türk Təyyarə Sənayesi Anonim Şirkəti tərəfindən böyük ölçüdə istehsal olunmağa başlayan F-16-ların müxtəlif modelləri var. İlk modeli "Blok 1" olan bu döyüş təyyarələrinin ən son modelləri "Blok 70/72"lərdir. Türkiyənin aldığı ilk F-16-lar "Blok 30" modeli olub. Hazirda Türkiyə ordusunun inventarında, demək olar ki, hamısı lisenziya ilə Türkiyədə istehsal olunan 235-dən çox F-16 "Fighting Falcon" təyyarəsi var. Bunlar "Blok 30", "Blok 40", "Blok 50" və "Blok 50+" konfiqurasiyasındadırlar. Ölkənin ən müasir F-16-ları təxminən 10 ildir istifadə edilən "Blok 50+", ən qədimi isə ortalama 30 yaşında olan "Blok 30"lardır. Türkiyə bu təyyarələrin modernləşmiş versiyasını istəsə də ABŞ indiyə kimi prosesə əngəl yaradır. Yeni versiya olan "Blok 70" və ya F-16V son zamanlarda ön plana çıxan ən yeni F-16 konfiqurasiyasıdır. Digər F-16 konfiqurasiyasındakı təyyarələr 4-cü, F-16V isə 4++ nəsil hesab edilir. 2015-ci ildə ilk uçuşunu həyata keçirən F-16V hazırda bir çox ölkə tərəfindən istifadə edilir. 

Təyyarələr həm aparat, həm də proqram təminatında F-35 və F-22 radarlarına bənzəyən APG-83 adlı radarı ilə təchiz edilib. Amma ABŞ bunun Türkiyəyə verilməsini əngəlləyir. Xatırladaq ki, Türkiyə ABŞ-la ortaq istehsal prosesinə qoşulduğu F-35 proqramından çıxarılandan sonra yeni F-16 döyüş təyyarələri almaq və mövcud olanları yeniləmək üçün ABŞ-a müraciət edib. Bundan əvvəl isə F-35-lər alınandan sonra Blok 30 F-16-ların 2035-ci ilə qədər mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulurdu. Çünki kifayət sayda yeni təyyarə alındıqda köhnə modellərin təkmilləşdirilməsi və istifadəsi baha başa gəlir. Ancaq Türkiyənin F-35 proqramından çıxarılması modernləşdirmə məsələsini bir daha önə çıxardı. Amma ABŞ bu prosesdə hələ də əngəl yaradır. Ankara hələ F-35 layihəsinə daxil olduğu 2010-cu ildə və 2020-ci illərdə F-35-lərlə inteqrasiyada işləyə biləcək 5-ci nəsil yerli döyüş təyyarəsi üzərində işləməyə başladığını açıqlamışdı. Ankaranın Rusiyadan NATO sistemlərinə uyğun gəlməyən uzunmənzilli hava hücumundan müdafiə raketləri olan S-400-lər almaq qərarı onun F-35 proqramından çıxarılmasıyla nəticələnəndən sonra Türkiyənin gələcəkdə 5-ci nəsil döyüş təyyarələrinə sahib olması üçün yerli istehsalın yaradılması əsas diqqət mərkəzindədir. Onda ABŞ kimi ölkələrə Türkiyənin də ehtiyacı olmayacaq. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ