Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Ermənistanı Rusiya əleyhinə daha da aqressivləşdirdi...

Image


Bu gün Fransanın Ermənistanı getdikcə daha çox Rusiya əleyhinə siyasət yürütməyə vadar etməsi daha açıq formada müşahidə edilməkdədir. Məhz bu fonda Fransanın "Le Monde" qəzeti yazır ki, Rusiya Ermənistan üçün etibarlı tərəfdaş olmaqdan çıxıb. 

Nəşrin müşahidəçilərinin fikrincə, bu qənaətə İrəvanda Azərbaycanın Qarabağdakı son əməliyyatından sonra daha qəti şəkildə gəlinib.

Qeyd edilən xüsusda "Le Monde" qəzeti yazır: "Ermənistan artıq "satqın", hətta yeni düşmən hesab edilən tarixi müttəfiqinə arxalana bilmir və öz təhlükəsizliyini təmin etmək üçün yeni əməkdaşlıqlar axtarır. Ehtiyac daha böyükdür, çünki dənizə çıxışı olmayan bu kiçik Qafqaz ölkəsi Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirəcək Zəngəzur dəhlizini əldə etmək istəyən Bakının təzyiqi altındadır". "Le Monde"un qeyd etdiyinə görə, Ermənistan rəsmiləri anonim şəkildə İrəvanın Moskvadan həddindən artıq asılılığını, o cümlədən silah alışı məsələlərində, səhv adlandırırlar. Nəşr vurğulayır ki, Ermənistan hər hansı bir ölkədən asılı qalmamaq üçün onları silahla təmin edə biləcək beş-altı dost dövlətin və daha bir neçə iqtisadi tərəfdaşın olmasını zəruri hesab edir: "İrəvan Rusiyadan tamamilə ayrılmaq deyil, onun həddindən artıq asılılığını azaltmaq niyyətindədir. Ermənistan hökumətindəki mənbə iddia edir ki, Moskva, qeyri-dost münasibətinə baxmayaraq, tərəfdaş olaraq qalır". Amma o da vurğulanır ki, Ermənistan Qərblə daha da yaxınlaşmaq üçün Rusiyanın liderlik etdiyi qurumları, o cümlədən də KTMT-ni tərk etməli olacaq. KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja bu halın İrəvan üçün ağır nəticələrə gətirib çıxaracağınəı qeyd edir: "Ermənistan hakimiyyətinin hazırkı siyasəti hər şeyə, o cümlədən İrəvanın KTMT-dən çıxmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu çox böyük şıltaqlıqdır və siyasətdə şıltaqlıqlar qəbuledilməzdir. Vəziyyəti ayıq şəkildə dəyərləndirməliyik. Vəziyyət isə belədir ki, Ermənistanın çoxlu dostu yoxdur. Hər bir dostdan möhkəm yapışmalıyıq. Rusiyadan heç bir səhv görmədim, ona görə də hesab edirəm ki, bu, sadəcə olaraq, Ermənistan rəhbərliyinin siyasi səhvidir. Düşünmürəm ki, Qərb Ermənistan üçün təhlükəsizlik sahəsində Rusiyanı əvəz edə biləcək. Qərbin tamamilə fərqli maraqları var və tarix göstərir ki, Qərb yalnız özü üçün mübarizə aparır, başqası üçün deyil. Ermənistanda təhlükəsizlik sistemi var idi, sadəcə onu inkişaf etdirmək və saxlamaq lazım idi". Digər ekspertlər də hesab edirlər ki, indi Nikol Paşinyan iqtidarı sponsoru olan Fransaya, eləcə də digər Qərb ölkələrinə arxalanaraq Rusiyanın nəzarəti altından çıxmağa cəhd edir, başqa sözlə, Rusiyanın lokomotiv olduğu KTMT kimi qurumlarda iştirakdan imtina etməklə özünü müstəqil göstərməyə çalışır. Ukrayna hadisələri sübut etdi ki, Moskva onun nüfuzundan ayrılmaq məsələsinə çox ciddi yanaşır və bunu özünün təhlükəsizliyi ilə eyni tutur. Ukraynadan sonra indi növbə, deyəsən, Ermənistana çatır. Ehtimal edilir ki, Ermənistan Rusiyaya qarşı müharibəyə hazırlaşır. Hətta bununla bağlı Fransada 7 təlim mərkəzinin fəaliyyət göstərdiyi də bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda risq səviyyəsi artır: "Onlar bu regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç nə etmirlər". Beləliklə, Cənubi Qafqazın Ermənistan üzündən geosiyasi maraqların kəsişdiyi məkanlardan birinə çevrildiyi özünü daha çox büruzə verir. Ermənistanın sülhlə bağlı şifahi bəyanatlarına rəğmən, atdığı real addımlar elə bunu xatırladır. Əgər belə olmasaydı, Ermənistan fərqli hərbi-siyasi blokların öz ərazisində qarşı-qarşıya gəlməsinə şərait yaratmazdı. Ermənistan KTMT-nin üzvü olduğu halda, indi onun ərazisində NATO-ya və Avropa İttifaqına üzv ölkələrin missiyası da yerləşir. Missiyanın adı jandarmeriya və ya başqa ola bilər, amma gerçəklik budur ki, Ermənistan Cənubi Qafqazda hər an alovlandırıla biləcək platsdarma çevrilir. Nə qədər anlaşılmaz görünsə də, reallıq belədir ki, Ermənistan sərhədlərində, hətta İrəvanın mərkəzi hava limanında Rusiya sərhədçilərinin dayandığı və Gümrüdə şimal qonşumuzun 102-ci hərbi bazası yerləşdiyi halda, NATO-ya üzv olan Fransa kimi ölkələr Ermənistanı silahlandırmaqla məşğul olur, ABŞ-da isə "Ermənistanın müdafiə aktı" kimi tərəfsiz vasitəçiliyi şübhə altına alan, hüquqi və məntiqi baxımdan izah edilməsi mümkün olmayan sənəd qəbul edilir. Bununla Ermənistan hökuməti Ukraynada faktiki bir-biri ilə savaş aparan qütblərin Cənubi Qafqazda da üz-üzə gəlməsinə şüurlu şəkildə imkan yaradır və bununla geosiyasi qarşıdurmanın dərinləşməsinə, onun mümkün qədər uzanmasına xidmət edir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqazda dinc birgəyaşayışın yolu ərazi bütövlüyü və suverenliyin qorunması ilə bağlı olan beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmət göstərilməsindən, iqtisadi əlaqələrin bərpasından, çoxsaylı kommunikasiyaların açılmasından və regionun dünya iqtisadiyyatına daha sıx inteqrasiyasından keçir. Lakin bunun üçün İrəvan da konkret adımlar atmalıdır. Ancaq bunu etmək əvəzinə Ermənistan Fransanın diqtəsilə regionda təhlükəli vəziyyət yaratmaqda davam edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ