Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanda, Qırğızıstanda və Azərbaycanda Qərbin "QHT" şəbəkəsi - Lavrov ikisini görə bildi...

Image


Elşad Həsənov: "Amerika kimi ölkə, Avropa ölkələri qeyri hökumət təşkilatlarına pulu səbəbsiz vermir"

ABŞ qeyri-hökumət təşkilatlarından (QHT) təsir alətləri kimi istifadə edir və postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə onlardan yararlanmağa çalışır.

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov "Primakov qiraətləri" forumunda deyib.

Nazir ABŞ-ın irəli sürdüyü QHT ideyasını "amerikalıların qloballaşma modelinin bir hissəsi kimi bütün dünyada təbliğ etdikləri fəlsəfənin bir hissəsi" adlandırıb:

"Nəticədə Vaşinqton minlərlə qeyri-hökumət təşkilatı yaratdı, yüzlərləsi postsovet məkanında, xüsusən Ermənistanda, Qırğızıstanda fəaliyyət göstərir".

Son proseslər və həbslər göstərir ki, bu şəbəkə Azərbaycanda da geniş fəaliyyət göstərir. O halda niyə Lavrov bizim adımızı çəkmir? Niyə xüsusi vurğunu Ermənistan və Qırğızıstana  edir?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ABŞ qeyri hökümət təşkilatlarından öz məqsədləri üçün istifadə edir və bu təbiidir: "Amerika kimi ölkə, Avropa ölkələri qeyri hökumət təşkilatlarına pulu səbəbsiz vermirlər. Onların hər hansı bir sahəyə maraqları, diqqəti var və o sahəyədə kapital qoyurlar. Nəticə də əldə olunur. Bu qədimdən, SSRİ zamanından belədir. Bütün ölkələrdə də bu işlər aparılır. Onlar Lavrovun Ermənistanda, Qırğızıstanda  daha fəal olduğunu qeyd etməklə deyə bilməzlər ki, digər ölkələrdə yoxdur. Hər birində var. Bizdə də qeyri hökümət təşkilatlarının fəaliyyəti göz qabağındadır, qrant ayırdıqları adamlardan istifadə edirlər. Bu sahəyə də baxan bizim dövlət təhlükəsizlik xidmətinin əməkdaşlarıdır ki, onlar belə hadisələr olarsa, onun qarşısını alırlar. Son günlər Amerika Senatında Azərbaycana qarşı ABŞ dövlət katibinin köməkçisinin çıxışı, Azərbaycana qarşı qəbul olunan qeyri-qanuni bəyanatlar yolverilməzdir, qəbul olunan deyil. Bu da Azərbaycanla münasibətləri daha da gərginləşdirir. Biz anlamaq istəyirik ki, Amerika hər zaman özünü sülhün carçısı kimi göstərdiyi halda, indi  ərazilərimizin süverenliyini bərpa edəndən sonra bizə hücumlara başlamasının səbəbi nədir? Bunları aydınlaşdırmaq lazımdır. Təbii ki, bizim diplomatik korpus bu sahədə araşdırmalar aparır. Amma görünən odur ki, bu yetərli deyil. Biz öz sözümüzü deməliyik. Amerikanın  müəyyən siyasi qüvvələrinin, o cümlədən erməni lobbisinin təsirində olan həmin Senatın əməkdaşları Azərbaycana yönəlik səhv addımlar atırlar və biz də bunu göstərməliyik. Bizim münasibətlərdə gərginlik yarandığına görə də, bu gün ABŞ dövlət katibi Azərbaycan Prezidentinə zəng edib, Ermənistanla sülh müqaviləsi barədə müəyyən məsələlərdə ikitərəfli görüşlər keçirilməsini alqışlayıb və eyni zamanda böyük dəhlizin açılmasını dəstəkləyib. Biz də eynilə belə demişdik, amma onlar razı olmadılar. Biz İranla yolları açandan sonra əl - ayağa düşdülər ki, həmin yol açılsın. 2020 - ci il noyabr ayının 10-da qeyd olunan 9 - cu maddə irəli sürülür burda da. Həmçinin Azərbaycan Prezidenti dövlət katibi ilə danışanda, noyabr ayının 15 - də Azərbaycana qarşı qeyri - səmimi bəyanatlar verilməsinin yolverilməz olduğunu bildirib. O isə əvəzində bildirib ki, vəziyyəti normallaşdırmaq üçün yüksək rəsmilərin  Azərbaycana gəlməsinə icazə verilsin. Həmçinin Azərbaycanın dövlət nümayəndələrinin də Amerikaya səfərinin vəziyyəti daha da normallaşdıracağını bildiriblər. Yəni bir neçə gündə qeyri-hökümət təşkilatlarının Azərbaycanda qanunsuz hərəkətləri üzə çıxdı, həbslər oldu. Ancaq bizim Amerikaya, Avropaya düşmən deməyimiz doğru deyil. Hətta mətbuatda Amerikada oxuyanların hamısının casus şəbəkəsinin üzvü olduqları bildirildi. Bu da çox sərt ittihamdır. Azərbaycan dövlətini, xalqını istəyən oğlanlarımızı göndərmişik ki, Amerikada təhsil alıb, Azərbaycanda müxtəlif sahələrdə uğurla çalışırlar, Azərbaycan iqtisadiyyatını irəli aparırlar. Bunların hamısına Amerikada oxuyanlar casusdur deyə damğa vurmaq çox ciddi səhvdir, qəbuledilməzdir və Azərbaycan cəmiyyətini içəridən parçalamaq deməkdir. Bizim bu gün irəlidə gedən nüfuz sahiblərimizin, rəsmilərimizin əksəriyyəti xaricdə təhsil alıb. Demək, onlar casusdurlar? Xeyr, əsla. Hörmətli jurnalistlər, belə ifadələrdən qaçmaq lazımdır. Adi bir narazılıq var, o da həll olub artıq. Bu gün dövlət katibi və Prezident vəziyyəti normallaşdırdı. Amerikanın apardığı ikili standartlar var. Mən istəməzdim ki, biz Amerika ilə düşmən olaq. Xeyr, bizim hər birilə əlaqələrimiz var. Amerika bizi bir çox şeydə dəstəkləyib. Düşünürəm ki, Amerikanın siyasiləri buraxdıqları səhvlərə baxıb, öz düzəlişlərini edəcəklər. Ona görə də, hegemon dövlətləri özünə düşmən elan etmək düzgün deyil. Rusiyanın yanında olanlar da bilməlidirlər ki, biz heç kimin yanında deyilik. Biz doğrunun, Azərbaycan dövlətinin maraqlarının yanındayıq. Biz qəhrəman ordumuz ilə torpaqlarımızı azad etdik. Bu gün ermənilərlə, Amerika, Avropa ilə heç bir problemimiz yoxdur. Onların da bizim daxili işlərimizə qarışmasına imkan verməyəcəyik. Müstəqil ölkə, müstəqil dövlət olaraq müstəqil siyasətimizə davam edəcəyik".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ