Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilərin "Şuşada kilsə dağıdıldı" şivəni böyük yalandır...

Image


Faiq İsmayılov: "Ermənilərin bu iddiaları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir"

Erməni mediası və qondarma "rəy" təşkilatları Şuşada hansısa "erməni kilsəsi"ndən danışır, onunla bağlı əsassız iddialarını davam etdirirlər. "Meqreçoç Surb Astavaçaçin" adı verdikləri bir kilsədən danışırlar. 

44 günlük müharibədən sonra ermənilərin "Qafqaz İrsinin Mühafizəsi üzrə Beynəlxalq Təşkilatı (Caucasus Heritage Watch) antiazərbaycan addımlarını davam etdirir, şər kampaniyasını genişləndirir. Erməni mediası iddia edir ki, guya aparılan tikinti nəticəsində  Şuşadakı "erməni kilsəsi"nin tarixi təbəqəsi "zibilliyə" çevrilib. Guya peyk görüntülərində kilsənin "zədələndiyi" görsənir (?) Guya 2023-cü il noyabrın 3-də "peykdən çəkilmiş görüntüyə əsasən" Azərbaycan tərəf "ağır texnikadan istifadə edərək" 2017-ci ildə "aparılan qazıntılar nəticəsində aşkar edilmiş kilsə hissələrinə bitişik ərazilərə bütün tikinti tullantılarını atıb".

İddia edirlər ki, guya "Meqreçoç Surb Astvatçaçin" kilsəsi Şuşa şəhərinin yuxarı məhəlləsində, Qazançı kilsəsindən təxminən 600 km cənub-qərbdə yerləşir. Guya kilsə 1838-ci ildə eyniadlı məhəllədə Meğridən olan köçkünlər tərəfindən tikilib. "Tikinti kitabəsində "Surb Amenaprkiç Meqretçoç kimi qeyd olunur ki, o, Maxtes Axumyantsın vəsaiti hesabına tikilib" deyə iddia edirlər. Guya 1960-cı illərdə kilsə dağıdılıb, açıq havada yay kinoteatrına çevrilib.

Azərbaycanın kilsəni "dağıtdığını" iddia edirlər. Beynəlxalq konvensiyalardan misal gətirən ermənilər nədənsə unudurlar ki, Şuşa Azərbaycan şəhəridir və orada tarixən ermənilər yaşamayıb, burada qədim erməni kilsəsi olmayıb. Digər tərəfdən də, Azərbaycan kilsə dağıdan ölkə deyil, kilsə dağıdan idisə Bakının mərkəzində erməni qriqoryan kilsəsini indiyə qədər niyə dağıtmayıb? Bu kilsə oyunu təbii ki, ermənilərin növbəti oyunudur. 

"O dövrgə nəinki Merdinli məhəlləsində, ümumiyyətlə Şuşa şəhərində erməni əhali yaşamırdı" 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstiututunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov "Bakı-Xəbər"ə bildirdi ki, bu kilsə uydurması yeni iddia deyil, 2020-ci ildən bəri davam edən əsassız məsələdir. "Birmənalı olaraq, Şuşada erməni kilsəsi yoxdur. İkinci bir tərəfdən, indiki şəraitdə "erməni kilsəsi"nin ərazisinə heç kim buraxılmır. İlk dəfə 2020-ci ilin dekabr ayında o binanın içərisində olmuşam, binanın hər tərəfinin fotolarını da çəkmişəm...Zibil iddiası da, kilsənin dağıdlması da  gerçək deyil. Ermənilər keçən əsrin 90-cı illərində çəkdikləri şəkillərdən bu gün də "yeni foto" kimi istifadə edirlər. 90-cı ildə Şuşanın içində tanklar da, tör-töküntülər də vardı. Ermənilər hətta yaralıları Şuşa kilsəsinin içində müalicə də edir, onları orada saxlayırdılar ki, azərbaycanlılar kilsəsini vurmazlar. Bilirdilər ki, azərbaycanlılar heç zaman kilsəsini vurmaz, əksinə qoruyar. Bunu bilirdilər. Ermənilərin informasiyanı haradan alması önəmli deyil. Onlar Azərbaycana şər-böhtan atırlar. Azərbayanın guya mədəni irsə qarşı vandalizm aktı törətdiyini dünyaya yaymağa çalışırlar. Təəssüf ki, bəzən buna nail ola bilirlər də...

2020-ci ildən sonra erməni saxtakarlığının yeni mərhələsi başladı və o yalan, şər kampaniyası bu gün də davam edir".

F.İsmayılov qeyd etdi ki,  Azərbaycanın Ermənistan Silahlı qüvvələri üzərində 44 günlük qələbəsindən sonra erməni ideoloqları 28 il işğal altında qalan Azərbaycan ərazilərinin tarixinin və mədəniyyətinin ermənilərə məxsus olması barədə daha geniş təxribat xarakterli təbliğata başlayıblar. "Ermənilər Azərbaycana qarşı ərazi iddialarını "əsaslandırmaq" üçün yalan, şantaj xarakterli məlumatlardan istifadə edir, əsassız ittihamlardan çəkinmirlər.  Bunu 44 günlük qələbədən sonra Şuşaya qarşı erməni saxtakarlığının yeni dövrü kimi də dəyərləndirmək olar. Azərbaycana qarşı bütün bu həqiqətə uyğun olmayan informasiyalar ermənilər tərəfindən beynəlxalq internet resurslarına yerləşdirilir və bəzi hallarda bu təxribat xarakterli məlumatlar müəllifinə rəğbət də qazandırır. Odur ki ermənilər tərəfindən yayılan bu kimi məlumatların hamısı araşdırılmalı, təhlil edilməli və əsaslı dəlillərlə həqiqətin nə olduğu ortaya çıxarılmalıdır. Ermənistanda Qarabağın ermənilərə "məxsusluğu" barədə cild-cild kitablar yazılıb, heç nəyə əsaslanmayan sitatlar gətirilir, təhlillər aparılır. İndi erməni təbliğatının əsasında daha çox Qarabağ xanlığının baş şəhəri olan Şuşa şəhərinin ermənilərə "məxsus" olduğu barədə yalan iddialar dayanır. 2000-ci ildə İrəvanda "Şuşanın Mədəni Varislik Konsepsiyası" adlı sənəd qəbul etdiklərini elan etdilər. Bu sənəd əslində Şuşanın şəhər memarlığını dəyişmək üçün Ermənistan Hökuməti tərəfindən düşünülmüş plan idi. Ermənistanın bu planı  Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılmasına, Azərbaycanın mülkiyyət hüququnun  mənimsənilməsinə  yönəlmiş vandalizm aktı idi. "Şuşanın Mədəni Varislik Konsepsiyası" Şuşa şəhər mədəniyyətini xristian dəyərlərinə uyğunlaşdırmaqla, Şuşanı "dünya ermənilərinin dini mərkəzi"nə çevirmək istəyindən irəli gəlirdi.  Bu məqsədlə 2000-ci ildə İrəvan şəhərində "Shousi" Mədəniyyət Fondu və "Shousi" nəşriyyat evi yaradıldı. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin  memarlıq kompozisiyasının erməni mədəniyyətinə uyğunlaşdırılması, şəhərdə turizm üçün əhəmiyyətli hesab olunan ərazilərin yenidən qurulması idi.

Bu baxımdan Şuşa şəhəri üzərində Azərbaycan Ordusunun qələbəsini həzm edə bilməyən ermənilər Şuşa şəhərinin tarixini kobud şəkildə təhrif edir, öz arzularını saxta dəlillərlə əsaslandırmağa çılışırlar ki, bu da olduqca mənasız görünür.  Şuşa şəhərinin tarixinin dəyişdirilməsinə edilən cəhdlər həmişə erməniləri gülünc vəziyyətdə qoyub. Belə cəhdlərdən biri 2017-ci ildə baş verən və indiyə kimi Ermənistan mətbuatında müzakirə olunan təxribat xarakterli məlumatdır".

F.İsmayılovun sözlərinə görə, 12 may 2017-ci ildə İrəvanda, Armenpress saytına Qarabağın artıq məhv olmuş  qondarma "erməni qurumunun" "Tarix və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Xidmətinin", " elmi direktorunun müavini" Njde Yeranyan Şuşa şəhərinin Merdinli məhəlləsində qazıntı zamanı "kilsə qalıqlarının aşkar edilməsi" barədə məlumat yaydı. "Hələ o zaman separatçıların nümayəndəsinin verdiyi bu məlumatın tərəfimizdən araşdırılmasına qərar verdik.  Məlum oldu ki, adını "tədqiqatçı" qoyan bu şəxsin verdiyi məlumat yalan, təxribat və cəfəngiyatdan başqa bir şey deyil. Njde Yeranyan verdiyi məlumatda qeyd edir ki, 1838-ci ildə Qərbi Zəngəzurun Meğri şəhərindən gələn mühacirlər Şuşa şəhərinin Merdinli məhəlləsində kilsə tikiblər.  Njdenin yalan danışdığını adi bir tarixi məlumat sübut edir.

Merdinli məhəlləsi Şuşa şəhərində XVIII əsrin sonları, XIX əsrin  əvvəllərində salınmış şəhərin yuxarı məhəllələrindən biri olub. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalının Hacılı və eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarından gələn müsəlman əhali olub.  Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Xan qızı Natəvanın göstərişi ilə Şirin su hamamı da bu məhəllədə tikilib. Bütün bu tarixi faktlar göstərir ki, 1838-ci ildə Şuşa şəhərinin bir nəfər də olsun erməni yaşamayan Merdinli məhəlləsində kilsə tikməyə heç bir zərurət yox idi. O dövrgə nəinki Merdinli məhəlləsində, ümumiyyətlə Şuşa şəhərində erməni əhali yaşamırdı. Əgər Şuşada, nəinki ermənilər, hətta xristian dininin daşıyıcıları olan digər xristian əhali yaşamış olsaydı, Şuşadakı Çar Rusiyası hərbi qarnizonunun rəhbərliyi 1887-ci ildə Şuşa şəhərində kilsə tikintisində işləmək üçün Naxçıvan MR-nın Ordubad rayonunun Qazançı kəndindən buraya erməni əhali köçürməzdi. Araşdırma zamanı məlum oldu ki ermənilər tərəfindən aparılan "qazıntı" işləri Şuşanın hansısa bir tarixi məkanında deyil, 1960-cı illərdə Sovet İmperiyası dövrü inşa edilmiş "Yay klubu"nda aparılıb. Bu klub əsasən Şuşa şəhərinə gələn turistlərin istirahəti üçün nəzərdə tutulmuşdu. Şəhərin istirahət müalicə düşərgələrində dincələn turistlər bura toplaşaraq gün vannası qəbul edir, axşamlar isə müxtəlif musiqi sədaları altında rəqs edib dincəlirdilər. Yay klubu musiqiçilərin əyləşə biləcəyi çox da böyük olmayan dörd  sütun üzərində üç tağlı monumental qurğudan və kiçik həcmli düzbucaqlı məkan kompozisiyasına malik rəqs meydançasından ibarət idi. Bu istirahət güşəsi müxtəlif illərdə dəfələrlə təmir edilsə də, indiyə qədər öz ümumi formasını qoruyub saxlaya bilmişdir. Diqqətlə baxdıqda bu məkandakı tikinti qalıqlarının kilsə memarlığına heç bi aidiyyətinin olmadığı bəlli olur. Dini xarakterli tikililərdə memarlığın özünəməxsus fərqli üslubu və digər xüsusiyyətləri olur. Məhz bu fərqlilik dini xarakterli tikililəri digər tikinti və qurğulardan əsaslı şəkildə fərqləndirir. 2-ci bir tərəfdən, bura dini ibadət yeri olsaydı, burada xristian dininə mənsub olan vətəndaşlar çılpaq vəziyyətdə gün vannası qəbul etməz, ərazini rəqs meydançasına çevirməzdilər.

Ermənilər 2017-ci ildə yay klubunda qeyri-qanuni qazıntı işləri apararaq rəqs meydançasını beton və asfaltdan təmizləyib bir metr dərinliyində qazsalar da, buradan heç bir sübut tapa bilmədilər, onlar heç nəyə nail ola bilmədilər. Qazıntı nəticəsində iddia olunan kilsə qalıqları akar olunmadı. Lakin ermənilər "kilsə" qalıqlarının olduğunu isbat edə bilməsələr də, mətbuatda mütəmadi təxribat xarakterli xəbərlər yayaraq Şuşanın Merdinli məhəlləsində kilsə qalıqlarının aşkar edildiyini iddia edirlər. Ermənilərin bu iddiaları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki ərazi beynəlxalq hüquqla tənzimlənən və dünya dövlətləri tərəfindən tanınan  Azərbaycan ərazisidir.   28 il işğal altında qalan bu ərazidə ermənilər tərəfindən arxeoloji qazıntılar aparılması vandalizm aktıdır. Bunu edən insanlar qanunla cəzalandırılmalıdır"-deyə F.İsmayılov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ