Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya Ermənistanda "Ukrayna ssenarisini" özü işə salır?..

Image


Rusiya-Ermənistan münasibətlərində artan gərgnliyin ikincinin Ukrayna ssenarisi ilə üzləşməsinə gətirib çıxaracağına dair edilən xəbərdarlıqlar artır. Bunlar fonunda Nikol Paşinyan iqtidarının ünvanına tənqidlər də getdikcə kəskinləşir. 

Hesab olunur ki, bütün bunlara səbəb məhz Paşinyan iqtidarının Qərbdən gələn təlimatları icra edib, tamamilə yanlış syasət yürütməsidir. Məsələnin bu tərəfinə nəzər salan erməni əsilli rusiyalı mediamenecer və təbliğatçı Aram Qabrelyanov Nikol Paşinyanı əsl axmaq adlandırıb. Qabrelyanov bu barədə özünün Teleqram kanalında yazır: "Axmaq siyasətçilərin çox təhlükəli tendensiyası var. Axmaq Paşinyan da bu dəstəyə aiddir. Və təhlükə rusların sülhsevərliyini və münaqişələrdən qaçmaq cəhdlərini zəiflik kimi qəbul etməkdir. Əsrlər boyu ruslar sübut etdilər ki, ayını qıcıqlandırmaq olmaz. Amma yox, axmaq Nikol da bu yolu tutdu. Hakimiyyət reallıq hissini itirəndə vay o adamların halına".

Elə rus politoloqlar da demək olar ki, eyni mövqeni sərgiləyirlər. Rusiyalı politoloq Arkadi Dubnov Ermənistanın "Qraparak" nəşrinə bildirir ki, Ermənistanın da Ukraynanın taleyini yaşaya biləcəyi ehtimalı sürətlə artır: "Paşinyan tərəfindən "Ukrayna və Gürcüstan təcrübəsi (MDB-dən çıxma) təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq tərk edən Ukrayna ilə eyni olacaq". O bildirir ki, Moskvada belə hallarda "2022-ci il fevralın 24-də qəbul edilən qərara meyl edildiyini" mütləq nəzərə almaq lazımdır. Xatırladaq ki, 2022-ci il 24 fevralında Rusiya ordusu Ukraynaya hücum edib.  Rusiya Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Moskva Dövlət İnstitutunun professoru Aleksey Podberyozkin "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın KTMT sammitində iştirakdan imtina etməsi ölkənin təşkilatdan çıxması ilə bağlı xəbərdarlıqdır. Podberyozkin qeyd edib ki, hər şey Ermənistanın KTMT-dən tezliklə çıxmasına işarə edir: "Ukrayna və Gürcüstan təcrübəsi təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq qurumu tərk edən Ukrayna ilə eyni olacaq". Politoloqun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, o, KTMT-dən mütləq çıxacaq. Xatırladaq ki, bundan əvvəl KTMT tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak etməyib. Alen Simonyan isə dekabrda keçiriləcək KTMT toplantısında iştirak etməyəcəyini açıqlayıb. Bunlar birbaşa Rusiyaya qarşı demarş hesab olunur. Elə erməni ekspert Tiqran Köçəryan da məsələyə eyni prizmadan nəzər salır: "Nikol Paşinyan Ermənistanın üzərinə "krest" çəkir". Onun sözlərinə görə, Paşinyan Ermənistanı KTMT-dən çıxararaq və onu başqa hər hansı bir təhlükəsizlik sisteminin bir hissəsinə çevirməyərək, ölkəni çılpaq vəziyyətdə qoyur: "Heydər Əliyev və oğlunun arzusunda olduqlarını Paşinyan həyata keçirir. İlham Əliyevə hələ azərbaycanlıları Ermənistana qaytarmaq lazımdır, o, hələ Ermənistanın iqtisadi kəsişməsini iqtisadi dalana çevirməlidir və bu məsələdə Paşinyan onun tərəfdarıdır, İlham Əliyev niyə nəyəsə imza atmalıdır? Niyə insanlar Rusiyanın Ermənistana zərbə endirməyəcəyini düşünürlər? Endirəcək. Əgər bizdə milli müdafiə instinkti varsa, rusun çox pis düşmən olduğunu başa düşməliyik və bu templə getsək, təkcə Qarabağın itirilməsi ilə kifayətlənməyəcəyik".

Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan da rəsmi İrəvanın son addımlarına, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərində iştirakdan imtina etməsinə münasibət bildirərkən maraqlı fikirlər səsləndirib. O bildirir ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri durmadan gərginləşdirir, onu dönüşü olmayan həddə çatdırır. Onun fikrincə, əsas problem iki ölkə arasında fikir ayrılığının olması deyil: " "Müəyyən məsələlərə yanaşmada həmişə fərqliliklər ola bilər və bu təbiidir. Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti münasibətləri hər cür gərginləşdirir, münaqişəyə gətirib çıxarır və onu o həddə çatdırmağa çalışır ki, bundan sonra normal vəziyyətə düşmək mümkün olmasın". O qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin fundamental səbəbi 2018-ci ildə hakimiyyət dəyişikliyi və Paşinyanın qəbul etdiyi və dəhşətli nəticələrə gətirib çıxaran siyasətidir. Abramyan əmindir ki, münasibətlərin bərpası üçün potensial tükənməyib, lakin bu, nə istəyi, nə də iradəsi olan indiki Ermənistan hakimiyyəti dövründə baş verə bilməz: "Üstəlik, ideoloji baxımdan Ermənistan hakimiyyəti tamam başqa istiqamətdədir". Rusiyalı politoloq, "PolitRus" ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov  hesab edir ki, Qərbin təsiri ilə Ermənistan Kremllə açıq qarşıdurmaya gedir: "Paris Nikol Paşinyanın satqınlığından istifadə edərək, faktiki olaraq Ermənistanı özünün yeni müstəmləkəsinə çevirib. Keçmiş SSRİ məkanında bir çox müstəqil dövlətlərin aldadılaraq cəlb olunduğu "Şərq tərəfdaşlığı" layihəsinin açıqlanmayan hədəflərindən biri də bundan ibarət olub: Avropa İttifaqı onları öz sıralarına qəbul etməyi planlaşdırmır, amma bu dövlətləri siyasi cəhətdən asılı və iqtisadi baxımdan donor ölkələrə çevirmək istəyirdi. Bu təkcə Avropa elitasına xas olan metodlar deyil, ABŞ özü çoxdandır ki, bütün dünyaya münasibətdə onlardan istifadə edir. Azərbaycan rəhbərliyi qarşılıqlı fəaliyyətin bu cür formatını qeyri-mümkün hesab edir. Təkcə bütünlükdə Avropa İttifaqı ilə deyil, həm də onun ayrı-ayrı üzvləri ilə. Hətta ABŞ ilə də belədir. Bakı ya Rusiya, Türkiyə, Çin və ya İranla olduğu kimi bərabərhüquqlu tərəfdaşlıq təklif edir, ya da Avropa İttifaqı ilə onun Azərbaycana münasibətdə neokolonializm siyasətinin keçməyəcəyini anlayanadək minimal qarşılıqlı fəaliyyəti üstün tutur. Ermənistan iqtisadi cəhətdən bütün region ölkələri arasında daha az cəlbedicidir. Azərbaycan isə, əksinə, acgöz avropalı və xüsusən fransız burjuaziyasını tamah saldığı ən ləzzətli "piroq parçasıdır". Amma onun dadına baxmaq onlara qismət olmayacaq. Əgər İrəvanda olan əlaltılarının əli ilə Bakıya qarşı yeni hərbi münaqişəyə başlamağa cəhd edərlərsə, başlarını tutaraq qaçacaqlar".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ