Bazar günü günü, 08 noyabr 2026
     

Fransa erməni əsgərlərini Rusiya ilə savaşa hazırlayır...

Image


Azərbaycan və Ermənistan arasında müxtəlif formatlar çərçivəsində aparılan danışıqlarda sülhün əldə edilməsi istiqamətində fəaliyyət həyata keçirildiyi bir vaxtda Fransanın müxtəlif vasitələrlə münaqişəni yenidən bərpa etmək cəhdləri özünü daha qabarıq büruzə verir. 

Rəsmi Parisin Ermənistanı müasir silahlarla təmin etməsi, İrəvanda birgə hərbi təlimlər keçirməsi sülh prosesinə ciddi zərbə vurur və regionda gərginliyi daha da artırır. Artıq sirr deyil ki, Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri yeni münaqişə ocaqlarının yaranmasına yönəldilib. 

Bunlar fonunda Parisin daha bir təhlükəli addımı öz hərbi təlimçilərini Ermənistanda yerləşdirməklə burada erməni hərbçilərinin Rusiyaya qarşı hazırlanmasına nail olmaqdır. Məlumatlara görə, hazırlanan erməni hərbçilər  yüksək ödəniş qarşılığında Ukraynada Rusiya ordusuna qarşı vuruşmağa razılaşdırılıb. Elə rusiyalı hərbi bloger Anastasiya Kaşevarova bu fonda maraqlı məlumatlar yayıb. O qeyd edir ki, Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Həmin kanal tərəfindən yayılan məlumata görə, "Fontevrault L'Abbedəki" təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur: "Belə təlim mərkəzlərinin sayı çoxdur, təxminən yeddiyə yaxındır". Anastasiya Kaşevarova tərəfindən isə bəzi təlim mərkəzlərindən foto və video sübutun da olduğu iddia olunur: "Xüsusilə Mayi-le-Kan ərazisindəki "CENTAC - Centre d'entrainement au combat" döyüş hazırlığı mərkəzi və "CES - Center d'entrainement des post de" təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də "artsax"dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar xüsusi hərbi əməliyyat zonasına göndəriləcəklər. Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı "təcrübə mübadiləsi" müzakirə olunub". Qeyd edək ki, "Zerqulio" Teleqram kanalı da mənbələrinə istinadən Ermənistan hərbçilərinin Fransada Rusiyaya qarşı hərbi təlim keçdiklərini bildirir. Beləliklə, Ermənistan Fransanın dəstəyi ilə açıq şəkildə Rusiya ilə düşmənçilik siyasəti aparır. Prosesdə Fransa xüsusilə maraqlıdır. Rus kəşfiyyatından sızdırılmış məlumatlara görə, Fransanın bir neçə təlim mərkəzi hazırda erməni hərbçiləri qəbul edib. Fransanın Kaetkidan təlim mərkəzində min nəfər, Kaylyu təlim mərkəzində isə təxminən iki min nəfər erməni hərbçinin döyüş hazırlığı keçməkdə olduğu iddia edilir. Ermənistanın ABŞ ilə hərbi təlimlər keçirməsi, KTMT təlimlərindən imtina etməsi və ardınca Fransa ilə birgə hərbi əməkdaşlığı artırması ondan xəbər verir ki, İrəvan Rusiyanın mənsub olduğu hərbi blokda təmsil olunmaq istəmir.

Bunlar fonunda Ermənistan hökumətinin Rusiya hərbi bazasını ölkədən çıxarmağı və onu Fransa hərbi bazasıyla əvəz etməyi planlaşdırdığı iddia edilir. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay da "news24"ə bildirir ki, NATO üzvü olan Fransanın Ermənistanda hərbi bazasının olması yeni qarşıdurmaya xidmət edə bilər: "Fransa Ermənistana silah yardımı edir. Baş nazir Nikol Paşinyan artıq Rusiya hərbi birləşmələrinin ölkəsində qalmasını istəmir. Rusiyanın Ermənistanı tərk etməsi ilə Fransa hərbi gücləri Ermənistana yerləşəcək? Paris İrəvana hücum raketləri verməklə nəyi hədəfləyir? Əgər Rusiya Ermənistanın Fransa üzərindən Qərbə açılmasına göz yumarsa və rus əsgərləri Ermənistandan çıxarsa, o zaman Fransa ikili sazişlər əsasında buraya qoşun yerləşdirə bilər ki, bunun da məqsədi açıqlanmalıdır: Fransanın Ermənistana verdiyi silahlar Rusiyaya qarşı istifadə ediləcək, yoxsa Ermənistanın Qərb arzularının reallaşmasına mane olmaq üçün planlanan çevrilişin qarşısını almaq üçündür? Həm Azərbaycan, həm də Türkiyə bu məsələni ciddi müzakirə etməlidir. Gələcəklə bağlı ehtimallar nəzərə alınmasa, Cənubi Qafqaz böyük bir təhlükə ilə qarşı-qarşıya qala bilər". Erməni politoloq Artur Xaçikyan isə bildirir ki, Kreml baş verənlərə dözməyəcək: "Biz onsuz da KTMT daxilində arxamızdan qərarların verilməsinə icazə veririk, Ankara və Bakı bundan fəal istifadə edəcək". Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxmır, lakin təşkilatı gözdən salmaq üçün hər şey edilir və burada Fransanın da müdaxiləsi var: "Heç kim Qərb tərəfdaşlarından soruşmur ki, bunun müqabilində bizə nə təklif edirlər. Onlar bizim təhlükəsizliyimizi təmin etməyə hazırdırlarmı? Onlar öz qoşunlarını bura yerləşdirməyə hazırdırlarmı? Bu necə həyata keçiriləcək? Fransanın müdafiə naziri birbaşa bəyan edib ki, ölkəsi Ermənistana "hücum olacağı" təqdirdə müdaxiləyə hazır deyil. Heç kim sanksiyalar tətbiq etmir. 100 il əvvəl olduğu kimi Qərb bizi gözəl sözlərlə Rusiyadan qoparmağa çalışır, amma əvəzində heç nə təklif etmir". Xaçikyan bildirib ki, ABŞ nümayişkaranə şəkildə ritorika səviyyəsində Azərbaycana qarşıdır, lakin məsələlər telefon danışıqları ilə həll olunmur, konkret təminat lazımdır: "Biz daim şayiələr eşidirik ki, bizi ya Qərb, ya da Rusiya xilas edəcək. Bütün bunlar faciəyə gətirib çıxardı".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ