Bazar günü günü, 08 noyabr 2026
     

"Mayası qərəzdən, xəyanətdən yoğrulan Əli Kərimovun avtoritar idarəçiliyi AXCP-nin sonunu yaxınlaşdırır" - Vüqar Rəhimzadə

Image


Son günlərdə despot sədrin partiyanın daxilində yaratdığı demokratiyadan uzaq şəraitə, intriqalara qarşı etiraz dalğasının genişlənməsi bunu bir daha sübut edir

Azərbaycanın tarixi Zəfəri ilə son 3 ildə yaratdığı reallıqların beynəlxalq arenada qəbul edilməsi  istiqamətində atılan mühüm addımlar artıq uğurlu nəticələrini verməkdədir. Ermənistanın 30 il davam edən işğalından qurtulan torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyası günbəgün genişlənir, soydaşlarımızın azad Qarabağa və Şərqi Zəngəzura qayıdış ünvanlarının sıralanması artır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev atdığı müdrik addımlarla bəyan etdiyi "Nəyi, necə və nə vaxt etmək lazımdır mən bilirəm" prinsipini bir daha təsdiqləyir və sivil dünyaya sözün əsl mənasında tarix, hüquq dərsini keçir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra düşünürdük ki, işğalçı Ermənistan aldığı dərsdən nəticə çıxarıb torpaqlarımızdan silahlı birləşmələrini tam şəkildə çıxaracaq. Amma hadisələrin gedişi  bunun əksini  göstərdi. Məkrli düşmən darmadağın edilmiş ordusunun tör-töküntüsünü nəinki Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisindən çıxarmadı, əksinə hər fürsətdə onu silahlandırmaq yolunu tutdu. Nəticədə Azərbaycan Ordusunun bu il  sentyabrın 19-da başladığı bir günlük lokal antiterror tədbirləri artıq rəsmi Bakının yağı düşmənin gündən-günə genişlənən təxribatlarına dözüm limitinin  tükəndiyini təsdiqlədi. Üç ilə yaxın müddətdə Ermənistanın qeyd edilən istiqamətdə heç bir addım atmaması, əksinə təxribatlar törədərək  sülh müqaviləsinin imzlanması prosesinin uzanmasına çalışması diqqətdən kənarda qalmadı.

Bunları təkrarən yada salmağımız səbəbsiz deyil. Məsələ burasındadır ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə  siyasi partiyaların  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin siyasətinə dəstəklərini özündə ehtiva edən bəyanatlarına diqqət yetirsək daim bu prosesdən kənarda qalan, hər zaman dövlətə, dövlətçiliyə və millətə  qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP-ni, eyni zamanda, yarandığı gündən anti-Azərbaycan qüvvələrin layihəsi olduğunu atdığı addımları ilə təsdiqləyən qondarma "Milli Şura"da təmsil olunan şəxslərin antimilli, xəyanətkar əməllərini  görmüş olarıq. Mayası qərəzdən, xəyanətdən, qul psixologiyasından yoğrulan bir partiyanın, yəni AXCP-nin  ölkənin qazandığı uğurlara sevinməsinın heç bir zaman şahidi olmadıq. Ən əsası bu gün AXCP-də mövcud olan avtoritar idarəcilik üsuluna diqqət yetirdikdə 20 ildən çoxdur ki, bu siyasi qurumun başında duran və artıq marginallaşmış sədr Əli Kərimov şəxsi ambisiyaları naminə rəhbərlik etdiyi partiyanın maraqlarını belə tapdalayıb keçmək üçün  hər cür alçaq vasitələrə əl atmaqdan çəkinmədyi açıq-aşkar nəzərə çarpır. Təbii ki, əqidəsini,  vicdanını xarici anti-Azərbaycan dairələrdən aldıqları qrantlara satan bu ünsürlərdən ölkənin xeyrinə hansısa addım atacaqlarını gözləmək belə sadəlövhlük olar. Hazırda AXCP-nin daxilində baş verən qarşıdurmalar, yaranan yarpaq tökümü özündə bununla bağlı bütün məqamları ehtiva edir.

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Əli Kərimov hər zaman gəncləri  Vətənə xəyanət ruhunda tərbiyə etmək yolunu tutduğu, ölkənin uğurlarına qara eynəkdən baxdığı  üçün həm partiya, həm də müxalif düşərgənin daxilində qınaqla üz-üzə olub. Hazırkı dövrün reallıqlarına nəzər salsaq bunu bir daha görə bilərik . Məlum olduğu kimi, 30 illik işğal dövründə Ermənistana dəstək funksiyasını yerinə yetirərək münaqişənin   həlli prosesinin uzanmasına, işğalçı ölkədə bu torpaqların onlara məxsusluğu barədə ümid yaradan  bəzi dünya gücləri  son vaxtlar ölkəmizə qarşı qərəzli təbliğatlarının əhatə dairəsini gündən-günə genişləndirirlər. Bu gün ABŞ-ın, Fransanın Ermənistana dəstəyindən daha da ruhlanan AXCP sədri Əli Kərimov, qondarma "Milli Şura"nın marionet rəhbəri Cəmil Həsənli, eyni zamanda, dağıdıcı müxalifət düşərgəsinin öndə gedənləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı kimi milli satqınlar  xarici himayədarlarından aldıqları qrantların qarşılığında onlara dəstəkləri sayəsində ictimai qınaqla üz-üzə qalıblar. Bu ünsürlər belə ikrah doğuran əməlləri, Azərbaycanın milli maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ilə  özlərinə qarşı nifrəti birə on qat artırırlar. Bu üzdəniraqlar torpaqlarımızın işgalının səbəbkarları olduqlarını unutmaqla bir daha nə dərəcədə simasız, vicdansız olduqlarını nümayiş etdirirlər. Azərbaycanda hər kəs vaxtilə torpaqlarımızı kimlərin satdıqlarını, üç il bundan  əvvəl Qarabağı və Şərqi Zəngəzuru kimin azad etdiyini  çox yaxşı bilir. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı  onlara satan əli kərimovlardan bu gün təbii ki, Vətən, xalq naminə hansısa bir əməli  fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar. Bu gün Əli Kərimovun başı  xarici ağalarına  dəstək verməyə və onun qarşılığında aldığı qrantlara  qarışdığından həmişə olduğu kimi, rəhbərlik etdiyi partiyanın daxilində baş verənlərin fərqində deyil.

 YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb  ki, AXCP-də baş verən yarpaq tökümünün növbəti  iştirakçıları  partiyanın Ali Məclisinin və  Təşkilat şöbəsinin  üzvü Seymur Əhmədzadə, həmçinin partiyanın üzvü Pərvin Hüseynlidir. Onlar istefalarının səbəbi kimi Əli Kərimovun avtoritar idarəçiliyini göstərirlər. O da vurğulanır ki, sonuncu "qurultay" şousunun nəticələrinə etiraz edən  şəxslər partiya sıralarını davamlı şəkildə  tərk etməyə başlayıblar. Partiya daxilindən sızdırılan və sosial şəbəkələrdə  yayılan məlumatlara əsasən proses davamlı  xarakter daşıyacaq.  Bu isə "Siyasi partiyalar haqqında" yeni Qanuna əsasən siyasi   partiyaların reyestrindən  keçmək üçün  Əli Kərimovun verdiyi siyahıdakı  5004 nəfərin azalaraq 5 mindən aşağı düşəcəyi barədə əsaslı fikirlərin səsləndirilməsini şərtləndirir. Göründüyü kimi, AXCP-nin siyasi meydandan uzaqlaşmaqda olan yolu daha da yaxınlaşır. Partiya funksionerləri də açıqlamalarında AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyə qarşı Əli Kərimovun xəyanətlərindən, şəxsi ambisiyaları naminə ikili oyunlarından geniş bəhs edirlər. Təbii ki, bir vaxtlar sədrinə xəyanət yolu tutub o zaman Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərlə birgə AXCP-nin parçalanmasına, müxtəlif adlarda fəaliyyət göstərməsinə səbəb olan Əli Kərimovdan istənilən addımı gözləmək olar.

 Vüqar Rəhimzadə qeyd edib ki, partiyadan istefa verənlərin Əli Kərimovun tapşırığı əsasında sosial şəbəkələrdə təhqir olunması onun cılızlığının təqdimatıdır. Vaxtilə bu partiyada təmsil olunan şəxslərin ardıcıl şəkildə  istefa vermələri Əli Kərimovun yaratdığı dözülməz mühitin göstəricisidir. Əli Kərimovun AXCP-də yaratdığı diktatura rejiminə əsaslanan idarəetmə üsulu partiya üzvləri tərəfindən  ifşa edilir. Ə.Kərimovun bu istefalara yol açan addımlarından biri də xarici ağalarından aldığı qrantlara tək sahib olmaq istəyidir. İstefa verənlərin açıqlamalarında bu məqamlar da xüsusi yer alır ki, AXCP sədri partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmağı tələb edir. Buna riayət etməyənlər isə təzyiqlə üzləşir və sonda  partiyadan istefa verirlər. İllərdir AXCP  daxilində yaratdığı demokratiyadan uzaq şəraitə qarşı etiraz dalğasının genişlənməsinə baxmayaraq Əli Kərimovun bundan nəticə çıxarmaq əvəzinə partiyanı tərk edənlərin ünvanına şər-böhtan  yağdırması, yaşananlarda onları günahlandırması artıq bu şəxsləri keçmiş sədrləri haqqında etik qaydalara sığmayan hansısa bir ifadəni səsləndirməyə vadar edir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ