Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın qeyri-müstəqilliyi sülhə ən böyük əngəldir...

Image


"Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır". Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

Bununla yanaşı, dövlət başçısı diqqətə çatdırıb ki, belə ölkələrə sözün əsl mənasında müstəqil ölkə demək olmaz: "Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar". Burada xüsusi vurğulanmalıdır ki, məhz Ermənistanın müstəqil olmaması onun İkinci Qarabağ müharibəsindən sonra indiyə qədər Azərbaycanla sülh müqaviləsi imzalamasını əngəlləyir. Ermənistan regionda davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanı əldən vermək üzrədir. Bununla da yalnız özünə ziyan vurur. Burada qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nəinki hər iki ölkənin xalqlarının maraqlarına cavab verir, eyni zamanda, regionun gələcəyi üçün yeni perspektivlər açır. Amma indiki halda Ermənistanın sülh sazişini imzalamaqdan imtina etməsi, kommunikasiyaların açılmasını gecikdirmək cəhdləri zaman itkisindən başqa bir şey deyil. İndiki halda isə zaman daha çox Ermənistanın əleyhinə işləyir. Çünki bu ölkənin iqtisadi tənəzzüldən xilas olması üçün kommunikasiyaların açılmasına, nəqliyyat əlaqələrinin bərpasına başqa ölkələrdən daha çox ehtiyacı var. Burada onu da xatırladaq ki, Vətən müharibəsi başa çatdıqdan sonra sülh təşəbbüsləri məhz Azərbaycan tərəfindən başlanılıb və bu dövr ərzində rəsmi Bakı həmişə Qafqazda sülh, sabitlik və əməkdaşlıq perspektivlərinə sadiq qalıb. Lakin ötən 3 il ərzində, əvvəlki 30 illik dövrdə olduğu kimi, Ermənistan davamlı olaraq özünün havadarlarına və həmin o havadarların qeyri-real vədlərinə güvənərək sülh prosesindən davamlı şəkildə yayınıb. Halbuki, Azərbaycan və Ermənistan arasında Bakının irəli sürdüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan 5 şərt istiqamətində Moskva, Vaşinqton və Brüssel platformaları çərçivəsində müzakirələr aparılıb. Amma Qərbin ikiüzlü siyasəti səbəbindən Vaşinqton və Brüssel platformalarına etimad sarsılıb. Xüsusən ötən ilin oktyabrından etibarən Fransanın Brüssel prosesinə açıq müdaxiləsi, həmçinin bölgədə sülhə, sabitliyə təkzibolunmaz şəkildə zərər vuran davranışları ciddi problemlərə yol açıb. Fransanın, Avropa İttifaqı Parlamentinin Azərbaycana münasibətdə açıq, qərəzli danışıqları Brüssel platformasını daha çox anti-Azərbaycan masasına çevirməyə başladı ki, bunu da, təbii ki, Bakı qəbul edə bilməz. Ardınca ABŞ da vasitəçilik məsələsində ciddi qüsurlara yol verdi. Amma bunlar Azərbaycanın iradəsinə təsir edə bilməz. Bunu ermənilər özləri də etiraf edirlər. Ermənistanın Regional Araşdırmalar Mərkəzinin direktoru, erməni ekspert Riçard Kirakosyan bu fonda bildirir: "20 noyabrda ABŞ-da keçirilməsi nəzərdə tutulan XİN başçılarının görüşündən Bakının imtinası həm Brüsseldə, həm də Vaşinqtonda məyusluq yaradır. Qərbin bu məyusluğu həm də o deməkdir ki, Azərbaycanın fundamentalist mövqeyinə tolerant yanaşmırlar. Müharibədən sonrakı yeni reallıq Ermənistan üçün nə qədər çətin olsa da, Azərbaycan da ABŞ üçün əvvəlkindən daha az əhəmiyyət kəsb edir. Azərbaycanın maksimalist mövqeyi ABŞ üçün problemə çevrilsə də, bu da bir həqiqətdir ki, ABŞ-ın Bakı üzərində rıçaqları azdır. Çünki Bakı hələ də Türkiyədən dəstək almaqla yanaşı, Rusiyadan da iştirak və hətta əməkdaşlıq əldə edib. Bununla belə, Vaşinqton indi əlində olan kiçik rıçaqları daha ciddi qəbul edir. Amerikanın Azərbaycana qarşı onsuz da aşkar məyusluğu onu deməyə əsas verir ki, sanksiyalar ABŞ-ın son çarəsi olaraq qalsa da, indi yalnız Bakıya siyasi təzyiq göstərməkdə davam edəcək". Kirokosyan Dövlət Departamentinin sözçüsü Metyu Millerin tərəfləri layiqli və sabit sülh naminə birbaşa danışıqlara dəvət etməsinin heç də "siyasi təzyiq" olmamasına isə bu cür reaksiya verib: "Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə diplomatik danışıqların bərpası gözləntiləri ilə bağlıdır. Sülh müqaviləsi ikitərəfli dövlətlərarası müqavilədir ki, o da Qarabağ münaqişəsindən ayrılıb". Onun fikrincə, Qarabağ münaqişəsinin həllindən sonra sərhədlərindən kənara çıxan Azərbaycanın Ermənistanın bəzi ərazilərinə iddiası və hərbi güc nümayişinə mane olacaq heç bir qüvvə yoxdur: "Bu, daha çox Azərbaycanın son hərbi qələbəsi ilə güclənməsi və Türkiyənin hüdudsuz dəstəyi, İsrailin hiyləgər yardımı və Qərbin Azərbaycana qarşı heç bir təsir rıçaqının olmaması ilə əlaqədardır. Bütün bunların fonunda Azərbaycanın indi dayanması üçün hələ də heç bir məhdudlaşdırıcı və real səbəb yoxdur". Rusiyalı politoloq Sergey Markedonov isə bildirir ki, Azərbaycan üçüncü tərəflər olmadan Ermənistanla ikitərəfli razılaşmalar əldə etməyə çalışır: "Azərbaycan üçüncü tərəflər olmadan Ermənistanla ikitərəfli razılaşmalar əldə etməyə çalışır. Söhbət bu "üçüncü tərəflərin" tamamilə lazımsız olmasında deyil, lakin Bakı onların vəziyyətə real təsir dərəcəsini minimuma endirmək istəyir. Və əksinə, belə bir anlayış var ki, erməni tərəfi mövcud olan son fürsətə qədər "üçüncü"dən yapışacaq. Azərbaycan öz uğurlarının qeyd-şərtsiz tanınmasını, eləcə də Bakının əsas benefisiarlardan biri olacağı yeni regional status-kvonun formalaşmasını istərdi".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ