Bazar günü günü, 08 noyabr 2026
     

Xankəndidə erməni mülklərinin mühafizəsinin beynəlxalq məhkəmə qərarı ilə əlaqəsi yoxdur...

Image


Samir Adıgözəlli: "Azərbaycan Qarabağdan könüllü gedən ermənilərin mülklərini 17 noyabr qərarından çox əvvəl qorumağa başlayıb" 

Ermənilər Qarabağı könüllü tərk etdikdən sonra Ermənistan mediası bir qayda olaraq faktları, gerçəklikləri təhrif etməklə məşğul olur. 

Məsələn,  20 sentyabrdan sonra, daha dəqiq desək, sentyabrın sonu, oktyabrın əvvəllərində  Xankəndidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin Azərbaycan polisi tərəfindən mühafizəsi həyata keçirildiyi halda, erməni mediası məsələni elə qələmə verir ki, guya Qarabağda ermənilərin mülklərini Azərbaycan ancaq Beynəlxalq Ədalət məhkəməsinin 17 noyabr qərarından sonra qorumağa başlayıb. Guya bundan sonra evlər möhürlənib və sair. Halbuki, ilk gündən Azərbaycanın məqsədi o mülklərin toxunulmazlığını qorumaq olub.

"Ermənilərin hay-küyünün səbəblərindən biri də Xankəndi sakini olan azərbaycanlıların yenidən öz doğma evinə  qayıtması niyyətinin qarşısını almaqdır" 

İSBAM sədri Samir Adıgözəlli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, erməni mediası Azərbaycanla bağlı növbəti dəfə yanlış rəy formalaşdırmaq istəyir: "Sentyabrda keçirilən antiterror tədbirindən sonra Ermənistan və onun havadarları Azərbaycana qarşı növbəti çirkin kampaniya formalaşdırmaq istəyirlər. Erməni mediası da onların təxribatlarını təbliğ edir. Məqsədləri beynəlxalq aləmdə belə bir fikir formalaşdırmaqdır ki, guya 17 noyabra qədər Azərbaycan ermənilərin mülklərini qorumayıb, bunların mülkləri "təhlükədə" olub. Gələcəkdə Azərbaycandan kompensasiya almaq niyyətindədirlər. İndi hər erməni sakin özündən böyük bir siyahı düzəldib ki, guya Qarabağda hansısa böyük sərvəti qalıb. Onlar bu iddia ilə ona görə çıxış edirlər ki, Azərbaycandan daha böyük pullar alsınlar. Bundan başqa, Avropa İttifaqından və başqa təşkilatlardan daha çox pul qoparmaq üçün mülk hay-küyü salırlar. Qarabağdan gedən ermənilər pul dilənmək üçün hər cür varianta əl atırlar. Ona görə də, "Azərbaycan əvvəllər bizim mülkümüzü qorumayıb" iddiası ilə beynəlxalq rəy formalaşdırmaq istəyirlər. Halbuki, Azərbaycan Qarabağdan könüllü gedən ermənilərin mülklərini 17 noyabr qərarından çox əvvəl qorumağa başlayıb. Ümumiyyətlə, lokal antiterror tədbirləri zamanı mülki obyektlərə heç bir ziyan vurulmayıb. İnsanların təhlükəsizliyi, mülki obyektlərin, infrastrukturun qorunması əsas götürülüb.  

Yadınıza gəlirsə, Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayışdan bir neçə gün sonra, oktyabrın 6-da Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu, elektrik təchizatının həyata keçirildiyini bildirmişdi. Prezident vurğulayırdı ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.

Heç olmasa erməni mediası yazanda Azərbaycan Prezidentinin bəyanatlarına baxsın". 

S.Adıgözəlli qeyd etdi ki, Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin rahatlığı üçün lazım olan dəstəyi göstərdi. Azərbaycanı onların özlərinin tərk etdiyini deyən S.Adıgözəlli qeyd etdi ki, hazırda Qarabağdan gedən ermənilərə "qaçqın" statusu almaq istəyirlər, bu da beynəlxalq qanunlara ziddir. 

O vurğuladı ki, Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı mətbuata verdiyi məlumatda hər şeyi aydın şəkildə qeyd edib. "Bu sənəddə aydın şəkildə bildirilib: "Azərbaycan milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini qoruyur. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməsi eyni zamanda Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir". Yəni məlumdur ki, ölkəmizdə bu sahələr qorunur. Xankəndidə həm ictimai və inzibati binaların, həm erməni vətəndaşların mənzilləri, dini obyektləri, başqa müəsissələri qorunur, özü də bu tədbirlər çox operativ həyata keçirilib. Ermənilərin hay-küyünün səbəblərindən biri də Xankəndi sakini olan azərbaycanlıların yenidən öz doğma evinə  qayıtması niyyətinin qarşısını almaqdır. Amma bunu bacara bilməzlər. Xankəndi sakini olan azərbaycanlılar geri qayıtmalıdır. Bu onların hüququdur. Xankəndidə nə  qədər azərbaycanlının evini gəlmə ermənilər zəbt edib, mülklərini mənimsəyib, var-dövlətlərini mənimsəyib. Onlar yaxşı bilirlər ki, kimlərin ora gəlmə olduğu və hansı azərbaycanlının evini kimlərin  zəbt etdiyi artıq məlumdur. Çünki Azərbaycan separatçılardan qalan sənədlərlə, siyahılarla tanışdır. Bu sənədlərdən məlum olacaq ki, bizim orada nə qədər erməni əsilli vətəndaşımız var. Onlara məxsus mülkiyyət də, əmlak da dövlətimiz tərəfindən qorunur. Şəxsi mülkiyyət toxunulmazdır, Azərbaycan da o mülklərin toxunmazlığını təmin edir. Amma 17 noyabr tarixindən əvvəl bu işə başlanılıb". 

Qarabağda mülkü olduğu təsdiqlənən ermənilər ya gəlib burada mülkünə yiyə durmalıdır, ya da alternativ alqı-satqı yolu işini görməlidir. Yoxsa dünyanın harasındansa gəlib Qarabağda yaşayıb azərbaycanlının evini zəbt edib "bu mülk mənimdir" deyənlərə qarşı tədbir görülməlidir. 

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ