Bazar günü günü, 08 noyabr 2026
     

Əliyev SPECA-nın daha geniş əməkdaşlıq formatlarına yol açacağını dedi... - FOTO/YENİLƏNDİ

Image


Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli beynəlxalq təşkilatların nümayəndələri.

Xanımlar və cənablar.

Mən sizi səmimiyyətlə salamlayıram, qonaqlarımıza "Xoş gəlmisiniz!" deyirəm.

Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.

SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm.

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.

Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Hörmətli həmkarlar.

Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur.

Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində "Qarabağ Ermənistandır və nöqtə" açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.

2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik.

Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar.

Buna cavab olaraq və "boz zona"ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm.

Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm.

x x x

Sonra digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri çıxış etdilər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında Zirvə görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yaxşı zəmin yaradacağını vurğulayaraq dedi:

- Hörmətli dövlət başçıları, hörmətli iştirakçılar. İlk növbədə, mən SPECA Zirvə görüşünün gözəl Bakı şəhərində, Xəzər dənizinin mirvarisi olan şəhərdə təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğluna dərin minnətdarlığımı bildirmək istəyirəm. Onu da deyim ki, bugünkü Zirvə görüşündə iştirak edən Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını və digər qonaqları salamlamaq istəyirəm.

Bu il SPECA xüsusilə Azərbaycanın təşkilatda sədrliyi ilə qeyd olunur. Düşünürəm ki, əldə edilən nəticələr bizim çox sahələrdə olan əməkdaşlığımız üçün yaxşı zəmin yaradacaq və bu, şəffaflıq, səmimiyyət, qarşılıqlı etimad əsasında davam edəcək.

x x x

Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına uğurlu sədrliyinə görə Azərbaycana təşəkkürünü bildirərək qeyd etdi:

- Hörmətli cənab İlham Heydər oğlu, hörmətli nümayəndə heyətlərinin rəhbərləri, hörmətli xanımlar və cənablar.

İlk növbədə, ənənəvi qonaqpərvərliyə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) fəal və uğurlu sədrliyinə və yubiley Sammitimizin gözəl təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirirəm.

x x x

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə sədrlik dövründə bir çox məsələlərin müsbət həllinə nail ola bildiyi üçün minnətdarlığını ifadə edərək vurğuladı:

- Zati-aliləri cənab İlham Əliyev.

Hörmətli xanımlar və cənablar.

Hörmətli həmkarlar.

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, dostum və qardaşım cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, bu Zirvə görüşünün ən yüksək səviyyədə təşkil olunmasını təmin etmişdir. Qardaş Azərbaycanı BMT-nin Xüsusi Proqramına uğurla sədrlik etməsinə görə təbrik etmək istəyirəm.

Onu da qeyd etmək istəyirəm ki, şəxsən Siz, hörmətli İlham Heydər oğlu, ən azından SPECA-nın istiqamətində iki əsas sıçrayışa müəllif oldunuz. Birincisi, SPECA-nın son 25 illik tarixi dövründə onun ilk dəfə səviyyəsini iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qaldırdınız. İkincisi, uzun müddət idi ki, bu Etimad Fondunun yaradılması alınmırdı, Siz öz sədrlik ilinizdə bu məsələnin müsbət həllinə nail ola bildiniz.

x x x

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşünün üzv ölkələr üçün əhəmiyyətinə toxunaraq dedi:

- Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin ünvanına söylənilən təşəkkür sözlərinə mən də qoşuluram. Bildiyiniz kimi, bu gün SPECA-nın Zirvə görüşü keçirilir və bizi burada səmimi-qəlbdən qəbul etdiyinə görə ona təşəkkürümüzü bildirmək istəyirəm.

Qeyd etmək istəyirik ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir. Bu baxımdan biz hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Əslində, əminəm ki, müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək.

x x x

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya – Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd etdi:

- Hörmətli Prezident, hörmətli Baş nazirlər.

Hörmətli Zirvə görüşünün iştirakçıları.

Çox sevdiyim Azərbaycanı və SPECA-nı burada salamlamaq istəyirəm.

Bu görüşdə fəxri qonaq qismində iştirak etmək mənim üçün böyük qürur hissidir. Əvvəlcə qonaqpərvərliyə görə cənab Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm, çox təşəkkür edirik. Gözəl şəhər olan Bakıya məni dəvət etdiyinizə görə minnətdaram.

Mən bu təşkilatın 25 illik yubileyi münasibətilə sizi təbrik etmək istəyirəm. Bu təşkilat regionun dayanıqlı inkişafı üçün gözəl bir platformadır.

Azərbaycan dəyərli qonşumuzdur və strateji tərəfdaşımızdır. Biz qürur hissi ilə demək istəyirik ki, artıq əsrlərdir ölkələrimiz arasında ən yüksək səviyyədə gözəl münasibətlər inkişaf etməkdədir.

x x x

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevi həm bu regionda, həm də qlobal siyasətdə şəxsi səylərinə görə təbrik edərək bildirdi:

- Hörmətli cənab Prezident.

Hörmətli həmkarlar.

Əvvəlcə mən Prezident Əliyevə bu dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl Bakıya gəlmək mənim üçün çox xoş bir hadisədir. Mən Macarıstanın ən xoş salamlarını gətirmişəm və SPECA təşəbbüsünü bərpa etdiyinizə görə Sizə təbrik sözlərimi çatdırmaq istəyirəm.

Azərbaycan və Macarıstan arasında dostluq təkcə qaz dostluğu deyil. Biz aramızda qardaşlıq münasibətlərini qururuq. Biz qardaş ölkələrik və bu yaxınlarda ölkələr arasında çox güclü enerji münasibətləri formalaşmışdır.

Biz cənab Prezident Əliyevin başladığı bu inkişafı dəstəkləyirik. İki ölkə arasında ticarət dövriyyəsi rekordlar vurmağa başlayıb. Biz sərmayə qoyuluşu sahəsində daha fəal olmaq istəyirik. Azərbaycandan ilk təbii qaz artıq Macarıstana çatmışdır.

Yekunda, cənab Prezident Əliyev, mən bir daha Sizi həm bu regionda, həm qlobal siyasətdə şəxsi səylərinizə görə təbrik etmək istəyirəm. Siz qlobal siyasətdə öz tərəfinizdən qarşılıqlı etimad və hörmət prinsiplərini təşviq edirsiniz. Macarıstan Mərkəzi Asiya iqtisadiyyatlarının inkişafında bütün formalarda iştirak etməyə hazırdır. Macarıstan adından Sizə təşəkkürümü bildirmək istəyirəm.

x x x

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov bugünkü Zirvə görüşünün region ölkələrinin iqtisadi inkişafı üçün çox gözəl imkanlar yaradan platforma olduğunu vurğulayaraq bildirdi:

- İlk növbədə, mən SPECA Zirvə görüşündə iştirak edənlərin hamısına və cənab Prezident İlham Əliyevə Prezident Sərdar Berdiməhəmmədovun salamlarını və bu tədbirin uğurla keçməsi arzularını çatdırıram.

SPECA-nın yaradılmasının 25 illik yubileyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, nadir bir platformadır, regionda olan dövlətlərin iqtisadi inkişafına yönəlik çox gözəl imkanlar yaradan platformadır.

x x x

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan SPECA-nın üzvü olan ölkələr tərəfindən həlli vacib məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmini qeyd edərək dedi:

- İcazə verin, mən öz çıxışıma Azərbaycan Respublikasına və xüsusən də cənab Prezident Əliyevə bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə və tədbiri – bu Sammiti və ümumiyyətlə SPECA həftəsini yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığımı bildirim.

Bildiyiniz kimi, SPECA 25 ildən sonra bu tədbirlərlə yenə də yeni təkan qazanır. Bildiyiniz kimi, bu yaxınlarda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş sessiyasında SPECA ilə bağlı xüsusi qətnamə qəbul olunmuşdur. Belə mühüm bir tarixlə mən Azərbaycanı və bütün digər iştirakçıları təbrik etmək istəyirəm.

Burada Etimad Fondunun yaradılması təşəbbüsü səsləndirilmişdir. Biz də istərdik ki, bu məsələ mümkün qədər tez müddətdə öz həllini tapsın. Biz bilirik ki, burada daha çox könüllü surətdə vəsaitlər köçürüləcəkdir. Azərbaycanın bununla bağlı könüllü şəkildə vəsaitlərin ayrılması qərarını alqışlayırıq. İnanırıq ki, digər tərəfdaşlar da bu nümunədən istifadə edəcəklər.

x x x

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbana yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək dedi:

- Mən, bu əlamətdar Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Zati-aliləri cənab Prezident Əliyevə və Azərbaycan Hökumətinə minnətdarlığımı bildirmək istəyirəm.

x x x

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi Zirvə görüşünün Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə təkan verəcəyini qeyd edərək bildirdi:

- Xanımlar və cənablar, yekunda mən bir daha öz təşəkkürümü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə çatdırmaq istəyirəm ki, o, məni buraya dəvət etdi. Azərbaycan Hökumətinə və xalqına çox sağ olun deyirəm ki, siz məni buraya dəvət etdiniz. Bu addım - hər iki tərəfin ümumi səyləri Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə yönəlib.

x x x

Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:

- Təşəkkür edirəm, əziz dostlar.

Hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilmiş və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunmuşdur.

Sənədlərlə bağlı əlavə fikir varmı?

Təşəkkür edirəm.

Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur.

Bununla da Zirvə görüşü başa çatır.

Zirvə görüşündə iştirak etdiklərinə görə dövlət və hökumət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə təşəkkür edirəm.

Sağ olun.

x x x

SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edildi.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ