Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyan ikitərəfli danışıqlardan qaçır - Qərbin təlimatları "işini gördü"

Image


Bəlli olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi İrəvana sülh prosesini müzakirə etmək üçün sərhəddə görüş keçirməyi təklif edib. Azərbaycan bunu həm də onunla əsaslandırır ki, vasitəçilərlə aparılan danışıqlar istənilən nəticəni vermir. 

Bunun əsas səbəblərindən biri Qərb platformalarının qərəzli, birtərəfli mövqeyidir. Belə şəraitdə digər platforma olan Rusiyanın vasitəçiliyini də Ermənistan qəbul etmir. Deməli, yeganə yol vasitəçilərsiz, birbaşa danışıqlardır.

Lakin görünən budur ki, Ermənistan hələ ikitərəfli əsasda sülh danışıqları üçün özündə lazımi cəsarəti tapa bilmir. Bunu Bakının danışıqların ikitərəfli əsasda başlanması və görüşün qarşılıqlı məqbul məkanda və ya dövlət sərhədində baş tutması təklifinə İrəvanın cavabı da  təsdiq edir. Burada qeyd olunur ki, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa, reallaşa bilər. Elə bu fonda Ermənistan Azərbaycana təklif edir ki, dövlət sərhədində hər iki ölkənin delimitasiya-demarkasiya komissiyalarının iclası keçirilsin. Beləliklə, Azərbaycan təklif edir ki, sülh danışıqları dövlət sərhədində, yaxud hər iki tərəfin qəbul edəcəyi məkanda vasitəçisiz baş tutsun. Ermənistan da təklif edir ki, sərhəddə demarkasiya komissiyalarının iclası keçirilsin. Yəni bununla Ermənistan ikitərəfli əsasda sülh danışıqlarının aparılmasından imtina edir. Bu isə ikitərəfli formatda sülh danışıqlarının İrəvan üzündən hələ ki mümkün olmadığını göstərir. Halbuki, vasitəçilərsiz danışıqlar daha effektiv nəticələr verə bilər. Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, Azərbaycan və Ermənistanın artıq vasitəçilərə ehtiyacı yoxdur. Hər iki ölkənin 30 ilə yaxın müddətdə vasitəçilik prosesində iştirak etdiklərini bildirən ekspert vurğulayıb: "İki ölkə elə bir səviyyəyə gəlib çatıb ki, liderlər artıq sülh istədiklərini və 5 baza prinsipində, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması barədə razılığa gəldiklərini bəyan ediblər. Bu prosesə yeganə maneə separatçı rejim və Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda mövcudluğu idi. Bu problem də artıq aradan qaldırılıb və iki ölkə liderinin sülh müqaviləsi barədə razılığa gəlməsinə heç bir maneə yoxdur". Brayza hesab edir ki, sülh müqaviləsinin tezliklə imzalanması hər zamankından daha realdır. "Mən son bir neçə aya qədər heç zaman sülh müqaviləsi barədə razılığın əldə edilməsinin bu qədər real olmasına dair açıqlama verməmişəm. Bu, indi daha çox mümkün görünür. Bu prosesi dayandıra biləcək yeganə hal Nikol Paşinyanın əleyhdarları olan radikal millətçilər, həmçinin ABŞ-da prosesin əleyhinə olan diaspor nümayəndələrinin siyasi sabotaja əl atması ola bilər". Sabiq səfirin sözlərinə görə, regional inkişaf baxımından sülh müqaviləsi çox böyük əhəmiyyətə malikdir. Metyu Brayza vurğulayıb ki, müqavilənin əleyhdarları Zəngəzur dəhlizinin açılmasını Azərbaycanın Ermənistan ərazisinə daxil olması cəhdləri kimi iddialar irəli sürsələr də, reallıqda bu barədə məhz Ermənistan özü 2020-ci ilin 10 noyabr tarixində razılığa gəlib: "Mən əminəm, Nikol Paşinyan anlayır ki, əgər nəqliyyat əlaqələri bərpa olunarsa və bu xətt Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərsə, bu, nəinki Ermənistana investisiya cəlbini artıracaq, həmçinin iş yerlərinin açılmasına, iqtisadiyyatın inkişafına gətirib çıxaracaq, Ermənistan iqtisadiyyatının regional iqtisadiyyata reinteqrasiyasına şərait yaradacaq. Bu isə regionda tamamilə yeni iqtisadi dinamika formalaşdıracaq və davamlı sülhün bərqərar olmasına yol açacaq. Sülh müqaviləsi regionda bütün investisiyaları real edəcək".

Hələlik isə Ermənistan bu reallıqları qəbul etmək istəmir. Bu səbəbdən də ikitərəfli əsasda sülh müqaviləsinin əleyhinə çıxır. Azərbaycan ikitərəfli formatı əvvəldən dəstəkləyir, hətta məkan kimi bölgədə vasitəçilik uğrunda mübarizə aparan Qərb və Rusiya masasını yox, Tiflisi təklif edib. Bu formatla bağlı son çağırışdan sonra rəsmi Bakı sülh danışıqlarının dövlət sərhədində keçirilməsi ideyasını irəli sürüb.  Ermənistan hələ ki, real nəticə verə biləcək bu formatdan yayınır. Halbuki, sülhə hansısa ciddi əngəl qalmayıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edən zaman bir daha diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb. Dövlət başçısı bəyan edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. Bu fonda prezident ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb. Amma  Ermənistan hələ də özündə lazımı cəsarəti tapa bilmir. Ermənistan  hakimiyyəti Qərbin verdiyi təminat və təlimatlara uyğun şəkildə sülh prosesini uzatmağa çalışsa, bundan yalnız özü zərər görəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ