Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyanın Makrondan yararsız texnika alması İrəvanda niyə sakit qarşılandı...

Image


İbrahim Rüstəmli: "Hazırda erməni ordusunun vəziyyəti o qədər pisdir ki, Ermənistan müxalifətinin buna etiraz etməyə arqumenti də yoxdur" 

Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb. Bunu keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın "Bastion" zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edərkən deyib.

M.Zaxarovanın sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib.

XİN sözçüsü qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür: "Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib".

Ortada belə ciddi faktlar olduğu halda, niyə Ermənistanın müxalif dairələri və ictimaiyyəti bununla bağlı Paşinyan hökümətinə kəskin etiraz etmir?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Fransa-Ermənistan münasibətlərində vəziyyət belədir: "Fransanın Ermənistana etdiyi canfəşanlıq, Rusiya rəsmisi Mariya Zaxarovanın dediyinə görə, artıq Azərbaycanın zəhləsini töküb. Yəni Makronun Paşinyandan daha çox erməni kimi görünməsi gülüş doğurur, kənardan eybəcər görünür. Fransa müstəmləkə dövlətlərindən, Cənubi Afrikadan çox sürətlə çıxarılır,  onlara qarşı böyük nifrət var və Fransanın beynəlxaq aləmdə olan imici də məhv olub. Fransa dünyanın ən zəif yerlərindən birini axtarır. Bu yerlərdən biri kimi də Ermənistanı görür. Ermənistan da marionetka dövlətdir,  vahid dövlət dili yoxdur. Onun dövlət dili bir zamanlar rus dili, bir zamanlar fars dili olub. İndi də "dövlət dili"  Fransadır. Ermənistan Fransa dövlət dili ilə danışır və Fransa tərəfindən oyuncaq kimi oynadılması da təəccüblü deyil. Çünki Fransa dünyada, müstəmləkələri tərəfindən sıxışdırılmış bir dövlətdir. Belə bir məqamda da Ermənistanı ən münbit poliqon kimi görür. Birmənalı şəkildə Fransanın Ermənistan üçün etdiklərinin heç biri bu dövlətin möhkəmlənməsi üçün nəzərdə tutulmayıb. Bunların hamısı Fransanın öz şəxsi maraqları üçün nəzərdə tutulub. Onu da deyim ki, bu proses bir zamanlar Rusiyanın Ermənistana göstərdiyi "dostluq" münasibətində özünü göstərmişdi. Ermənistana 1 milyard dollarlıq texnika havayı verilmişdi. Bu da Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanmışdı. 44 günlük müharibə ərəfəsində bu texnikaların heç birinin döyüşə  yararlı olmadığını gördük. Bu savaşdan sonra Ermənistan ordusunun infrastrukturu məhv olub. Bu 44 gün bəs etdi ki, Azərbaycan erməni silahlı qüvvələrini darmadağın etsin. Ermənistan ordusu indi iflic vəziyyətindədir. Bu vəziyyətdə Fransanın bir zamanlar Ukraynanın imtina etdiyi silahları ora göndərməsi ilk növbədə onun göstəricisidir ki, Fransa öz texnikalarını soxuşdurmağa yer axtarır və Ermənistanın ordu strukturu o qədər bərbad vəziyyətdədir ki, Fransanın göndərdikləri ilə qane olmaqdan başqa çarəsi yoxdur. Hazırda erməni ordusunun vəziyyəti o qədər pisdir ki, Ermənistan müxalifətinin buna etiraz etməyə arqumenti  də yoxdur. Artıq Paşinyandan tutmuş bütün ermənilər şok vəziyyətindədir. Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışırdıq, etdik də. Onlar heç vaxt inanmazdılar ki, biz tək Şuşanı yox, Xankəndini də azad edəcəyik. Artıq Azərbaycanın dövlət bayrağı Xankəndidə, Ağdərədə dalğalanır. Bunlar hamısı çox böyük bir strategiyanın, taktikanın nəticəsidir. Biz artıq döyüş əməliyyatı aparmağa ehtiyac duymuruq. Belə bir vəziyyətdə Fransanın töküntüləri Cənubi Qafqazda onun möhkəmlənməsinə xidmət edir. Fransa Cənubi Qafqazda məskən salmaq istəyir. Ancaq bu nə Rusiyanın, nə İranın, nə də Azərbaycanın maraqlarına daxildir. Bizim ərazimizə Fransa heç vaxt gələ bilməz. Bizdən qabaq dq bundan narahat olanlar var. Ona görə də, Mariya Zaxarova bildirir ki, Fransa öz hərəkətləri ilə Azərbaycanın lap zəhləsini töküb. Dövlət rəhbərinin ən yaxın ətrafının Fransa haqqında dediklərinə fikir verin. Onlar əslində çox haqlıdırlar. Azərbaycanın artıq səbri tükənə, buna adekvat addımlar atmağa məcbur qala bilər. Belə bir vəziyyətdə erməni müxalifəti buna etiraz etmədi. Fransanın Paşinyanı dəstəkləməsi ordakı müxalifətin səsini az da olsa boğur. Ancaq demək istəyirəm ki, Makron da əlini Paşinyanın üstündən çəksə, Paşinyanı orda asacaqlar. Amma heç bir şeyə nail ola bilməyəcək bu qüvvələr. Çünki Azərbaycan beynəlxalq hüquqa söykənir, öz silahlı qüvvələrini hər gün daha da gücləndirir".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ