Bazar günü günü, 08 noyabr 2026
     

Qərb riyakarlığının müasir təzahürü - Ukrayna qurban verilir...

Image


Bu günlərdə ABŞ prezidenti Co Bayden Ukrayna və İsrailə yardımı nəzərdə tutmayan müvəqqəti xərclər haqqında qanun layihəsinə imza atıb. Ağ Evin mətbuat xidməti bildirir ki, bu qanun 2024-cü il yanvarın 19-dək bir sıra dövlət proqramlarının, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil tikintisi üçün davamlı maliyyələşdirməni nəzərdə tutur.

Hazırda mövcud vəziyyət İsraildən çox Ukraynaya ciddi təsir edir. Görünən budur ki, ABŞ və Avropa Ukraynanı yarı yolda qoyur. Necə ki, bu ssenarini onlar Gürcüstanda da tətbiq etmişdilər. Elə ABŞ-ın məşhur "Foreign Affairs" jurnalı da Qərbin Ukraynaya münasibətinin Rusiyanın öz məqsədinə daha tez çatmasına şərait yaratdığını yazır: "Həm ABŞ-da, həm də Avropada Ukraynaya hərbi və iqtisadi dəstək sahəsində siyasi iradə azalmağa başlayıb. Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diqtə edir". Qeyd edilir ki, indi Qərbin yanaşmasına əsasən, Ukrayna üçün Rusiyanı məğlub etməyin mümkünsüzlüyü ilə barışmaq və aktiv hərbi əməliyyatları dondurmaq lazımdır: "Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlamağa imkan verəcək, Ukraynaya daxil olan Qərb silahlarını döyüş meydanında tez xərcləməkdənsə, onları Ukraynanın uzunmüddətli təhlükəsizliyinə sərmayə qoymağa imkan yaradacaq. Atəşkəsin dəqiq şərtləri - vaxt, təmas xəttinin dəqiq yeri, silah və qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları geniş beynəlxalq nəzarət altında, BMT-nin yaxud da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatınln himayəsi altında işlənilib hazırlanmalıdır".  Qeyd olunub ki, ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə atəşkəsə əsaslanan strategiya üçün məsləhətləşmələrə başlamalıdır. Belə ki, Ukraynanın yüksək səviyyədə əks-hücum etməsinə baxmayaraq, Rusiya faktiki olaraq 2023-cü ildə Ukraynadan daha çox ərazi əldə edib: "Kiyev və onun tərəfdarları üçün dalana aparan və tezliklə Qərbin Ukraynaya dəstəyinin kəskin azalmasına gətirib çıxara biləcək kursu davam etdirməkdənsə, məqsəd və vasitələri tarazlaşdıracaq yeni strategiya qəbul etmək daha üstündür. Vaşinqton Ukrayna və Qərb müttəfiqlərlə Kiyevi hücumdan müdafiə strategiyasına keçməklə atəşkəs təklif etməyə inandırmaq məqsədilə məsləhətləşmələrin başlanmasına rəhbərlik etməlidir". Vurğulanıb ki, Qərb tərəfdarları arasında Ukrayna ilə bağlı yorğunluq onların Kiyevi dəstəkləməyə davam etmək istəyinə təsir göstərməyə başlayır. Birləşmiş Ştatlar Qərbin Ukraynaya yardımında mərkəzi rol oynamağa davam edir, lakin Respublikaçılar Partiyası daxilində əhəmiyyətli miqdarda əlavə yardımın göstərilməsinə qarşı artan müxalifət var ki, bu da Bayden administrasiyasının yeni vəsait tələblərinə indiyədək mane olub: "Tamamilə mümkündür ki, ABŞ-da 2024-cü il prezident seçkilərindən sonra qarşılıqlı formada razılaşdırılmış atəşkəs və sonrakı ərazi danışıqları üçün perspektivlər nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Əgər qalib gələn tərəf davamlı transatlantik həmrəyliyə və Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün gələcək səylərə sadiq olacaqsa, o zaman Putinin vaxtın Rusiyanın xeyrinə işləməsinə inanmağa heç bir əsası olmayacaq. Ancaq hələ ABŞ-dəki seçkilərə tam bir il var və onlar elə bir nəticəyə gətirib çıxara bilər ki, Ukrayna məğlub duruma düşər. Nə Vaşinqton, nə də Kiyev belə bir risqə getməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir. Fərqli davranmaq - Ukraynanın gələcəyi ilə ağılsız risq etmək demək olacaq".

Bununla yanaşı qeyd olunur ki, ABŞ-ın Ukraynaya dəstəyindəki dalğalanmalar, eyni zamanda Avropa İttifaqı üzvlərindən biri olan Slovakiyanın artıq Kiyevə hərbi yardımı dayandırmaq qərarına gəlməsi Avropada dalğalanmaları artıracaq: "Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və onun ardınca Qəzzada baş verən münaqişə də dünyanın diqqətini cəlb edərək, Ukraynadakı müharibəni arxa plana keçirdi. Söhbət təkcə Vaşinqtonun diqqətini yayındırmasında deyil: ABŞ ordusunun yalnız məhdud resursları var, ölkənin müdafiə sənayesi bazası isə həddindən artıq məhdud istehsal gücünə malikdir. ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır". Bildirilib ki, Ukraynanın yaşaması uğrunda mübarizə kimi başlayan qarşıdurma artıq seçim müharibəsinə çevrilib: "Ukrayna zamanla Qərb dəstəyini itirmək risqi ilə üzləşən ölkədir. Kiyev hələ də Rusiyanın nəzarətində olan əraziləri geri almaq üçün ölkənin gələcəyini risqə atmaqdansa, digər torpaqların əksər hissəsində firavan və təhlükəsiz demokratiyaya nail olunmasını təmin etməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir". Bütün bunlar bir daha təsdiq edir ki, Qərb, ABŞ başda olmaqla, Ukraynanı əvvəlki kimi dəstəkləmək niyyətində deyil. Görünən odur ki, Rusiyanın gücü qarşısında dalana dirənən Ukrayna yox, elə Qərb özüdür. Həmin Qərb əvvəl Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə çalışsa da, indi Ukraynanı atəşkəsə səsləyirlər. ABŞ-ın və Qərbin bu davranışı riyakarlığın başqa bir nümunəsi, Ukraynaya xəyanətdir. Qərbin, xüsusən də ABŞ-ın Koreya modeli əsasında Ukraynanın bölünməsi planları da var. Başqa bir məqam isə odur ki, bölünmə prosesindən sonra Ukraynanın bir hissəsinə Polşanın iddiası olacağına dair fikirlər səslənir. Ukraynanın qərb ərazilərinin Polşaya qatılması üzərində müəyyən müzakirələr də aparılır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Qərb rəsmi Kiyevi çətin, çıxılmaz vəziyyətə salıb. Bu da Qərbə etibarın ağır bədəli hesab olunur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ