Bazar günü günü, 08 noyabr 2026
     

Ermənipərəst media Haaqa məhkəmə qərarına əhatəli reaksiyadan yayındı - 10 tələbdən 7- si...

Image


  Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib.

Məhkəmə öz qərarında Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin, qərara əsasən, Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasəti qəbul edilib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə Azərbaycanın öhdəliyini əhatə edir.

Məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib, bununla da beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız edib. Həmçinin Məhkəmənin mədəniyyət abidələri və artefaktlar ilə bağlı Ermənistanın iddialarını rədd etməsi Azərbaycanın həyata keçirdiyi müsbət tədbirlərin təsdiqidir.

Bundan başqa, Məhkəmə müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını da eyni şəkildə təmin etməyib.

Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərini pozması Məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd edilib.

Qeyd edildiyi kimi, Ermənistan məhkəmədə  Azərbaycana qarşı 10 iddia irəli sürüb, onun 7-ni Beynəlxalq Məhkəmə rədd edib. O cümlədən, Azərbaycan hərbçilərinin və polis qüvvələrinin Xankəndidən çıxarılması ilə bağlı Ermənistanın tələbi rədd edilib, bununla faktiki Azərbaycanın ərazi bütövlüyü tanınıb və sair.

Məsələ burasındadır ki, dünya media orqanları bu 7 iddianın rədd edilməsini bir yana qoyub erməni mediasının, Ermənistanın mövqeyini müdafiə edən, məhkəmə qərarının əsasən Ermənistana sərf edən maddələrini götürüb onu təbliğ edirlər. Məsələn, Qarabağdan getmiş ermənilərin qaytarılması və sair. Təbii ki, bununla bağlı   məhkəmənin hər hansı bir qərar qəbul etməsinə ehtiyac yox idi. Azərbaycan guya ermənilərin qayıtmasını inkar edir, qəbul etmir. Azərbaycan dövləti həmişə deyib ki, erməniləri biz qovmamışıq, nə zaman istəyirlər gəlsinlər qəbul edəcəyik. Bununla bağlı qətnamə qəbul etmək vəziyyəti dəyişmir, qəbul olunmuş o qətnamə də vəziyyətə uyğun deyil. 

Erməni mətbuatının və Ermənistana  təəssübkeş yanaşan bəzi dünya media orqanlarının Beynəlxalq Məhkəmənin qərarına belə selektiv münasibəti mövcuddur. Azərbaycanın xeyrinə olan maddələrin üstündən keçirlər, ancaq Ermənistana sərf edən bir-iki xırda nüans var ki, onun üstünə düşüb, ondan bərk yapışırlar. 

Qeyd edək ki, Beynəlxalq Məhkəmənin Azərbaycanla bağlı çıxardığı bədnam qərar qəzetimizin ötən sayında əməkdaşımızın "Beynəlxalq məhkəmə Ermənistanın iddiası ilə biabırçı qərar verdi" başlıqlı yazısında ciddi tənqid olunub. Yazıda vurğulanır: "Ona görə biabırçı deyilir ki, BMT- nin iki missiyasının Qarabağda sentyabrda apardığı müşahidələr barədə iki hesabatını saya almadı. BMT 2 dəfə belə bəyanat yaymışdı ki, Qarabağda ermənilər heç bir etnik təmizlənməyə məruz qalmayıb. Ancaq məhkəmə  sentyabrın 28-də Ermənistanın verdiyi iddia üzrə elə qərar verib ki, BMT-nin hesabatlarını yerə vurub. Məhkəmə qərar verib ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasına təminat versin, buradan getmək istəyənlərə şərait yaratsın  və sair.

Azərbaycan nə zaman ermənilərin qayıdışından imtina edib?! Getmək istəyənlərə də heç bir maneə törədilməyib. Belədə bunu qərara salmağın nə mənasının olduğunu da bilirik. Ermənistan 10 illər sonra bizə qarşı yeni hüquqi iddialara guya əsaslar yaradır. Ən absurdu isə budur ki, Məhkəmə tələb edib, Azərbaycan Qarabağ ermənilərinin mülkiyyət hüquqlarını təsdiqləyən sənədləri qoruyub saxlasın və 8 həftə sonra Məhkəməyə hesabat versin...

Gülməlidi. Qarabağda o mülkiyyət sənədlərini hansı dövlət qurumu verib? Ermənistan, ya qondarma Sarsax dövləti? Məhkəmə tələb edir ki, Azərbaycan ləğv etdiyi separatçı qurumun sənədlərini özü də qanuniləşdirsin...

Belə şeymi olar?!..."

Ermənipərəst media Haaqa məhkəmə qərarına əhatəli   reaksiyadan niyə yayındı? Səbəb nədir?

"O media qurumları müstəqil deyil ki, istədiyini yazsın, hərəsi bir beynəlxalq təşkilatın əlindədir"

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycanın əldə etdiyi böyük qələbələrdən sonra regionda vəziyyətin bir qədər dəyişməsi, xüsusən də Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi və beynəlxalq aləmdə böyük güclərin Cənubi Qafqazda nüfuz uğrunda mübarizəsi Azərbaycana qarşı da mövqeni dəyişib. "Əvvəllər Azərbaycan işğala məruz qalmış bir dövlət idi, insan haqları pozulmuşdu, 1 milyona yaxın məcburi köçkünümüz, qaçqınımız vardı, beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr susurdu. Bizim nə qədər mədəni abidələrimiz, şəhərlərimiz, kəndlərimiz dağıdıldı, amma buna reaksiya olmadı. Elə bil ki, dünya Azərbaycanı işğalla barışmağa çağırırdı. Amma elə ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz haqqını müdafiə etdi, ərazi bütövlüyünü bərpa edib öz gücünü göstərdi, vəziyyət dəyişdi"-deyə M.Zülfüqarlı bildirdi.

M.Zülfüqarlının sözlərinə görə, hər zaman bəzi xarici media orqanları Azərbaycana qarşı qərəzli mövqe tutaraq əsassız olaraq Ermənistanın maraqlarını müdafiə edib, hər zaman ermənilərin mövqeyini əks etdirən, onların xeyrinə olan materiallar yayımlayıb. "Gizlin deyil ki, həmişə bəzi dövlətlər, onların nəzarətində olan beynəlxalq təşkilatla və media qurumları Azərbaycanın əleyhinə işləyib. Bizə qarşı çox riyakarlıqlar edilib. Bu gün də o tendensiya davam etdirilir. Beynəlxalq Məhkəmənin Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü  10 iddiadan 7-ni rədd etməsi müsbət haldır. Bunu bu istiqamətdə böyük irəliləyiş hesab etmək olar ki, artıq Azərbaycanın mövqeyi qəbul edilir. Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı yersiz qəbul edilən qərarın bəzi dünya mediası tərəfindən xüsusi yayımlanması, Azərbaycanın xeyrinə olan məqamların üzərindən sükutla keçilməsi onların tutduğu ermənipərəst mövqedən irəli gəlir. O media qurumları müstəqil deyil ki, istədiyini yazsın, hərəsi bir beynəlxalq təşkilatın əlindədir. Bu baxımdan, onların davranışları bizi təəccübləndirmir. Qərb mediası hər zaman Azərbaycana bu cür qərəzli yanaşıb. Ermənilər Qarabağdan zorla çıxarılmayıb, onlara rəsmən "qalın yaşayın, təhlükəsizliyiniz təmin olunacaq" deyilib, amma ermənilər özləri dedilər ki, bizə "çıxın göstərişi verilib ona görə Qarabağı tərk edirik". Azərbaycan dəfələrlə çağırış etdi ki, ermənilər qayıtsalar qəbul edəcəyik. Amma Beynəlxalq Ədalət Məhkəməsi  bunu Azərbaycanın qarşısına tələb kimi qoyur. Məsələ burasındadır ki, azərbaycanlılar Qərbi Azərbaycandan, Qarabağdan və ətraf rayonlardan zorakılıqla çıxarıldı, nə qədər insan öldürüldü, nə qədəri şikəst edildi, ev-eşiklərini, əmlaklarını itirdilər, didərgin düşdülər. Amma heç bir beynəlxalq təşkilat bunu nəzərə almadı, görməzdən gəldi. Amma bu gün hay-küy salırlar ki, ermənilər "zorla qovulub"-deyə M.Zülfüqarlı bildirdi. 

M.Zülfüqarlının sözlərinə görə, Azərbaycanı sevməyən qüvvələr iş başındadır və onlar ölkəmizə qarşı haqsızlıq etməkdən əl çəkmrlər. Bu təzyiqlərin, qərəzin əsas  səbəblərindən birinin Azərbaycanın Rusiya ilə münasibəti olduğunu deyən M.Zülfüqarlı hesab edir ki, Qərb Azərbaycanın Rusiya ilə münasibətlərinin pisləşməsini istəyir, Azərbaycan isə qətiyyən bunu qəbul etmir, müstəqil siyasət yürüdür... Bunun da ABŞ-a və başqa ölkələrə xoş gəlmədiyini deyən M.Zülfüqarlının sözlərinə görə, buna görə də məlum xoşagəlməz münasibət davam etdirilir.

 İradə SARIYEVA 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ