Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ-ın siyasəti Ermənistan üçün də böyük problem yaratdı...

Image


ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilən dinləmələr anti-Azərbaycan mahiyyətli olmaqla yanaşı, həm də regionda Ermənistan üçün ciddi təhdid hesab olunur. 

Ən azı o baxımdan ki, bu hal indiki halda ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarının aparılmasını mümkünsüz edir. Sülhün yoxluğu isə daha çox Ermənistan üçün problem yaradır.

Görünən odur ki, Ermənistana Qərb tərəfindən edilən təsir sülh müqaviləsinin imzalanmasını gecikdirir. Azərbaycan öz suverenliyini bütün ərazisində bərqərar etdikdən sonda sülh müqaviləsinə əvvəlki qədər ehtiyac da duymur. Amma Ermənistan üçün vəziyyət tamam fərqlidir. Bu barədə danışmazdan öncə qeyd edək ki, ABŞ Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və antiterror tədbirlərindəki uğurlu fəaliyyətindən sonra Bakıya münasibətdə qeyri-konstruktiv davranışlar nümayiş etdirməkdədir. ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələrə də bu prizmadan yanaşmaq lazımdır. Görünən odur ki, ABŞ və Fransa güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilməyib. Azərbaycanın nə ABŞ, nə də Fransa qarşısında bir öhdəliyi var. Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Amma hədsiz erməni sevgisi ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vura bilər. Çünki Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada ABŞ-ın siyasəti olacaq. Vaşinqton Bakıdan bu və digər geosiyasi məsələlərə onun prizmasından baxmasını istəyir. Ancaq bu mümkün deyil. Çünki Azərbaycanın da öz təhlükəsizlik maraqları, daxil olduğu regional və beynəlxalq əlaqələr sistemi var. Bundan başqa, ABŞ artıq qəbul etməlidir ki, Azərbaycan Qarabağ məsələsini artıq həll edib. Həmçinin, Dağlıq Qarabağ anlayışı özü doğru deyil və artıq belə inzibati ərazi vahidi yoxdur. Azərbaycanda Qarabağ iqtisadi rayonu var və o, öz ərazisidir. Deməli, Qarabağın gələcəyi də Azərbaycanın işidir. Artıq Ermənistan hakimiyyəti də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsinin müzakirələri zamanı bildirib ki, Qarabağ məsələsi erməni dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə olunub. Hökumət başçısının bu etirafı müəyyən mənada Qərb strukturlarına və dövlətlərinə, o cümlədən xaricdəki erməni lobbisinə də ünvanlanıb. Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması da baş nazirin toxunduğu məsələlərdən olub. Amma ABŞ-ın fəaliyyəti Brüssel və Vaşinqton platformalarının artıq sülh üçün yararlı olmadığını göstərir.

ABŞ ədalət və beynəlxalq hüquq prinsiplərinə zidd hərəkət edir. Erməni politoloq Suren Surenyants bildirir ki, ABŞ-ın bu addımından sonra Ermənistan və Azərbaycan arasında danışıqlar əslində həm Rusiya, həm də Qərb platformalarında dalana dirənib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ardıcıl olaraq regional və ya Moskva formatından yayınır, Azərbaycan hakimiyyəti isə Qranada və Brüssel sammitlərində iştirakdan imtina etdikdən sonra indi də Vaşinqtona getməyəcəyini bəyan edib: "Hazırkı vəziyyət qlobal tendensiyalarla bağlıdır. ABŞ başda olmaqla, Qərb qlobal hegemonluğunu qoruyub saxlasa da, bir tərəfdən Ermənistana "yerdə" kömək etmək, digər tərəfdən isə Azərbaycana təzyiq etmək üçün kifayət qədər təsir rıçaqlarına malik deyil. Bakı bütün bunları başa düşərək, qiymətini qaldırmağa çalışır". Politoloqun fikrincə, Bakı təbii ki, Qərbin danışıqlar platformalarına qarşı deyil: "O, yalnız Vaşinqton və Brüsselin Azərbaycan üçün əlverişli danışıqlar mühiti yaratmasını və Azərbaycan gündəliyi üzrə danışıqları davam etdirməsini təmin etmək istəyir. Bu gündəmin nə olduğu hər kəsə məlumdur: anklavlar, Zəngəzur dəhlizi və s. Azərbaycanın öz gündəliyi var və sonda onun həyata keçirilməsinə hansı platformada nail olacağı heç bir əhəmiyyət kəsb etmir. Hərbi qələbədən sonra Bakının qlobal mərkəzlərlə oynamaq üçün İrəvandan daha çox imkanları var və Azərbaycan bu oyuna rəhbərlik edir. Ermənistanın mövqeyi isə zəifdir, çünki onun rəhbərliyi birtərəfli Qərbyönlü xətt tutur. Bakı İrəvanın oyununun mənasını anlayıb və Qərb paytaxtlarının vasitəçiliyi ilə keçirilən görüşləri ardıcıl olaraq "bombalayır". Politoloq Moskvanın antierməni gündəmi irəli sürməsi səbəbindən Ermənistanın Rusiya platformasından yayınması ilə bağlı iddiaları qəbul etməyib: "Hətta Rusiya vasitəçiliyinin müəyyən risqlər daşıdığını fərz etsək belə, boykot bu risqləri neytrallaşdırmaq üçün ən yaxşı vasitə deyil. Risqlər, əlbəttə ki, varsa, heç yerə yox olmayacaq. Boykot isə müəyyən əks fəaliyyətlərə səbəb ola bilər. Üstəlik, Brüsseldə və ya Vaşinqtonda antierməni hekayələrinin müzakirə və təbliğ olunmayacağına zəmanət yoxdur". Onun fikrincə, hazırda qeyri-müəyyənlikdir və "hansı tərəfin qalib olacağı" bilinmir: "Turbulentlik və xaos şəraitində, sonda hansı qüvvə konfiqurasiyasının formalaşacağı bəlli olmayanda Ermənistanın nüfuzlu mərkəzlərdən birini boykot etməsi avantüradır, xüsusən də bu mərkəz strateji müttəfiqdirsə. Və bu halda Ermənistanın hərəkətləri xarici siyasətin şaxələndirilməsi kimi deyil, düşərgəni dəyişməsi kimi görünür. Bu avantüra Ermənistan dövlətçiliyinə baha başa gələ bilər". Indiki halda ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edir: "Biz iki ölkəni ABŞ-da və ya başqa ölkədə bu danışıqlarda iştirak etməyə təşviq edirik və bu siyasəti davam etdirəcəyik". Lakin qərəzli yanaşma ilə ABŞ çətin ki, nəyəsə nail olsun.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ