Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ Azərbaycanı niyə vurur - şok geosiyasi səbəblər...

Image


ABŞ və Azərbaycan arasında cərəyan edən proseslər bir daha təsdiqlədi ki, dünyanın bir sıra ölkələrindən fərqli olaraq, Vaşinqtonun Bakıya qarşı da təzyiq siyasəti işlək olmayacaq. Azərbaycan buna müqavimət göstərəcək imkanlara malik ölkədir. 

Elə bu səbəbdən Bakı ABŞ Konqresində ölkəmizlə bağlı dinləmələrə sərt reaksiya verərək, qərəzli yanaşmanı qəbul etməyəcəyini nümayiş etdirdi.

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər Bakının sərt reaksiyasına səbəb olub. Ceyms O’Brayn deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq. Diplomat Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi antirerror əməliyyatlarlarından sonra ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşü ləğv etdiyini deyib. Rəsmi Bakı Ceyms O’Braynın hesabatını birtərəfli və qərəzli hesab etdiyini deyərək, onun fikirlərini səmərəsiz, əsassız və qəbuledilməz kimi qiymətləndirib. Azərbaycan dinləmələrdən sonra, həmçinin, Ermənistanla sülh danışıqlarının Vaşinqton platformasından imtina etdiyini və yüksək səviyyəli ABŞ rəsmilərinin Bakıya mümkün səfərlərini yersiz saydığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə deyib ki, ABŞ-dan verilən belə açıqlamalar regionda sülh və təhlükəsizliyi sarsıdır. ABŞ rəsmiləri dinləmələrdə bildiriblər ki, ABŞ-da Azərbaycana birbaşa yardımları qadağan edən, "907-ci düzəliş" kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlar. Azərbaycan bunu bədxah addım kimi qiymətləndirib və ABŞ-ın yadına Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olduğunu salıb. Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən sonra ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi edilib ki, bu da bu ölkədən Azərbaycana birbaşa yardımları qadağan edir və hər il ABŞ prezidentinin qərarı ilə bu sənədin tətbiqi müvəqqəti dayandırılırdı. Dinləmələrdə isə ABŞ dipomatları deyiblər ki, regionda Rusiya və İranın iştirakı ilə təhlükəsizlik təminatı stabil deyil və Ermənistanla Azərbaycan üçün arzuolunan deyil. Rəsmi Bakı isə dinləmələri və səsləndirilən çıxışları Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir.  Burada geosiyasi faktor da öz sözünü deyir. Son vaxtlar ABŞ və Avropa İttifaqı rəhbərliyindən səslənən bəyanatlarda Ermənistanın hakimiyyətinin gücləndirilməsinə, iqtisadi müstəqilliyin təmin olunmasına, ordu quruculuğuna, ticarətin saxələndirilməsinə və siyasi islahatların aparılmasına dəstək ifadə edilir. Ermənistana bu istiqamətlərdə maliyyə, təlim, planlaşdırma sahələrində kömək vəd edilir, siyasi dəstək dilə gətirilir. Ekspertlərin  fikrincə, bu fonda Konqresdə dinləmələr vasitəsilə və avropalı diplomatların bəyanatları ilə Ermənistan siyasi cəhətdən motivasiya olunur. Bu da Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olur, birincini Moskva ilə qarşıdurmaya razı olmağa sövq edir. Siyasi təhlilçi Fuad Şahbazova görə isə, ABŞ Rusiyanın Qafqazdan çıxmasını istəyir: "Rusiyanı Qafqazdan çıxarmağın indi ən yaxşı yolu Ermənistan-Rusiya münasibətlərinin korlanmasına daha çox töhfə verməkdir. Son vaxtlar ABŞ və Avropa rəsmilərinin Ermənistana tərif dolu komplimentlər yağdırması ondan irəli gəlir ki, onlar Ermənistanın Rusiya ilə münasibətlərinin daha da korlanmasına nail olsunlar". Onun sözlərinə görə, ABŞ Qafqaza girib buradan Mərkəzi Asiyaya getmək və qısa yol olaraq, Cənubi Qafqazdan istifadə etmək istəyir. Təhlilçi hesab edir ki, buna görə də ABŞ Qafqazda əsas oyunçular olan Rusiya və İranın təsirlərinin olmamasını və ya minimum olmasını istəyir. Amma Ermənistanın xoşuna gəlmək üçün Azərbaycanı əsassız yerə tənqid etmək ABŞ-ın regionda mövqeyini zəiflədir.

Qeyd edək ki, son üç ildir Ermənistan etiraz etdiyindən, Azərbaycanın Zəngəzur dəhlizi marşrutunun  İrandan keçən digər bir marşrutla əvəzlənməsi işləri başlayıb. ABŞ-dakı son dinləmələrdən belə məlum olur ki, bu ölkə son Azərbaycan-İran tranzit marşrutu müqaviləsindən narazıdır. Elə Ceyms O’Brayn  da  Konqresdə deyib ki, sülhün iqtisadi faydaları ola bilər və bu, region ölkələrinin beynəlxalq ticarət yoluna çıxışına şərait yaradar. O, bu yolun İrandan keçməsini uğurlu saymayıb və sadəcə seçimlərdən biri kimi qiymətləndirib. Azərbaycan XİN bu bəyanata sərt reaksiya verib və deyib ki, İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Ekspertlərə görə, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırmasının da ciddi təsiri olmayacaq. Belə ki, hərbi yardım ən həssas dövr olan 1991-ci ildən 2001-ci ilə qədər ayrılmayıb və 2023-cü ildə də onun dayandırılmasının rəsmi Bakı üçün ciddi nəticələri olmayacaq. Dinləmələrdə səsləndirilən fikirlər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına birbaşa təsir edib. Rəsmi Bakı deyib ki, noyabrın 20-də Vaşinqtonda keçirilməsi təklif olunan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmasını mümkün hesab etmir. Təhlilçilər hesab edirlər ki, Ermənistan Rusiya ilə münasibətlərinin soyuqluğu və etimad əskikliyinə görə Moskva formatında sülh danışıqlarından boyun qaçırır. Brüssel formatında isə Azərbaycan Fransanın iştirakına görə könülsüz davranır. Azərbaycan Fransanın Ermənistanı silahlandırmasını və Azərbaycana qarşı siyasi addımlarını əsas gətirərək onun neytral mövqeyini qəbul etmədiyini bildirir. Sülh danışıqları üçün Vaşinqton platforması bu dinləmələrdən sonra ən azı hələlik mümkünsüz görünür. Vaşinqton platformasında irəliləyiş üçün Azərbaycan hökuməti bundan öncə də ABŞ-a hiss etdirib ki, bu ölkənin rəsmiləri Qarabağın Azərbaycan ərazisi olduğunu açıq bəyan etmədiyi təqdirdə bu formatda da pauza yaranacaq. İndi Azərbaycan tələb edir ki, Avropa və ABŞ rəsmiləri bəyanatlarında və nitqlərində Qarabağın Azərbaycan ərazisi olduğunu açıq-aşkar desinlər. Yalnız ondan sonra Azərbaycan Vaşinqton formatına yenidən maraq göstərə bilər. Amma ABŞ rəsmlərinin indiki ritorikası altında Azərbaycanın ora gedib Vaşinqton formatında sülh danışıqları aparması zəif ehtimaldır. Bundan itirən isə ABŞ-dır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ