Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda şikəst "Qızıl qələm" indiyədək nə qədər şəxsə verilib... - MÜSAHİBƏ

Image


Çingiz Qurbanoğlu: "Bu mükafın verildiyi adamların ümumi sayını bilmirəm" 

Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı barədə məlumat yayıb və mükafatın artıq dayandırıldığını bəyan edib. 

"Vaxtilə  cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdur. 

Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən bu məsələyə biğanə qala bilməzdi. Buna görə də MŞ-nın tapşırığıyla quruma  faktiki rəhbərlik edən Ç.Qurbanoğlu Şuraya dəvət olunmuş, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırmışdır".

Qeyd edək ki, Ç.Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına bununla bağlı müraciət ünvanlayıb:"Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi "Qızıl qələm" və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm."

Bildirək ki,  Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir, yeri gəlmişkən, diğər ictimai qurumlara da müraciət edərək media adıyla mükafatlar verilməsində  ehtiyatlı davranmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır.

Bildiyimiz kimi, KİVİHİ-nin təsis etdiyi "Qızıl qələm" mükafatının veriməsi artıq dayandırılıb.  

"Ola bilsin, kimsə haradasa nə isə edib, amma mənim ondan xəbərim yoxdur" 

Məsələ ilə bağlı KİVİHİ sədri Çingiz Qurbanoğlu ilə əlaqə saxladıq. 

- Necə oldu ki, "Qızıl qələm" mükafatının dayandırılması  ilə bağlı belə bir qərar qəbul edildi?

- Əslində, "Qızıl qələm" mükafatı ləğv olunmayıb, sadəcə o mükafatın verilməsini dayandırmışıq. Gördüm ki, narazılıq edənlər var, "kitab yazıram, mənə "Qızıl qələm" düşür, niyə vermirlər" deyənlər, söz-söhbət var. Ona görə də o mükafatın verilməsini dayandırdım. 

- "Qızıl qələm" hansı şərtlərlə verilirdi? Hətta "Qızıl qələm"in pulla satıldığını da iddia edənlər vardı...İddialar haradan qaynaqlanırdı? 

- Bu söhbətlər əvvəllər də olub. 2016-cı, 2017-ci illərdə də bu məsələ qalxmışdı. Sadəcə olaraq, Nəşriyyatda (Azərbaycan Nəşriyyatı – red.) ortada gəzən adamlar vardı ki, o işlə məşğul olurdular. Onlar o mükafatı nəyinsə müqabilində verirdilər. Davud Dəmirlini eşitmiş olarsınız. 

- Bəli.

- O, çatanın qarşısını kəsib o mükafatı verirdi. Daha bir neçə nəfər şəxsin bu işlə məşğul olduğunu eşitmişdim, amma dəqiqləşdirməmiş ad çəkə bilmərəm. Eşitmişdim ki, bunu bizdən xəbərsiz təqdim edirlər. İndi də bilmirəm kim onları satıb. Bu barədə mətbuatda yazılar getmişdi ki, bu mükafatı filan məblığə satırlar. Amma bizdə elə şey olmayıb, tərəfimizdən kiməsə nəyinsə müqabilində verilməyib. Məsləhət olub ki, filankəsin yaxşı qələmi var, yaxşı yazır, kitabları çıxıb, ona vermək lazımdır, vermişik. Şərt o olub ki, yaxşı yazsın, qələmi yaxşı olsun və sair. Biz sonuncu dəfə "Qızıl qələm"i Kərim Kərimliyə vermişik. Kərim Kərimlinin imzası da mətbuatda kifayət qədər tanınır, peşəkar qələm adamıdır. Bu baxımdan, ola bilsin kimsə haradasa nə isə edib, amma mənim ondan xəbərim yoxdur. 

- İndiyə kimi nə qədər adama verilib?

- Hər həftəyə bir nəfərdən hesablasaq, bu, ildə 52 nəfər edir və il ərzində 52 nəfərə "Qızıl qələm" verilib. Bunlar arasında yazıçı da, jurnalist də var. Bizə yazıçılar, jurnalistlər tərəfindən təqdim edilən şəxslər olub biz də onlara diplom vermişik. Biz kor-koranə  yoldan keçənə "Qızıl qələm" verməmişik.  Amma bu mükafatın verildiyi adamların ümumi sayını bilmirəm. Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqını 1993-cü ildə Oqtay Salamzadə təsis edib, bu mükafatı da bu qurum yaradıb.  2012-ci ildən isə mən həmin təşkilata rəhbərlik edirəm. Biz əvvəllər diplom verənlərin hesablamasını apardıq, sonra dayandırdıq. O vaxt 20-30 nəfər olsaydı böyük iş idi ki, kiməsə təqdim edək.  Söz-söhbət olduğu üçün biz 2016, 2017, 2018-ci illərdə bu mükafatın verilməsini dayandırmışdıq. 

- Bu mükafatı kifayət qədər adam alıb...İndi bu mükafat dayandırılıb, onun etibarlı olub-olmadığı onu alanları düşündürür. Nə etsin onlar?

- Bu sadəcə yazarlara verilən bir mükafat olub. Təbii ki, o, dövlət səviyyəli bir ödül də deyil, amma "Qızıl qələm"in adı böyük idi. Deyirlər əvvəllər bu adda mükafat çox nüfuzlu olub. Sovet dövründə onun yüksək dəyəri olub. Amma sonradan bəziləri o "Qızıl qələm"i  hörmətdən, qiymətdən saldılar. Düşündük ki, bu mükafat nüfuzdan düşdüyünə və ətrafında söz-söhbət yarandığına görə onu dayandıraq.

- Qəribədir, təşkiatın rəhbəri faktiki siz ola-ola necə ola bilər ki, kimlərsə sizdən xəbərsiz "Qızıl qələm"i satsın, yoxsa kiməsə versin? Rəhmətlik Davud müəllim sizin təşkilatda işləyirdi ki?

- Bəli, bizdə müavin idi. Bir neçə dəfə özüm o mükafatın diplomunun "kserokopyalar"ını tapmışdım, kimsə hardansa çıxarıb gətirib. Sadəcə üstünə qələmlə ad yazıb verirdilər. Belə hallar olub. Həm də biz onun fəaliyyətinə nəzarət etmirdik. Ağsaqqal idi. Uzun müddət Azərbaycan mətbuatında çalışmış adam olmuşdu, Sovet dövründə bir neçə mətbuat orqanına rəhbərlik etmişdi, "Kirpi"də də işləmişdi. Biz ona heç nə demirdik. Çox təəssüf ki, "Qızıl qələm"in səviyyəsi düşdü. İndi də düşünürük ki, hər adama verməklə onu gözdən salırıq, bundan heç nə əldə edə bilmərik, adımız da ləkələnir, bu səbəbdən də dayandırdıq.   

- İndiyə qədər bu mükafatı hansı səbəbdən daha nüfuzlu bir mükafata çevirə bilmədiniz, ona status ala bilmədiniz? 

- Bu təşkilatın adı böyükdür, amma fəaliyyəti yoxdur. Həmkarların fəaliyyəti yoxdur deyə bu təşkilat ciddiyə alınmır. Medianın indiki durumu necədirsə, həmkarlar təşkilatı da o vəziyyətdədir. Biz jurnalistlərlə, media ilə daha sıx işləmək, onlara dəstək göstəmək niyyətində olmuşuq, sadəcə bunun üçün bizim maddi imkanımız olmayıb, büdcəmiz də yoxdur.

- Azərbaycan Mətbuat Şurasının çağırışlarına müsbət yanaşdınız...

- Sosial şəbəkələrdə, müəyyən yerlərdə narazılıqlar edilib ki, bu mükafat lazım olan adamlara verilmir, qələmi olanlar qala-qala qələmi zəif olanlara verilir. Belə narazılıqlar vardı. Azərbaycan Mətbuat Şurasından da bizə bu iradlar bildirildi və tövsiyə olundu ki, biz bu mükafatın təqdim olunmasını dayandıraq.

İradə SARlYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ