Bazar günü günü, 08 noyabr 2026
     

“ABŞ-ın ikiüzlü və riyakar siyasəti dünyada sülhə təhdiddir” - Vüqar Rəhimzadə

Image


Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirildi. Təbii ki, bu dinləmələr ilk deyil. Təəccüb doğuran məqam budur ki, hər dəfə keçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞ dövlətinin maraqları prizmasından yanaşmasının şahidi oluruq. Ədalətin və beynəlxalq hüququn tətbiqi üçün vahid mexanizmin olmadığı çağdaş dünyamızda bəzi güclərin, o cümlədən ABŞ və Fransanın kiçik dövlətlərə bu məsələlərlə bağlı "dərs" keçmək cəhdləri necə qəbul edilə bilər?

Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

O qeyd edib ki, ABŞ Konqresindəki dinləmələr bir daha keçmiş Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və 27 il ərzində bu istiqamətdə heç bir konstruktiv addım atmayan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi ABŞ-ın tarixi Zəfərimizi, ən əsası, uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığını təsdiqlədi. Şübhəsiz, Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillər beynəlxalq ictimaiyyətə yaxşı bəllidir. Təbii ki, burada əsas olan keçmiş münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr-ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu məqamı qeyd etməyimiz səbəbsiz deyil. Qarabağla bağlı qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən ABŞ və Fransa istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bu sənədlərə zidd addımları ilə diqqətdə oldular. Yəni, onlar Ermənistana bu sənədlərdən irəli gələn vəzifələri icra etmək üçün təzyiqlər göstərmək əvəzinə, əksinə "demokratiyaya dəstək" adı altında maddi və mənəvi dəstək göstərdilər. ABŞ Konqresinin işğal dövründə Ermənistana və Qarabağdakı artıq gorbagor olmuş separatçı rejimə vəsait ayırması diqqətdən kənarda qala bilməzdi. Sual olunur: Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə nə üçün keçmiş münaqişənin 30 il həllini gözləməsində ABŞ kimi dünya gücünün ikili standartlara əsaslanan siyasətindən bəhs olunmur? İşğal dövründə bir milyondan artıq insanın pozulmuş hüquqları niyə onları narahat etmirdi? Ermənistana dəstək göstərib yeni ərazilər uğrunda müharibə planları hazırlayanda ABŞ-ı Qarabağın gələcəyi niyə düşündürmürdü? Tarixi Zəfərimizdən sonra Qarabağın gələcəyi bu səbəbdən ABŞ və Fransanı narahat etməyə başlayıb? Təbii ki, bu kimi sualları xeyli sayda davam etdirə bilərik.

V.Rəhimzadə bildirib ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Heç də təsadüfi deyil ki, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Bu faktın özü dinləmələrin təşkilində əsas məqsədin nədən ibarət olduğunu açıqlayır. Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirdi və qarşı tərəfə sülh təklifini etdi. ABŞ belə dinləmələrin təşkilindənsə ədaləti və beynəlxalq hüququ unutmayaraq Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməli və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək göstərməlidir. Azərbaycan buna nail olmaq üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Ermənistan isə üç ildir ki, tərəddüdləri ilə diqqətdədir. ABŞ, Fransa kimi özlərini ədalətin və beynəlxalq hüququn "müdafiəçisi" kimi aparan bəzi güclərin belə əsassız yanaşmaları, Ermənistana dəstəkləri sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olur.

Baş redaktor vurğulayıb ki, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Konqres ABŞ-ın özünün günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsaydı daha düzgün olardı. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu bu ölkənin özündən başqa hər bir dövlətə məlumdur. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. ABŞ-ın Ermənistana dəstəklərini şərtləndirən amillər göz önündədir. Eyni dəyərləri bölüşən dövlətlərdən biri təbii ki, özünün işğalçılıq siyasətinə haqq qazandırmaq üçün digərini müdafiə edəcək. Erməni vandallarının işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər hazırda bu torpaqlara səfər edən hər kəsə bəllidir. ABŞ Ermənistanı müdafiə etməklə özünün qaranlıq keçmişini və bu gününü ortaya qoymuş olur. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da məhz Amerikadır.

Qeyd edilib ki, Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Amma 1992-ci ildə Azərbaycana qarşı "Azadlığı Müdafiə Aktı"na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq. 2001-ci ildə Birləşmiş Ştatlarda baş verən terror aktı zamanı dövlətimizin prinsipial mövqeyi ABŞ-ın ovaxtkı Administrasiyasını bu qərarın ədalətsizliyini qəbul etməyə və onun bir illik dondurulması barədə qərarı qəbul etməyə məcbur etdi. Erməni diasporunun təsiri ilə 1992-ci ildə həmin ədalətsiz addımın atılmasında əsas məqsəd Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Azərbaycan 10 il həmin ədalətsiz qərarın tətbiqi şəraitində yaşadı. Amma nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha da inkişaf etdi. Noyabrın 15-də Konqresdə keçirilən dinləmələrdə bildirilib ki, ABŞ Azərbaycana yardım etməyəcək. ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq. Bu ədalətsiz qərarın birdəfəlik ləğvinin bu günədək müşkülə çevrilməsi bütün məqamları açıqlayıb. Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur.

"Azərbaycana diktə etmək istəyənlərə hər zaman yeri göstəriləcək. ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi təmizlənməli, USAID kimi təşkilatların fəaliyyəti dayandırılmalı, heç kəs bu təşkilatlarla əməkdaşlıq etməməlidir. "Azadlıq", "Amerikanın səsi" radiolarında çalışan jurnalistlərimiz bu dağıdıcı ruporların Azərbaycana yaxşı heç nə gətirmədiklərini anlamalıdırlar", - deyə baş redaktor qeyd edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ