Bazar günü günü, 08 noyabr 2026
     

Qərbin Ukraynaya xəyanəti tam açılır...

Image


Ukraynanı Rusiyaya qarşı müharibəyə təhrik edən Qərbin bu dəfə sözügedən ölkəni yarı yolda qoyması getdikcə daha açıq formada özünü büruzə verməkdədir. Bu şəraitdə Ukraynanın getdikcə daha çətin vəziyyətə düşməsi özünü qabarıq formada göstərir.

Bunlar fonunda Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak qeyd edir ki, növbəti il Rusiya ilə müharibədə həlledici il olacaq: "Ukraynanı müharibənin ən çətin dövrü gözləyir. Xüsusən də Ukraynanı çətin qış gözləyir və Kiyev hazırda hava hücumundan müdafiə sistemlərinə böyük ehtiyac duyur". Zelenskinin ofisinin rəhbəri, həmçinin, qış yaxınlaşdıqca Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb. Andriy Yermak, həmçinin, Ukrayna hakimiyyət orqanlarının Qərbdən aldığı "hər gülləyə görə" hesabat verə biləcəyini vurğulayıb. Bir müddət öncə Ukrayna prezidenti ofisinin rəhbəri Rusiya ilə müharibəni 100 metr məsafəyə qaçışla müqayisə etmiş və Kiyevin artıq 70 metri arxada qoyduğunu demişdi. Amma Qərb Ukraynaya hərbi və digər yardımları getdikcə azaldır. NATO-nun baş katibi Yens Stoltenberq də durumun ağır olduğunu vurğulayır. Müharibənin gedişini indidən proqnozlaşdırmağın mümkün olmadığını etiraf edən Şimali Atlantika Alyansının baş katibi əlverişli nəticənin birbaşa Kiyevə ediləcək hərbi yardımın həcmindən asılı olduğunu vurğulayıb. Amma bu vəziyyətdə Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edir ki, Avropa Ukraynanı bir milyon artilleriya mərmisi ilə təmin edə bilməyəcək.  Pistorius Avropa İttifaqının martın sonuna qədər Ukraynaya bir milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcəyini etiraf edib: "Bir milyona çatmaq mümkün olmayacaq, bunu güman etmək lazımdır. Bir milyonun real olub-olmaması da düzgün sualdır". Almaniya və Avropa İttifaqının digər üzv ölkələri Ukraynaya 20 milyard avro ayrılmasını da təsdiqləməyib. Bunun ardınca Fransa bəyan edib ki, Ukraynaya öz arsenalından silah tədarükünü dayandıracaq. Fransanın müdafiə naziri Sebastien Lekornu bu xüsusda bildirib: "Fransanın Ukraynaya hərbi yardımlarının həcmi artıq 3 milyard avroya çatıb. Fransa büdcəsindən 200 milyon avro Kiyevi dəstəkləmək üçün yaradılmış fonda ayrılıb və Ukrayna buradakı vəsaitdən yalnız fransalı istehsalçılardan silah almaq üçün istifadə edə bilər".

Bunlar fonunda o da bəlli olub ki, Macarıstan Ukraynaya növbəti hərbi yardımın ayrılmasını bloklayacaq. Macarıstanın ticarət və xarici işlər naziri Piter Siyartonun sözlərinə görə, Kiyev Macarıstanın OTP bankının və ya digər şirkətlərinin "beynəlxalq müharibə sponsoru" qara siyahısına salınmayacağına zəmanət verənədək Macarıstan Avropa Sülh Fondundan Ukrayna üçün növbəti hərbi yardım tranşının ayrılmasını bloklayacaq. O qeyd edib ki, Macarıstan 500 milyon avroluq yardımı təsdiqləməsi üçün Brüsselin təzyiqi ilə üzləşib, lakin Budapeşt bu cür zəmanət qəbul edənədək bu addımı atmayacaq. Slovakiya hökuməti də Ukraynaya hərbi yardım çərçivəsində növbəti 14-cü paketi təsdiqləməyib.  40,3 milyon avro dəyərində hərbi yardım paketinin Ukraynaya göndərilməsini Slovakiya Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi təklif edib. Həmin paketə 4 milyona yaxın 7,62 mm çaplı patron, 125 mm-lik toplar üçün 5 172 ədəd iriçaplı mərmi, "Kub" hava hücumundan müdafiə sistemi üçün 140 raket, 8 minaatan və 1200 mina daxil olmalı idi. Ümumiyyətlə, son zamanlar müxtəlif mənbələr Qərbin Ukraynaya dəstəyinin azalacağı barədə fikirlər səsləndirirlər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cosep Borrel də bu günlərdə açıq şəkildə bildirmişdi ki, ABŞ Kiyevə dəstəyi azaldacaq. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də qeyd edir ki, ABŞ-dan əlavə böyük yardımın olmaması Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək: "Bizim səlahiyyətimizdə və əlimizdə olan vəsaitlər tükənmək üzrədir. Bu isə Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə zərərli təsirlə müşayiət olunacaq". Qeyd edək ki, müharibənin ilk aylarından fərqli olaraq, hazırda Ukraynaya dəstəklə bağlı kollektiv Qərbdə həmrəylik yoxdur. Əksinə, ABŞ-la Aİ arasında ziddiyyət açıq şəkildə hiss olunur. Bu, Ukraynanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Litvanın xarici işlər naziri Qabrielius Landsberqis də vurğulayır ki, ABŞ və Avropada Ukraynaya dəstəklə bağlı tərəddüd yaranıb. Onun sözlərinə görə, Qərb müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməkdə tərəddüdlüdür: "Bu, Rusiya prezidenti Vladimir Putində müharibədə qalib gələ biləcəyinə inam yarada bilər". Nazir hazırda vəziyyətin qeyri-müəyyən olduğunu diqqətə çatdırıb: "Biz çox vacib qərarlar qəbul etmək bacarığını artıq nümayiş etdirmişik. Avropa artıq liderlik nümayiş etdirib. İndi biz bunu bir daha etməliyik". "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller də bunlar fonunda maraqlı bir açıqlama verib. Qeyd edib ki, Rusiya qazı ondan imtina edən Avropa ölkələrinə göndərilir. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət imzalanmış müqavilələr əsasında Rusiya qazını Ukrayna ərazisindən tranzitlə Avstriyanın Baumqarten an der Marx qəsəbəsi yaxınlığında yerləşən qazpaylayıcı terminala göndərir, sonra isə bir sıra Avropa İttifaqı ölkələrinə, o cümlədən də Cənub-Şərqi Avropa ölkələrinə nəql olunur. Bu da o deməkdir ki, Avropa üçün yenə biznes ön plandadır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ