Bazar günü günü, 08 noyabr 2026
     

Fransa və ABŞ-ın Ermənistan üzərindən təhlükəli oyunu - Ukrayna ssenarisi işə düşür...

Image


"Ermənistanın baş naziri Nikol Paşinyan ənənələri dəyişməmək qərarına gəlib: Rusiyaya qarşı çıxırsınızsa, sona qədər gedin". Bu fikirlər Rusiyanın "Vesti Kavkaza" nəşrində yer alıb.

Nəşr yazır ki, hələ bir neçə həftə əvvəl Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı MDB-dən olan həmkarları ilə görüş üçün Moskvaya göndərməkdən imtina edib və bundan əvvəl o özü də MDB dövlət başçılarının Bişkekdə keçirilən sammitində iştirak etməyib: "Həmin andan Paşinyanın Minskdə KTMT formatında keçiriləcək sammit görüşünə də məhəl qoymaması barədə şayiələr yayılmağa başladı. Ermənistanın baş naziri uzun müddət cavab verməklə gecikdi, amma sonda Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı hər şeyi olduğu kimi dedi. Paşinyanın mətbuat xidməti bu xüsusda bildirdi: "Ermənistanın baş naziri Belarus prezidentinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcəyi barədə məlumat verib. Ümid edirik ki, təşkilatın digər üzvləri bu qərara anlayışla yanaşacaq". Aleksandr Lukaşenko cavab olaraq Paşinyandan növbəti addımları nəzərdən keçirməyi xahiş edib. "Prezident öz təcrübəsinə və oxşar situasiyalarda bəzi digər tanınmış siyasətçilərin hərəkətlərinə əsaslanaraq, Ermənistanın baş nazirini tələsməməyə, tələsik qərarlar qəbul etməməyə, parçalanmağa yönələ biləcək növbəti addımları ciddi şəkildə düşünməyə dəvət edib", - deyə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb. Amma Paşinyan KTMT-yə yox, Rusiyaya qarşıdır. Paşinyanın KTMT-də iştirak edib-etməməsi ilə bağlı bütün problem Rusiya ilə bağlıdır. Ermənistanın Qarabağ müharibəsində məğlub olmasından sonra bu ölkənin baş naziri KTMT-nin effektivliyini daim şübhə altına alırdı. Onun fikrincə, təşkilat İrəvanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda separatçı layihəsini saxlamaq üçün aqressiv planlarını müdafiə etməli idi. Lakin KTMT açıq şəkildə bildirdi ki, Qarabağ Azərbaycan olduğu üçün təşkilatın mandatı heç bir şəkildə ona şamil oluna bilməz. Rəsmi Moskva son proseslərdə Paşinyanı tənqid etməyib, sadəcə təəssüfünü bildirib. "Əgər bu həqiqətən də belədirsə, biz təəssüf hissi keçirə bilərik. Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının iş qrafikində öz hadisələri, öz şəraiti ola bilər. Amma biz ancaq təəssüf hissini ifadə edə bilərik, çünki belə görüşlər fikir mübadiləsi aparmaq, qeydləri müqayisə etmək üçün çox yaxşı səbəbdir", - Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Ehtiyatlı ifadələrin arxasında, əslində açıq-aşkar Ermənistan-Rusiya münasibətlərindəki böhran dayanır. Rusiya Xarici İşlər Nazirliyinin sentyabrda İrəvandan olan həmkarlarına etiraz notası bu tendensiyanın sübutudur. Məsələdə fransız izi də var. Rusiyanı zəiflətməkdə maraqlı olan Qərb ölkələri bu böhrandan öz xeyirləri üçün uğurla istifadə edirlər. Xüsusilə Fransa. Yeri gəlmişkən, Paşinyan ötən həftə Parisə getməyə tənbəllik etməyib – bu yaxınlarda Kiyevə səfər etmiş həyat yoldaşı Anna Akopyanla Paris Sülh Forumunda iştirak edib. Fransa sözlə deyil, əməllə Ermənistan rəhbərliyində anti-Rusiya əhval-ruhiyyəsini dəstəkləməyə, "Rusiya etibarsız tərəfdaşdır" fikrini stimullaşdırmağa çalışır. Bu günlərdə fransızlar Ermənistana hərbi yardım göndərdilər. Buraya, yeri gəlmişkən, Ukraynada rədd edilmiş "Bastion" zirehli texnikası daxildir.

Fransanın "Ouest France" qəzeti yazır: "Bu maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev onları artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunmuş hesab etdi". Ermənistanın Rusiayaya qarşı çıxmasında Amerika izini də görmək lazımdır. Ermənistanın Rusiyadan və Avrasiya strukturlarından ayrılması İrəvanın Qərblə yaxınlaşması ilə paralel gedir. Bu günlərdə bir sıra "Teleqram" kanallarında belə bir məlumat yayılıb: Türkiyə mənbələrinə istinadən İrəvanla Vaşinqton arasında razılığın əldə olunduğu bildirilir. Bildirildiyinə görə, Rusiya tərəfindən təzyiq və embarqo olarsa, ABŞ Ermənistanı lazım olan hər şeylə təmin etməyə hazırdır. Bura daxildir: dizel yanacağı, "Metsamor" AES üçün nüvə yanacağı, buğda və un, peyk internet, Rusiya sanksiyaları halında valyuta kəsirini ödəmək üçün maliyyə yardımı, hərbi texnika, forma və silahlar. Fransa və ABŞ-ın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq üçün ümumi paradiqmasını və onların İrəvanla aşkar yaxınlaşmasını nəzərə alsaq, belə bir razılaşmanı istisna etmək olmaz. Eyni zamanda, çox şey Moskvanın İrəvanın Aİ və NATO ilə bağlı səylərinə reaksiyasından asılı olacaq". Məsələ ilə bağlı Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Qərbin Cənubi Qafqaza Ermənistandan daxil olduğunu bildirib: "Qərb bunu Ermənistanla müttəfiqlik edərək həyata keçirir. Məlumdur ki, Paşinyanın rəhbərliyi ilə Ermənistan rəhbərliyi ölkəni Rusiyadan Rusiyanın düşmənlərinə - Fransa, Avropa İttifaqı, ABŞ və NATO-ya tərəf çevirmək istiqamətində böyük addımlar atır. Beləliklə İrəvan NATO-ya söykənməklə Azərbaycanla mübarizəni davam etdirmək istəyir. Düşünürəm ki, Fransa Rusiyadan qisas almağa çalışır. Fransa istəyir ki, nəhəng güc olduğunu nümayiş etdirsin. Paşinyan Ermənistanı Rusiyadan qoparmağı, Qərbə istiqamətləndirməyi öz missiyası hesab edir. Hazırda onun bunun üçün böyük imkanları var". O, KTMT və Avrasiya İttifaqının fəaliyyətinin də Ermənistan tərəfindən sabotaj olunduğunu deyib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ