Bazar günü günü, 08 noyabr 2026
     

Boş vədlərlə Ermənistanı oda atdılar...

Image


Bu gün Qərb ölkələri tərəfindən Ermənistana çoxsaylı vədlər verilməkdə, bu ölkənin xarici siyasətinə ciddi şəkildə təsir edilməkdədir. Artıq bu vəziyyətdə Ermənistanın Rusiya və Qərb arasında yeni qarşıdurma meydanına çevrilmə ehtimalı da xeyli artıb. 

Məhz bu fonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bildirb ki, ABŞ və Avropa İttifaqı Ermənistanın transatlantik müttəfiqləri ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayır: "Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıq şəkildə bəyan edib ki, Ermənistanı cəmiyyətimizə yaxınlaşdırmaq üçün bizimlə və Ermənistanla görüş keçirmək niyyətindədir. Mən bunu bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla  müzakirə etdim və bunun necə görünə biləcəyini anlayırıq".

Onun sözlərinə görə, coğrafi yaxınlığı nəzərə alaraq, Aİ-nin ticarət üstünlükləri, iqtisadi əməkdaşlıq və vahid bazara çıxış baxımından edə biləcəyi təklif inanılmaz dərəcədə vacibdir: "Biz bu işdə kömək edə bilərik. Müttəfiqlər yolun ortasındadır və iqtisadi gələcəyin necə görünə biləcəyini görürlər". Bütün bunlara Rusiya gözlənildiyi kimi sərt reaksiya verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edir ki, Qərb Ukraynadakı siyasəti iflasa uğradıqdan sonra Ermənistandan yapışıb: "Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır". Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu "eyni zəncirin halqaları" kimi nəzərdən keçirir: "Amma mənə elə gəlir ki, bu, əsarət zənciridir". Mariya Zaxarova bu fonda diqqəti ona da yönəldib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu yalnız siyasi motivlərə əsaslanaraq ratifikasiya edib: "Bütün xəbərdarlıqlara baxmayaraq, xüsusən də BCM vasitəsilə və ya BCM-dən istifadə etməklə Qərb tərəfindən ölkəmizin rəhbərliyinə və rəsmilərə qarşı həyata keçirilən bu anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi səbəblərdən onu ratifikasiya etmək  qərarına gəldi. İkitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma statutunu ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə yolunu tutmaq təkliflərini irəli sürüb, belə təcrübə də mövcuddur. Təəssüf ki, təklif etdiyimiz kompromis həll yollarına məhəl qoyulmadı". XİN rəsmisi əlavə edib ki, İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman Rusiya tərəfinin fikrincə, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var. Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bu durumda bildirir ki, Rusiya ictimaiyyəti üçün erməni gündəmi bitib: "Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini kim proqnozlaşdıra bilər? Heç kim. Paşinyan ona görə hakimiyyətə gəldi ki, Ermənistandan Rusiya varlığını çıxarsın, Ermənistanda NATO bloku olsun. Bunun Ermənistan üçün necə bitəcəyi, Ermənistanın olub-olmayacağı onun üçün qətiyyən maraqlı deyil. Bu baxımdan o, Zelenskiyə bənzəyir. Onları hakimiyyətə eyni adamlar və eyni məqsədlərlə qoyublar".
 Satanovski vurğulayıb ki, Ermənistan Türkiyənin vilayətinə çevrilə bilər: "Görünür, Ermənistan əhalisi baş verənlərdən razıdır. Mən Ərdoğanı tanıyıram, nə dediyini mükəmməl başa düşürəm, nə etdiyini görürəm. Necə ola bilər ki, insan bunu görməsin, başa düşməsin, özünə hesab verməsin? Hesab edirəm ki, Ermənistan qalmayacaq". Elə digər ekspertlər də bu fikirdədir. Məsələn, ölkəmizin keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov  bildirir ki, hazırda Ermənistanın geosiyasi baxımdan vəziyyəti çox çətindir. O, "axar.az" portalına açıqlamasında qeyd edir: "Ermənilərin uzun illərdir Azərbaycan və Türkiyəyə qarşı həyata keçirdikləri siyasətin əsas dayaq nöqtəsi Rusiya idi. Yəni bunun üçün lazım olan komponentlər rəsmi Moskva tərəfindən təmin edilib. İndi isə vəziyyət dəyişib və Rusiyanın müxtəlif səbəblərə görə Ermənistana həmişə göstərmiş olduğu ənənəvi dəstəyi davam etdirmək istəmədiyi hiss olunur. Bütün bu səbəblərdən onlar özlərinə yeni himayəçi axtarışındadırlar". Nikol Paşinyanın KTMT-nin 23 noyabrda Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsi haqqında danışan diplomat prosesin Ermənistan üçün kifayət qədər ağrılı keçəcəyini vurğulayıb: "Paşinyan artıq bir neçə dəfə Rusiyadan uzaqlaşıb Qərbə yönəlmək fikrini bəyan edib. Əsas məsələ isə onun buna qadir olub-olmamasıdır. Rəsmi Moskvanın Ermənistana iqtisadi, hərbi və siyasi baxımdan böyük təsir imkanları var. Digər bir sual isə Qərbin Paşinyanı nə qədər və hansı mərhələyədək dəstəkləyəcəyidir. İndi bu dəstək verilir, amma bu dəstəyin yetərincə olub-olmayacağı hələ də sual altındadır. Gürcüstanda Saakaşvili dövrünü xatırlayırıq - şifahi vədlər verilir, ancaq vəziyyət gərgin mərhələyə keçəndən sonra dəstək kəsilir. İndi biz Ukrayna üçün də kifayət qədər dəstəyin verilmədiyini, rəsmi Kiyevin müharibənin gedişatı və mümkün nəticələri barədə narahatlıqlarının artdığını müşahidə edirik. Qərb Ermənistan cəmiyyətini özünə tərəf çəkmək üçün Azərbaycan tərəfindən hansısa təhlükələrin mövcudluğu haqqında danışır. Aİ tərəfindən son verilən açıqlamalar, bəyanatlar da bunun təzahürüdür. Rusiya tarixi aspektdən bu ölkəni tərk edəcək, artıq proses başlayıb. Lakin hərbi, siyasi və iqtisadi baxımdan mövcudluğunu qoruyub saxlayacaq. Bir sıra önəmli rus ekspertin Ermənistanı açıq şəkildə "qulpsuz çemodan"a bənzətməsi də Moskvanın davamlı şəkildə bu ölkəyə marağını itirdiyini göstərir. Ümumiyyətlə isə onu deyə bilərəm ki, böyük siyasətdə belə addımların hər zaman qarşılığı olur və bəhs etdiyimiz proses də Ermənistan üçün çox ağrılı keçəcək".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ