Cümə axşamı günü, 03 sentyabr 2026
     

907-ci maddə ilə Azərbaycana təzyiq başladı - “Zəngəzuru və İran üzərindən dəhlizi istəmirik”

Image


Xəyal Bəşirov: "ABŞ, onun Nümayədələr Palatası bu addımı ilə ermənipərəstliyini ortaya qoyur" 

Son zamanlar ABŞ-ın antiazərbaycan mövqeyini tez-tez müşahidə edirik və rəsmi Vaşinqtonun ölkəmizə qarşı qərəzli və obyektivlikdən uzaq münasibətini aydın şəkildə görürük. ABŞ Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişin müddətini uzatmamaq yolunu tutub.    

BBC Azərbaycanın yaydığı məlumata görə, çərşənbə günü ABŞ diplomatı, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Ceyms  O-Brayn Konqresdə çıxışında deyib ki, Qarabağdakı sentyabr hadisələrindən sonra Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq.

Ceyms  O-Brayn Konqres qarşısında çıxışında ABŞ hökumətinin Qarabağa görə Ermənistan və Azərbaycanla bağlı atacağı addımları izah edib.

"19 sentyabr hadisələrindən sonra sülh istiqamətində irəliləmə olmayana qədər Azərbaycanla heç bir şeyin normal olmayacağını ifadə etmişik. Buna görə Azərbaycanın hərəkətlərini qınamaq üçün bir çox yüksək səviyyəli səfərləri ləğv etmişik"-deyə o çıxışında deyib.

Mətbuata görə, o, həmçinin "ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq", "biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-ın Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik"-deyə  bildirib.

Ceyms O-Brayn ABŞ-ın sülh razılaşması istiqamətində fəaliyyətlərini davam etdirdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətinin ifadəsi baxımından kritik olacaq.

KİV-ə görə, diplomat deyib ki, 19 sentyabrdan sonra Bakı və İrəvana 13 ali səviyyədə səfər edilib. O, sülh prosesi ilə bağlı Dövlət Departamentinin türkiyəli həmkarları ilə də məşğul olduğunu deyib. Bununla belə, O-Brayn ABŞ-ın bu yardımlarının Azərbaycanla yanaşı ABŞ üçün də anlamlı olduğunu əlavə edib. "Mərkəzi Asiya ölkələri öz məhsullarını bazara çıxarmaq üçün yeni dəhlizlər axtarışındadır. Bu dəhlizlər Azərbaycandan Gürcüstana və ya Azərbaycandan Ermənistana və Türkiyəyə ola bilər…
 Başqa yollarla – güc yolu ilə və ya İranın iştirakı ilə yaradılmış nəqliyyat dəhlizləri, düşünürəm ki, çox güclü reaksiya ilə qarşılaşacaq və uğurlu olmayacaq. Bu sadə seçimdir", - O-Brayn deyib.  

"ABŞ separatçı rejimi dəstəkləyən tərəf olaraq ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir". Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O-Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə altkomitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində yer alıb. Bildirilib ki, Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub:"Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir".

Azərbaycan XİN 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılmasına da münaisbət bildirib: "Ceyms O-Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə isə, belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq, bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır...".

"Əgər ABŞ Azərbaycanla əlaqələrinə xələl gətirmək istəyirsə, ölkəmizlə hər hansı görüşlərin keçirilməsindən imtina edirsə, bu halda Azərbaycan da ABŞ-dan imtina etmək gücündə və  əzmindədir"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində "Bu artıq gündəmi zəbt edən bir məqamdır. ABŞ-ın Nümayəndələr Palatasında adı da qeyri-legitin, qeyri-hüquqi olan "Dağlıq Qarabağ"la bağlı mövzu müzakirə edilib. Ümumiyyətlə, ABŞ, onun Nümayədələr Palatası bu addımı ilə ermənipərəstliyini ortaya qoyur. Təbii ki, onların erməni lobbisi və diasporunun təsiri altında ermənipərəst siyasət yürütdüyünü biz ilk dəfə görmürük.  Hər bir halda indiki reallığın fonunda Azərbaycanın Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və sabitliyi bərqərar, təmin edəcək yeni reallığı ortaya qoyduğu bir dönəmdə belə fikirlərin səsləndirilməsi, belə addımların atılması bizdə təəssüf hissi doğurur. Amma bizə qarşı belə diqtələrin, xəbərdarlıqların edilməsinin özü də absurddur. Bunun bizim üçün heç bir hüquqi əhəmiyyəti yoxdur, ümumiyyətlə əhəmiyyətsizdir. Nəyə görə? Çünki 907 saylı bədnam düzəliş bugünün mövzusu deyil. 1992-ci ildən bugünə qədər mövcud olan, təbii ki, müəyyən mənada bizə doğru addım atdıqlarını göstərmək üçün təxirə salınan, amma tam ləğv edilməyən  ermənipərəst bir addımdır. Təsəvvür edin ki, Sovetlər İttifaqı süquta uğradıqdan sonra bütün postsovet ölkələrinə birbaşa yardım edən ABŞ Azərbaycana münasibətdə bunu məhdudiyyətə məruz qoyur və 907 saylı bir düzəliş edir ki, Azərbaycana birbaşa yardımlar edilməməlidir. Fikrimcə, ABŞ-ın atdığı bütün bu addımlar bir daha ondan xəbər verir ki, ABŞ Azərbaycanın formalaşdırdığı yeni reallığı qəbul etməyən dövlətlərin sırasındadır"-deyə bildirdi. 

X.Bəşirovun sözlərinə görə, təbii, biz bu gün Cənubi Qafqazda yeni reallıq formalaşdırmışıq və qeyd edildiyi kimi, bu reallığın əsas tərəflərindən  biri də odur ki, keçmiş münaqişə səbəbindən bloka salınmış bütün nəqliyyat və iqtisadi kommunikasiyalar blokdan çıxarılmalıdır: "Bunlardan biri də, təbii ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində biz Ermənistana çoxlu sayda çağırışlar etdik. Eyni zamanda Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə riayət etməsi ilə əlaqədar ona çağırışlar etdik. Amma Ermənistan indiyə qədər bu addımları atmadı. Çox təəssüfedici məqam ondan ibarətdir ki, Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərlə bağlı nə ABŞ, nə də digər ölkələr ona bu istiqamətdə hansısa bir çağırış etdilər, təsir və ya təzyiq göstərdilər. Amma bu gün Zəngəzur dəhlizinə alternativ olacaq yolla bağlı Azərbaycana təhdid dolu çağırışlar, xəbərdarlıqlar edirlər. Bunun heç bir hüquqi əhəmiyyəti yoxdur"-deyə X.Bəşirov qeyd etdi.

X.Bəşirovun qənaətinə görə, ABŞ və onun kimi dövlətlər unutmamlıdır ki, Azərbaycan nə 907-ci düzəlişlə məhdudiyyət qoyulan o yardımlara, nə hansısa dövlətin, yaxud təşkilatın maddi yardımlarına ehtiyacı olan bir dövlətdir. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra özü öz ərazilərində geniş tikinti-quruculuq, bərpa işləri apardığını vurğulayan X.Bəşirov buna görə heç bir dövlətdən yardım almadığını vurğuladı. "Azərbaycan həmçinin də öz ərazilərini minalardan təmizləmə prosesini təkbaşına öz gücünə həyata keçirən bir dövlətdir.  Bütün bu məqamları nəzərə alsaq, bu gün həmin o dinləmələrin, o dinləmələrin nəticələri kimi Azərbaycanla yüksək səviyyəli görüşlərin keçirilməsindən imtinanın, yaxud Azərbaycana hansısa yardımların edilməsindən imtina edilməsinin Azərbaycanın hazırda yürütdüyü siyasətə, ölkəmizin mövcudluğuna heç bir mənfi təsiri olmayacağını açıq şəkildə anlamaq mümkündür. Bu məqamları nəzərə alsaq, hesab edirəm ki, bu prosesin Azərbaycandan daha çox ABŞ-ın maraqlarına ziddi olacağını anlamaq çətin deyil. Nə üçün? Çünki biz gördük ki, ABŞ Əfqanıstanda məğlubiyyətə uğradı. Əfqanıstandan çıxarkən oradakı sülhməramlı missiyada azərbaycanlıların öz öhdəliklərini hansı şəkildə həyata keçirdiklərini və bununla bağlı ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsindəki   əməkdaşlıqdan məmnun qalması ilə bağlı fikirlərini gördükdən sonra belə addımların şahidi olmaq, təbii ki, ABŞ-ın özü tərəfindən Amerika-Azərbaycan münasibətlərinə xələl gətirəcək. Hər bir halda orta dəhliz kimi böyük layihə reallaşdırılmaqdadır və həmin orta dəhlizin reallaşdırılması, onun həlqələrinin işlək vəziyyətə gətirilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan dünyanın əksər hissəsi, o cümlədən də bu dəhlizdən yararlanacaq dövlətlər məmnundur. Buna dəstək nümayiş etdirirlər. Regiona daxil olmayan bir dövlətin bur prosesə müdaxilə etməsi absuddur. Fikrimcə, bunun bu prosesə mənfi təsiri də olmayacaq. Bunun ABŞ-Azərbaycan münasibətlərinə təsiri olacaqmı? Əlbəttə, olacaq. Çünki bu cür addımların atılması birtərəfli qaydada olmur. Əgər ABŞ Azərbaycanla əlaqələrinə xələl gətirmək istəyirsə, ölkəmizlə hər hansı görüşlərin keçirilməsindən imtina edirsə, bu halda Azərbaycan da ABŞ-dan imtina etmək gücündə və əzmindədir. Bu bizim tərəfimizdən deyil, ABŞ tərəfindən reallaşdırılan bir prosesdir. Təbii ki, hansısa bir dövlətlə, eləcə də ABŞ-la münasibətlərin qurulması, yaxud yaxşılaşdırılması istiqamətində xahiş də etmək niyyətində deyilik. Onların maraqlarına cavab vermirsə, demək bizim maraqlarımıza heç cavab vermir"-deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

02.09.2026 / 16:51
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan iki qadın tutuldu - VİDEO

02.09.2026 / 16:38
Moskva ilə İrəvanın dəmir yoluna nəzarət üstündə toqquşması şiddətlənir...

02.09.2026 / 16:15
Məkkə NATO-sunun gələcəyini qeyri-müəyyən göstərən xeyli suallar yaranıb...

02.09.2026 / 16:05
Bakı–Tbilisi qatarına saxta bilet satanlar peyda olub - ADY-dən açıqlama...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ