Bazar günü günü, 08 noyabr 2026
     

Avropa İttifaqı Cənubi Qafqazda sülh üçün əngələ çevrilir...

Image


Bu gün Cənubi Qafqazda sülhün bərqərar olması Avropanın özü üçün də müstəsna əhəmiyyət kəsb edir. Cənubi Qafqaz regionunda sabit, təhlükəsiz, inkişaf etmiş və əməkdaşlığa açıq bir regional mühitin mövcudluğu Avropanın buradan qaynaqlana biləcək təhdidlərdən də uzaq qalması deməkdir. 

Amma maraqlısı odur ki, bunu bildiyi halda, elə Avropa özü regionda  təhlükəli bir atmosferin yaranmasına can atır. Halbuki, Qafqazda dayanıqlı sülh və stabilliyin yaranması nəticəsində kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın dərinləşməsindın ən çox fayda təmin edəcək tərəflərdən biri də, şübhəsiz, güclü iqtisadiyata sahib Avropa İttifaqı özü olacaq.

Sülh və əməkdaşlıq mühitinin alternativi olan toqquşma və kataklizmlər onsuz da Yaxın Şərq və Afrikadan Avropaya doğru yayılan köç dalğasına Asiya qaçqınlarının da əlavə olunmasıdır. Ermənistandan Avropaya artan axın bunun faktiki təzahürlərindən biridir. Belə vəziyyətdə gözlənilirdi  ki, Avropa İttifaqı bu reallıqları görərək regional siyasətini formalaşdıran zaman bunları nəzərə alacaq. Belə halda Cənubi Qafqazla siyasi və ticari əlaqələrin inkişaf etdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, Cənub Qaz Dəhlizi kimi layihələrin sayının artırlması, Azərbaycan-Türkiyə İttifaqının postmünaqişə dövrü ortaya qoyduğu konsepsiyanın müdafiə edilməsi, Ermənistanın hər iki qonşu ölkəylə normallaşmaya getməsinin Avropa tərəfindən də təşviq edilməsi prioritet olmalı idi. Lakin indi tamam əks mənzərə müşahidə olunur. Avropa İttifaqı bu gün regionda destruktiv bir fəaliyyətlə məşğuldur, bu məqsədlə də Ermənistandan bir vasitə kimi istifadə edir. Yeri gəlmişkən qeyd edək ki, Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir. Beləliklə, qurumun Ermənistanı silahlandırmaq, bununla bölgədə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri regionda yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır. Eyni zamanda  Avropa İttifaqı missiyasının genişləndirilməsi istiqamətində işlər, Kanadadan sonra ABŞ-ın da bu missiyaya qoşulması, digər belə hallar Qərbin regionla bağlı riyakar siyasətinin təzahürüdür. Qərb İrəvandan istifadə edərək Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Burada əsas məqsədlərdən biri Qərbin regiondakı təsir gücünün artmasıdır. İkincisi, Rusiya və İranın bölgədəki təsir gücünün azalmasıdır. Başqa sözlə, hazırda Qərb Tehran və Moskvanı regiondan çıxarmağa çalışır. Bunu Rusiya rəsmiləri də bir neçə dəfə açıq deyiblər. O da vurğulanıb ki, İrəvan burada sadəcə vasitədir. Elə rus siyasi ekspert Andrey Petrov  da məsələyə bu prizmadan yanaşır. O, Rusiyada Ermənistanın yeni Ukraynaya çevrilməsi ilə bağlı narahatlığın artdığını qeyd edib: "Burada söhbət Ermənistanda Ukraynada olduğu kimi hansısa hərbi əməliyyatların olacağından getmir. Söhbət ondan gedir ki, Ermənistan Rusiyadan tam üz döndərib Qərb tərəfə inteqrasiya xəttini götürəcək. Fransanın Ermənistana silah-hərbi texnika tədarükünü müşahidə edirik. Bu, artıq ciddi addımdır. Bu, sadəcə hansısa siyasətçinin KİV-ə açıqlaması, bəyanatı deyil. Bu real fəaliyyətdir. Digər məsələ isə, Ermənistanın bu silah-sursatın pulunu necə ödəməsidir. Rusiyanı məhz bu məqam narahat edir. Təhlükəsizlik məsələsi və İrəvanın Rusiyadan Qərbin hərbi-siyasi nüfuz dairəsinə keçməsi Moskvanı ən çox narahat edən məqamdır. Rusiyada şübhə yoxdur ki, Ermənistan iqtisadi nöqteyi-nəzərdən Rusiyanın nüfuz dairəsindən uzağa getməyəcək. Çünki Ermənistan istehsalı məhsulların 50 faizdən çoxu məhz Rusiya bazarlarına gəlir. Həmin məhsulları heç kəs Avropa bazarına buraxmayacaq. Çünki onlara Ermənistan məhsulları lazım deyil. Bu mənada Rusiyada narahatlıq yoxdur. Lakin narahatlıq var ki, Ermənistan hansısa məqamda Rusiya təhlükəsizliyi üçün təhdid yarada bilər. Çünki Ermənistanı bütünlüklə Qərb gücləri ələ alır".

Fransanın, indilikdə az qalan bütün Avropa İttifaqının  nümunəsində olduğu kimi, beynəlxalq hüquqa, bölgənin həqiqətlərinə zidd şəkildə ermənipərəst siyasət həyata keçirməsi regionda gərgin durum yaradır. Bu hal Ermənistanda revanşistləri həvəsləndirəcək addımlar kimi də özünü göstərir. Bu halda savaşın yenidən başlanması Avropa İttifaqının regiona yolunu tamamən bağlaya da bilər. Azərbaycandan fərqli olaraq, Ermənistan Avropa İttifaqından böyük həcmdə yardım almaqda davam edir. Bu da regionda sülhü əngəlləyir. Cənubi Qafqazda həll olunmamış məsələlər həm də bölgənin hərtərəfli inkişafina ciddi maneələr yaradır. Bölgədəki belə vəziyyət təhlükəsizliyə təhdid olmaqda davam edir. Amma Avropa İttifaqının təmsilçiləri bunun fərqində olmaq istəmirlər. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə həll olunub. Amma postmünaqişə dövründə sabitlik və təhlükəsizliklə bağlı çağırışlar hələ də qalmaqdadır. Eyni zamanda, indi regional iqtisadi inteqrasiya üçün yeni imkanlar da yaranır. Amma Avropa İttifaqının   indiki fəaliyyəti burada inteqrasiya əvəzinə düşmənçilik yaradır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ