Cümə axşamı günü, 03 sentyabr 2026
     

Dövlətçilik tariximizdə tam suverenlik - 19 sentyabr və 15 oktyabr.....

Image


Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Otuz il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. 

Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı.

Son 200 ilin ən böyük qələbəsini qazandıq 

Qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Bu dövlətin Azərbaycan torpaqlarını 30 illik işğalına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.

2020-ci il 8 noyabrda üçtərəfli bəyanatdan sonra bəzilərində belə təsəvvür yaranmışdı ki, qələbəmiz tam deyil. ABŞ, Avropa İttifaqı, Fransa və s. 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idi, bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərildi, yenidən uzun-uzadı danışıqlar prosesinə başlamağa cəhd edildi.

...Bununla da Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılacağı günü yaxınlaşdırırdı 

Bütün bunlar Azərbaycan Prezidentinin polad iradəsinə və qətiyyətinə təsir edə bilmədi. Nəyi, nə zaman və necə etməyin ən yaxşı nümunələrini göstərən dövlət başçısı suverenlik və ərazi bütövlüyümüzün tam bərpası üçün zəruri addımları atdı. Vətən müharibəsindən sonrakı 3 il ərzində baş verən proseslər də bunu təsdiqləyir. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənlik, prinsipiallıq və qəti iradə nümayiş etdirərək, 19 sentyabrda ant-terror əməliyyatının başlanmasına əmr verdi. Bununla da  Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılacağı günü yaxınlaşdırırdı. Beləliklə, 3 il ərzində həyata keçirilən siyasət bu il sentyabrın 20-də öz məntiqi sonluğu ilə yekunlaşdı. Müstəqillikdən sonra ilk dəfədir biz bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Bizim müstəqillik tariximiz  1991-dən başlasa da, tam suverenlik  Prezidentin qətiyyətli siyasəti sayəsində 2023-dən başladı...

Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür 

Oktyabrın 15-də qalib sərkərdə cənab İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç vaxt yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə hasil olur. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndində əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahid olduq.

Ümumiyyətlə, Xankəndidə bayrağımızın ucaldılmasını Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyət hesab edirəm. Eyniylə 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Çünki bu, xalqımızın on illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanmışıq.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

02.09.2026 / 16:51
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan iki qadın tutuldu - VİDEO

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ