Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Avropada antisemitizmin əcaib qalasına çevrilir...

Image


Qərbdə, xüsusən də Avropada antisemitizm və islamofob insidentlərin sayı İsrail ilə HƏMAS arasında münaqişə başlayandan bəri xeyli artıb. Hazırda bir çox Avropa ölkəsində, o cümlədən Fransa və Almaniyada nifrət zəminində cinayətlərin sayında ciddi artım qeydə alınır. 

Cinayətlərə daha çox, onlayn və əmlaka zərər verən hərəkətlər də daxil olmaqla, fərdlərə və ya qruplara qarşı yönəlmiş irqi və ya dini səbəblərdən baş verən insidentlər daxildir.

Indi iş o yerə çatıb ki, Avropa Komissiyası Avropa İttifaqı daxilində antisemitizmlə bağlı insidentlərin artmasını tənqid edib. Qurum bu xüsusda bildirir: "Son bir neçə gündə Avropada antisemitizm hadisələrinin artması tarixin qaranlıq bir dövrünü xatırladan qeyri-adi səviyyəyə çatıb. Bu gün Avropa yəhudiləri yenidən qorxu içində yaşayır". Qeyd olunur ki, bu yaxınlarda Almaniyada sinaqoqa "Molotov kokteyli" atıblar, Fransada isə evlərin fasadlarına "David ulduzları" çəkiblər. Bundan başqa, Avstriyada yəhudi qəbiristanlığı təhqir edilib, İspaniyada yəhudi mağaza və sinaqoqlarına hücum olunub. Vurğulanır ki, nümayişlər zamanı tez-tez antisemitizmlə bağlı şüarlar eşidilir. Fransada bu hallar özünü getdikcə daha qabarıq büruzə verir. Ümumiyyətlə, Fransanın HƏMAS-İsrail müharibəsində tutduğu mövqe heç də birmənalı deyil. Livan siyasi, ictimai, mədəni və başqa baxımlardan bu ölkənin nəzarəti altındadır. Ancaq Paris, nədənsə, "Hizbullah"ın İsrailin ərazisinə hücumuna mane ola bilmir. Halbuki, bu qruplaşmanın fəaliyyəti HƏMAS-a yardımdır. Son illər Fransada antisemitizm meylləri güclənib. Elə Yelisey sarayının himayə etdiyi Ermənistanda da İsrailə qarşı çıxışlar olur. HƏMAS İsrailə hücum etməzdən 4 gün öncə İrəvanda Ümumdünya yəhudi mərkəzi hücuma məruz qalmışdı. Odur ki, Fransanın himayəsi altında olan Livan və Ermənistan İsrailə qarşı mövqe tutur. Bunlar fonunda, təbii ki, prezident Emmanuel Makronun yəhudi dövlətinə və Fələstinə səfəri və hər iki tərəflə bağlı verdiyi "barışdırıcı" çıxışı isə daha çox riyakarlıqdır. Düzdür, bəzi fransız siyasətçilər Qəzzada İsrail-HƏMAS müharibəsi fonunda antisemitizmin artmasına etiraz etmək üçün Parisdə on minlərlə insana qoşulublar. Fransanın baş naziri Elizabet Born, bir sıra solçu partiyaların nümayəndələri və ifrat sağçı lider Marin Le Pen ötən bazar günü Fransa paytaxtında sərt təhlükəsizlik tədbirləri şəraitində keçirilən yürüşdə iştirak ediblər. Amma onu da qeyd edək ki, son bir ay ərzində ölkə üzrə yəhudilərə qarşı 1000-dən çox zorakılıq aktı qeydə alınıb. Makron da bundan narahatlığını xalqa müraciətində bu sözlərlə bildirmişdi:  "Fransada yaşayan yəhudilər qorxu içindədirlər. Yəhudilər uşaqlarını məktəbə aparmağa, gec saatlarda evə qayıtmağa qorxurlar. Yəhudilərin həyatları üçün qorxu hissi keçirdikləri ölkə Fransa olmamalıdır. Bu, həmin Fransa deyil!". Amma belə vəziyyət də elə Makronun həm xarici, həm də daxili siyasətdə ciddi yanlışlıqlara yol verməsi üzündən yaranıb.

Qeyd edək ki, Fransada antisemitizmlə yanaşı, islamofobiya halları da artıb. İslamofobiya anlayışı Fransanın siyasi leksikonunda gündən-günə daha da möhkəmlənir. Fransa islamofobiyanı radikal siyasətin və sosial elitanın mərkəzindən kənara nəinki qovmur, hətta geniş əhali arasında yayır, xarici siyasətində dünyanı bölmək üçün hakim bir konsepsiya kimi islamofob toxumlar səpir.  Indi bunlara antisemitizm də əlavə olunur. Almaniyada da vəziyyət qeyd edilən istiqamətdə pisləşməyə doğru gedir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek isə etiraf edir ki, Avropada antisemitizmin yeni dalğası qorxulu görünür: "Antisemitizmin miqyası qorxuludur. Bizim tarixi məsuliyyətimiz var və hansı formada olursa olsun, antisemitizmin Almaniyada yeri olmamalıdır". Almaniyanın sağ mərkəzçi bloku antisemitizm cinayətlərinə görə məhkum olunmuş əcnəbi cinayətkarları deportasiya etməyə çağırıb. Sağçı partiyaların Bundestaqa təqdim etmək istədikləri qanun layihəsinə əsasən, antisemitizm cinayətinə görə məhkumluq ən azı 6 ay həbs və Almaniyada humanitar müdafiənin rədd edilməsi və ya itirilməsi ilə nəticələnməlidir ki, bu da adətən deportasiya ilə nəticələnir. Təklifdə deyilir ki, Almaniya pasportu almaq istəyən hər kəs İsrail dövlətinin mövcud olmaq hüququnu dəstəklədiyini bəyan etməlidir. Siyasətçilər deyir ki, ərizəçinin antisemit münasibətinin real, sarsılmaz əlamətləri varsa, o zaman proses açıq şəkildə istisna edilməlidir. Qanun layihəsinə görə, antisemit cinayət törədilərsə, ikili vətəndaşlığı olan şəxslər Almaniya vətəndaşlığını itirəcəklər. Berlinin meri Kay Veqner isə bildirir ki, Fələstin tərəfdarlarının keçirdikləri nümayişlər və yəhudi müəssisələrinə hücumlar Almaniyada antisemitizm probleminin mövcud olmasını sübut edir. Veqner qeyd edib ki, Almaniyada yaşayan hər kəs bilməlidir ki, bu ölkənin cəmiyyəti açıq və çoxmillətlidir. Şəhər rəhbəri vurğulayıb ki, bu cəmiyyətdə nifrətə, antisemitizmə və İsrail əleyhinə təhriklərə yer yoxdur. Bundan əlavə, Berlin meri Almaniya rəhbərliyinin yürütdüyü cəmiyyətdə antisemit əhvali-ruhiyyənin artmasına səbəb olan miqrantların inteqrasiya siyasətindən də şikayətlənib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ