Bazar günü günü, 08 noyabr 2026
     

Cənubi azərbaycanlılar ana dilində təhsildən imtina ediblər? - İran kanalları daha nə uyduracaq?..

Image


Məcid Cavadi Araz: "Azərbaycan türklərinin ana dilində təhsil alması məsələsini fars milliyyətçiliyi, zehniyyəti, hegemonluğu özü üçün çox böyük təhlükə kimi görür, ona görə də bu cür yalan iddialar səsləndirirlər"

Molla rejimi uzun illərdir ki, Güney azərbaycanlıların öz ana dillərində təhsil almaq, yazıb-oxumaq haqqını tanımaq istəmir. Baxmayaraq ki, soydaşlarımız bu məsələdə ortaya ciddi iradə qoyur, tələblər irəli sürür, bununla belə yenə də Tehran rejimi bu siyasətindən əl çəkmir. 

Maraqlıdır ki, molla rejiminin yürütdüyü bu siyasəti panfarsist media qurumları da ciddi cəhdlə dəstəkləyir.

Azad İran Telegram kanalının yazdığına görə, İranın antiazərbaycan təbliğat maşını olan "Səhər" telekanalının aparıcısı İranda yaşayan türk əhalisinin Azərbaycan türkcəsində təhsil almaq hüququndan məhrum edilməsinə haqq qazandıraraq, "İran türkləri öz dillərində məktəbin olmasına ehtiyac duymurlar. Yəni təzyiq altında qalan, haqları tapdanan insanlar çevrəsində deyillər ki, onu ictimai hüquq kimi tələb etsinlər", - deyə iddia edib.

Kanal qeyd edir ki, aparıcının bu iddialarına baxmayaraq, Güney azərbaycanlılar "Traktor" futbol komandasının oyunlarında davamlı olaraq "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!" şüarını səsləndirirlər. 

"Səhər" kanalı niyə güneyli soydaşlarımızın ana dilində təhsil almasına qarşı çıxır? Guya türk dilində məktəbə ehtiyac yoxdur və sair. Bunların bu cür yanlış mövqe göstərməkdə  məqsədləri nədir? Türk dilində məktəblərin açılması bunları niyə qorxudur?

"...Bunların ikisi də tamamilə yanlış təsbitlər və iddialardır" 

Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "Səhər" televiziya kanalı hər zaman antiazərbaycan təbliğatı aparır: "Bu kanal hər zaman istər Azərbaycanın Quzeyinə, istərsə də Güneyinə qarşı qərəzli yanaşmalar sərgiləyir, təxribat xarakterli təbliğat aparır. Bu səfər də deyib ki, İran nüfusunun 100-də 40 faizini təşkil edən Azərbaycan türkləri öz ana dillərində təhsil almaq istəmirlər, çünki onlar özlərini əzilən və dışlanan bir xalq kimi görmürlər. Təbii ki, bunların ikisi də tamamilə yanlış təsbitlər və iddialardır. İran rejimi, başqa məsələlərdə olduğu kimi, bu məsələdə də öz çıxarlarını, ideoloji baxışlarını, öz maraqlarını zorla topluma qəbul etdirməyə çalışır. Əslində elə bir şey yoxdur. Hər iki iddianın əksini göstərən çox ciddi faktlar, gerçəkliklər var. Məsələn, "Traxtor"un oyunlarında və başqa idman yarışlarında təkcə Təbrizdə deyil, Azərbaycanın digər şəhərlərində də - Ərdəbildə, Urmiyada, Zəncanda və sairdə, hətta Tehranda   belə şüarlar səsləndirilir. O şüarlar çoxdur, amma onlardan biri xüsusi seçilir və hər zaman "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!" şüarı səsləndirilir. Bu istisnasız olaraq bütün idman yarışlarında səsləndirilən bir şüardır. Bu fakt yeganə deyil, yüzlərlə, minərlə tələbə, ziyalı, alim, ictimai və mədəni fəalın imzası ilə İranın müxtəlif dövlət qurumlarına yazılı müraciət göndərilib, bunların hamısı internetdə mövcuddur"-deyə M.C.Araz vurğuladı. 

Müsahibimizin sözlərinə görə, dəfələrlə İran rejiminin özünün içindən olan millət vəkilləri Azərbaycan türklərinin ana dillərində təhsil alması məsələsini Məclisdə dilə gətiriblər. "İranda ana yasanın 15-ci maddəsində yalan-yamalaq da olsa yazılır ki, etnik dillərin təhsili azaddır. Azərbaycanlı millət vəkilləri rejimin öz adamı olsalar da, bir neçə dəfə bu məsələni Məclis kürsüsündən dilə gətiriblər   ki, Azərbaycan xalqının ən böyük tələblərindən biri öz ana dillərində təhsil almaqdır. Azərbaycan türklərinin öz ana  dillərində təhsil almaq hüququ birmənalı olaraq tanınmalıdır, çünki bu onların  haqqıdır. Zaman-zaman bu məsələ aktuallaşıb və bu gün də aktualdır. İranın sabiq prezidenti Həsən Ruhani prezident seçildiyi zaman Azərbaycana - Təbrizə,  Ərdəbilə, Urmiyaya səfərində Azərbaycan xalqına üç vəd vermişdi. Birinci vədi Urmu gölünün xilas olunması idi. İkinci vədi Türk dilində təhsil, üçüncü isə Azərbaycanda türk dili qurumunun açılması ilə bağlı idi. Onun seçki vədinin ikisi türk dili ilə əlaqəli idi. Türk dili qurumunun açılması, türk dilində təhsilin verilməsi və Urmu gölünün xilası ilə bağlı verdiyi vədlərin üçü də boşa çıxdı. Nə türk dili qurumu açıldı, nə türk dilində təhsil imkanı yarandı, nə də Urmu gölü qurtarıldı.  Bütün bunlar göstərir ki, Güney Azərbaycanda, ümumiyyətlə İran türklərində bu məsələ nə qədər yüksək səviyyədir. 

İddia edirlər ki, guya türklər özlərini dışlanmış xalq kimi görmürlər. Sadəcə iki fakta baxmaq kifayət edər. Baxmayaraq ki, İran əhalinin 40 faizini türklər təşkil edir, amma yüksək vəzifələrdə azərbaycanlıların sayı 100-də 1 faizi keçmir. Bu faktın özü göstərir ki, türklər sistemdən nə qədər dışlanıb. Bunun ən bariz nümunələrindən biri Qarabağ məsələsi idi ki, Güney  Azərbaycan türklərinin o qədər həssaslığına rəğmən İran yenə də Ermənistanın tərəfini tutur və antiazərbaycan siyasəti yürüdür. Bu iki fakt zatən hər şeyi açıq-aydın ortaya qoyur. Biz bununla bağlı başqa faktlar da ortaya qoya bilərik. Son olaraq onu deyim ki, yüz ildir İrana hakim olan fars milliyyətçiliyi, zehniyyəti ölkədə var olan, nüfusun 100-də 40-nı təşkil edən türk xalqlarından, eləcə də digər qeyri-fars millətlərindən olanlara qarşı ayrıseçkilik edir. Rejimin təhsil nazirinin dediklərinə əsaslansaq, bu ölkədə farsdilli əhalinin sayı 37.5 faizdir. Qalanları qeyri-fars millətləridir. Ona görə də, qeyri-fars millətləri, özəlliklə də türk milləti məsələsi İranda çox əsas məsələdir. Azərbaycan türklərinin ana dilində təhsil alması məsələsini fars milliyyətçiliyi, zehniyyəti, hegemonluğu özü üçün çox böyük təhlükə kimi görür, ona görə də bu cür yalan iddialar səsləndirirlər. Azərbaycan türkləri heç zaman öz ana dilində təhsil almaqdan imtina etməyib və etməyəcək də"-deyə M.C.Araz qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ