Bazar günü günü, 08 noyabr 2026
     

“Azərbaycan bütün dünyaya müasir müharibənin necə aparıldığını göstərdi” - Politoloq

Image


"Azərbaycan bütün dünyaya müasir müharibələrin necə aparılmalı olduğunu göstərdi ki, bu da Ukrayna və Qəzza zolağında gedən müharibə fonunda xüsusilə diqqəti cəlb edir". "Report" xəbər verir ki, bu barədə Saratov vilayət dumasının "Vahid Rusiya"dan olan keçmiş deputatı, politoloq Dmitri Çernışevski özünün yutub kanalında Ukrayna və İsraildəki qarşıdurmaları təhlil edərkən danışıb.

"Çətin ki, kimsə analogiyalar aparıb və Azərbaycanı həm İsrail, həm də Ukraynaya nümunə göstərib. Azərbaycan müasir reallıqlarda Ukraynaya, eləcə də İsrailə müharibənin necə aparılmalı olduğunu göstərir", - analitik bildirib.

O, hesab edir ki, müasir müharibələrdə informasiya komponenti əvvəlki dövrlərdən daha vacib rol oynayır: "Müharibələr rabitənin sürətlə inkişaf etdiyi, hətta televiziyanın əsas mənbə kimi inhisarını itirdiyi informasiya əsrində gedir. Sosial şəbəkələr çox aktivdir, informasiya məkanı böyükdür, hətta müharibələr canlı yayımda göstərilir".

Politoloq vurğulayıb ki, Ukrayna üçün ABŞ-nin ictimai rəyi, ABŞ elitasının rəyi uğrunda mübarizə istənilən hərbi əməliyyatdan daha vacibdir: "Çünki Ukraynanın müharibədə qalib olub-olmayacağı məhz onun Qərb ictimai rəyindəki mövqeyidən asılıdır. Ukrayna başqasının pulu ilə müharibə aparır, ona görə də Ramşteyn koalisiyasındakı müttəfiqlərindən kritik dərəcədə asılıdır. Eyni zamanda, Ukrayna informasiya sahəsində səylərini maksimum dərəcədə artırmadığı üçün indi belə bir vəziyyətlə üzləşib. O, hərbi komponentdən daha çox informasiya komponentindən asılıdır".

"Ancaq İsrail, qəribə də olsa, eyni şəkildə informasiya komponentindən asılıdır. Bunu amerikalılar yüksək rütbəli rəsmilərinin dili ilə belə deyirlər - müharibənizin bitməsinə 2-3 həftə vaxtınız var, əks halda biz sizə dəstək ola, beynəlxalq və ictimai təzyiqə dözə bilməyəcəyik. Deməli, İsrail də ictimai rəydən asılıdır", - deyən D.Çernışevski qeyd edib ki, Azərbaycan da informasiya komponentindən çox asılı idi.

"Ermənistan Azərbaycanın bir hissəsini işğal etdikdə ölkədə ən azı 700 min, bəlkə də bir milyon qaçqın var idi. Yurd-yuvalarından didərgin salınan, mülkləri əlindən alınan, öldürülən, təcavüzə uğrayan bu insanlar üçün Qərbdə heç kim göz yaşı tökməyib. Qərb hər şeyə göz yumub. Çünki o vaxtlar, 1990-cı illərdə Ermənistan informasiya gündəminə tamamilə hakim idi. Bu illərdə Azərbaycan təkcə Birinci Qarabağ müharibəsində deyil, informasiya müharibəsində də uduzdu", - ekspert bildirib.

"İndi isə nə görürük? Azərbaycan həm informasiya sahəsində, həm də İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı. Qərb daxil olmaqla, müxtəlif yerlərdə Azərbaycanın əleyhinə və tamamilə yalan fikirlər səsləndirilir. Çünki onlar reallığa məhəl qoymurlar. Lakin bu fikirlər Azərbaycana olan müsbət münasibətlər fonunda nəzərə çarpmır", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsini həll edib: "Doğrudur, ermənilər bu ərazidən gediblər. Amma heç kim onları buradan qovmayıb. Hətta bunu Avropa Parlamenti və bu qurumun deputatları etiraf edib. Ermənilər özləri getdilər, onları heç kəs qovmadı, çünki onların vicdanları təmiz deyildi. Onlar ya 30 il əvvəl azərbaycanlıların bu ərazilərdən didərgin salınmasında iştirak ediblər, ya da onların "Dağlıq Qarabağ ordusu" adlı terrorçu strukturda qohumları olub. Buna görə də azərbaycanlı qonşularının onlara belə bir sual ünvanlayacaqlarından qorxurdular: "Mənim mülküm, evim, avtomobilim haradadır?". Bundan başqa, azərbaycanlılar buraya qayıtdıqdan sonra təhqir edilmiş məscidlərini, yerlə-yeksan olunmuş kəndlərini görəcəklər".

O əlavə edib ki, ermənilər özlərini günahkar hesab etdikləri, öz əməllərinə görə utandıqları üçün bu əraziləri tərk ediblər.

Politoloq vurğulayıb ki, Azərbaycan qalib gəlməyin çox çətin olduğu bir vəziyyətdə qələbə qazanıb: "Bu, kifayət qədər həssas və çətin vəziyyət idi. Burada günahkar tərəf olmaq çox asan idi. Amma Azərbaycan bu vəziyyətlə üzləşmədi. Yəni Azərbaycan informasiya sahəsində tam qələbə qazandı. Lokal antiterror tədbirləri cəmi iki gün davam edib. Bu müddət ərzində Azərbaycan qalib gəlib və bununla da "blitskriq" təmin edilib. Əslində, bu, zəruri şərtdir".

D.Çernışevskinin fikrincə, Ukrayna da İsrail kimi haqlı tərəf olduğunu göstərmək üçün heç nə etmir: "Azərbaycan bizə nəyi və necə edəcəyini göstərdi. Azərbaycan müharibəyə hazırlaşdı, informasiya platforması hazırladı, informasiya müharibəsində Ermənistan dövlətini tamamilə məğlub etdi və "blitskriq" həyata keçirdi".

Ekspertin sözlərinə görə, Azərbaycan öz "blitskriqi" və informasiya komponenti ilə həm Ukraynaya, həm də İsrailə tamamilə qüsursuz nümunə göstərir: "Son üç müharibədən yalnız biri müasir idi. Söhbət İkinci Qarabağ müharibəsindən gedir. Bu, çox güclü informasiya dəstəyi ilə müşayiət edilən ildırımsürətli müharibə idi".

O qeyd edib ki, Ukrayna müharibəsi 1915-ci ilin, İsrail müharibəsi isə 1980-ci ilin müharibəsidir: "Yəni bunlar köhnəlmiş qaydalarla aparılan müharibələrdir. Buna görə də problemlər yaranır. Ukrayna bu müharibəni necə aparacağını başa düşsə də, qalib gələ bilmir. Sadəcə müxtəlif səbəblərə görə kifayət qədər gücü yoxdur. İsrail də qalib gələ bilər, amma bunu necə edəcəyini bilmir. Məhz bu amillər sadalanan ölkələrin əleyhinə işləyir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ