Cümə günü, 04 sentyabr 2026
     

Sərkisin "müqəddəsliyi" saxta olsa da, Azərbaycanda onun məbədi toxunulmaz saxlanır...

Image


"Caucasus Heritage Watch" ("Qafqaz irsinin qorunması") təşkilatının Azərbaycana qarşı əsassız ittihamları 2020-ci ildən bəri daha intensiv hal alıb. Erməni mediasında beynəlxalq təşkilat kimi qələmə verilən "Caucasus Heritage Watch"ın (CHW) son açıqlaması da gülüş doğurmaya bilmir. 

Sözügedən təşkilat iddia edir ki, guya Hadrutun "Moxrenes" (Susanlıq) kəndində yerləşən və XVIII-XIX əsrlərə aid olan  "Müqəddəs Sərkis"  "erməni kilsəsi"ni  Azərbaycan "dağıdıb", təşkilat ölkəmizi bu kilsənin "dağıdılması ilə bağlı araşdırma aparmağa çağırıb".

"Kilsənin dağıdılmasının (?) hüquqi nəticələrini nəzərə alaraq, Azərbaycan "Müqəddəs Sərkis" kilsəsi ilə bağlı planlarını, eləcə də yeni tikintinin sənədləşdirməsini ictimaiyyətə təqdim etməli, jurnalistlərə və ekspertlərə işləri qiymətləndirmək üçün kəndə daxil olmağa imkan verməlidir", - təşkilatdan bildirilib.

Guya "SkySat" peyk təsvirlərinə əsaslanan CHW 2022-ci ilin iyununa qədər kilsənin "dağıdılmasını" və ilin sonunda "naməlum tikinti işlərinin başlandığını" "sübut edib".  İddia edirlər ki, guya Azərbaycan "Müqəddəs Sərkis" kilsəsini "söküb" yerində başqasını "tikir".

Məsələ burasındadır ki, ermənilərin "Müqəddəs Sərkis" adı altında təqdim etdikləri  "erməni kilsəsi"nin onlarla heç bir əlaqəsi yoxdur.

Faiq İsmayılov: "Erməni saytı xeyli müddət əvvəl Xocavənd rayonunun Susanlıq kəndindəki abidənin 44 günlük müharibədən sonra dağıdılmadığını, abidənin hazırda salamat qaldığını sübut edən şəkil paylaşıb"

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ABŞ-ın bu təşkilatı 44 günlük müharibədən sonra bu cür yalan, əsassız bəyanatlarla çıxış edir.  

"Bu təşkilat ilk dəfə deyil ki, belə əsassız informasiyalar yayır. Hadrut işğaldan azad edildikdən sonra ardıcıl olaraq bu kimi uydurmalarla çıxış edir. 

Bir müddət əvvəl apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Hadrut qəsəbəsindən 28 kilometr məsafədə yerləşən Xocavənd rayonunun Susanlıq kəndində XVII-XVIII əsrlərdə Alban memarlığı üslubunda inşa edilən birtağlı bazilika sovetlər dövründə kəndin ərzaq anbarı kimi fəaliyyət göstərib. Son 30 il işğal dövründə abidə kənddə məskunlaşdırılmış ermənilər tərəfindən mənimsənilərək şəxsi məqsədlər üçün istifadə olunub. Bu cür qeyri-qanuni yanaşma abidənin zərər görməsinə səbəb olub", - deyə F.İsmayılov bildirib.

Onun sözlərinə görə, keçən il apardığı araşdırmaya görə məlum olub ki, abidənin arxa, sağ tərəf yan və qarşı divarlarına, abidənin landşaftına ciddi müdaxilələr edilib, abidənin mühafizə sahəsi ermənilər tərəfindən tamamilə məhv edilib. Bununla yanaşı, abidənin giriş qapısının tağı, abidənin daxilindəki tağın mərkəzi hissəsi üzərində erməni və rus dillərində adam adları, müxtəlif rəqəmlər və nalayiq ifadələr yazılıb, cənub divar sökülərək oradan pəncərə açılıb: "Bu da onu göstərir ki, Susanlıq kəndindəki bu abidənin heç vaxt ermənilərə aidiyyəti olmayıb və abidə ermənilər tərəfindən hətta son 30 ildə ibadət yeri, yəni kilsə kimi istifadə edilməyib. Bu da onu göstərir ki, Ermənistan tərəfindən yayılan məlumat dezinformasiya xarakterlidir, yalandır.

Bu məlumatın yalan olduğunu isbatlayan öncəliklə Ermənistanın "Monument Vatch" saytı oldu. Erməni saytı xeyli müddət əvvəl Xocavənd rayonunun Susanlıq (Moxrenes) kəndindəki abidənin 44 günlük müharibədən sonra dağıdılmadığını, abidənin hazırda salamat qaldığını sübut edən şəkil paylaşıb. Şəkil Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən yayılmışdı. Belə ki, yaydıqları yalanları özləri ifşa etdilər", - deyə o qeyd etdi.  

Robert Mobili: "Azərbaycan nə o kilsəni, nə də başqa kilsəni dağıdıb..."

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili də "Bakı-Xəbər"ə müsahibəsində "Müqəddəs Sərkis" kilsəsi ilə bağlı maraqlı faktlar açdı. R.Mobilinin sözlərinə görə, erməni Qriqoryan kilsəsi tərəfindən Alban kilsəsinin sonuncu katolikosu, mitropolit Serqi Qanzasar (Serqi Qanzasarski) 1828-ci ildə öldürülüb, sonra isə ermənilər Sergi Qanzasarın əsl adını gizlədərək onu` "Sərkis" adı ilə təqdim edilib.  "Birincisi, Hadrutun bütün kilsələrində olmuşam, amma sözügedən kilsədə olmamışam. Bilirsiz ki, hələ mina problemi tam olaraq həll eidlməyib və bu bir təhlükə olaraq qalır. Ermənilərin yazdığı yalanlarla bağlı informasiyalar məndə var. Ermənilərin iddia etdikləri məsələ yoxdur. O kilsələri Azərbaycan konservasiya edir, bərpa edir. Düzdür, bərpa prosesi böyük vaxt tələb edir. Azərbaycanda kilsənin dağıdılması iddiası tamamilə yalandır. Azərbaycan nə o kilsəni, nə də başqa  kilsəni dağıdıb. Bu, məsələnin bir tərəfi, ikinci də, "Müqəddəs Sərkis" adlandırılan kilsəsinin ermənilərə heç bir aidiyyəti yoxdur. Bu kilsə erməni kilsəsi deyil, birmənalı olaraq o çox qədim alban kilsəsisdir. Uzağa getmək lazım deyil. Bilirsiz, Sərkis kimdir? O, sonuncu Gəncəsər mitropoliti idi.  O kilsəni də ermənilər ləğv edib onu Eçimədzinin tabeliyinə verdilər. Bütün mənbələrdə, ədəbiyyatda onun adı Serqi Qanzasarskidir.  Ermənilər Serqi Qanzasarskinin özünü öldürdülər, sonra adını dəyişib "Sarkis" etdilər, bu kilsənin adı  alban kilsəsinin sonuncu mitropolitinin adı ilə bağlıdır. Bu özü kifayətdir. O Sərkis deyil, o sonuncu mitropolit Serqidir. Serqi Qanzasarksi Alban kilsəsinin sonuncu din xadimi idi, onu da ermənilər öldürüb. Alban kilsəsinin erməni kilsəsinin tabeliyinə keçməsinə nail olmaq üçün  onu ermənilər qətlə yetiriblər"-deyə R.Mobili vurğuladı. 

Hadrutdakı kilsələrdə olduğunu deyən R.Mobili qeyd etdi ki, o kilsələr təmizlənib, tərtəmiz saxlanılır. Azərbaycanda kilsələrin dağıdılmasından söhbət gedə bilməz deyən R.Mobili "Azərbaycan həmişə kilsələrin bərpasına xüsusi diqqət yetirir, dəstək verir. Gələcəkdə bərpaya ehtyacı olan kilsələr hamısı bərpa ediləcək. Başa düşə bilmirəm ki, ermənilər niyə yalandan hay-küy salır. Dövlət səviyyəsində gəlib kilsələrə baxmaq istəyirlərsə, gəlib baxsınlar, paralel olaraq bizə də imkan yaratsınlar ki, biz də gedib Qərbi Zəngəzurdakı abidələrimizə baxaq, monitorinq aparaq. Gedək görək Tatev monastırını nə günə salıblar. Dini baxımdan bu cür qarşılıqlı addımlara razıyam. Baxmaq istəyirlərsə gəlib bizim alban monastırlarına baxsınlar. Biz hər dəfə səfərlərin paralel olmalı olduğunu deyəndə ermənilər razılaşmırlar, qaçırlar. Qədim alban kilsələri yalnız Qarabağda və onun ətrafında deyil ki. Alban kilsələri Qazaxda, Gədəbəydə və başqa yerlərdə də var"-deyə R.Mobili əlavə etdi.

O vurğuladı ki, alban kilsələrini biz deyil, ermənilər pis vəziyyətə salıb. R.Mobilinin sözlərinə görə, elə kilsələr var ki, ermənilər orada silah-sursat və başqa şeylər saxlayıblar. "İndi onlar dağıtdıqları alban məbədlərinin məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq istəyir. Məqsəd şərləməkdir. Yaxud Ağoğlanda xaçqarları qırıb aparıblar, amma "Azərbaycan edib" deyirlər. Onlar öz cinayətlərinin  izlərini silmək üçün  bunu ediblər.

Onlar təkcə alban məbədlərinə deyil, islam abidələrinə qarşı da vandalizm törədiblər. Bizə şərait yaratsınlar gedək Ermənistanda alban kilsələrinin, məscidlərin vəziyyətinə baxaq, görək onları nə gündə saxlayıblar. Hər şey paralel olmalıdır"-deyə R. Mobili bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ