Bazar günü günü, 08 noyabr 2026
     

Makron tank göndərdi, Avropa İttifaqı "Ermənistanı gücləndirəcəyik" dedi...

Image


Abutalıb Səmədov: "Qərb dövlətləri daha çox Rusiyanı Ermənistanı cəzalandırmaqdan çəkindirməyə çalışır"

Avropa Birliyinin siyasi xətti Ermənistanı dəstəkləmək və ölkənin müqavimətini gücləndirməkdir. Bunu Aİ Xarici Əlaqələr Xidmətinin yüksək rütbəli nümayəndəsi noyabrın 13-14-də Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl müxbirin sualını cavablandırarkən deyib. Daha sonra o bildirib:

"Bizdə olan məlumata görə, danışıqlar masası üzərində sülh sazişi var, onun ətrafında əməkdaşlıq etmək lazımdır. Mən Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını yüksək qiymətləndirirəm. Azərbaycan prezidenti də Ermənistanın ərazi bütövlüyünü tanıyıb və Aİ buna böyük ümid bəsləyir. Çox təhlükəli məsələlər var: məhbuslar, sərhədlər, lakin biz hələ də müzakirə olunan, iki ölkə arasında qarşıdurma mövzusu olan məsələlərə yenidən baxmaq istəyirik. Bizim siyasi xəttimiz Ermənistanı dəstəkləmək, Rusiyanın əhəmiyyətli təzyiqi altında olan Ermənistanın müqavimətini gücləndirməkdir və bizim istədiyimiz də budur".

Çox maraqlı tendensiyadır. Bir tərəfdən Makron Ermənistana tank göndərir, digər tərəfdən isə Avropa Birliyi Ermənistanla Rusiya əleyinə gizli sövdələşmə qurur. 

Bu addımları necə izah etmək olar?

Müstəqil siyasətçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki,  44 günlük müharibə və ondan sonrakı dönəmdə Qərbin Cənubi Qafqaza yönəlik siyasəti bir neçə dəfə dəyişdi: "Ukrayna müharibəsinə qədər ABŞ və Qərb Ermənistanı dəstəkləyirdi. Bu dövrdə Qarabağa statusun verilməsi ilə bağlı dalbadal bəyanatlar verildi. Ermənistan və Qarabağ ermənilərinə ardıcıl yardımlar göstərilirdi. Ukrayna müharibəsi başlandıqdan sonra və Ermənistan Qərbin istədiyi mövqeni ortaya qoymayanda münasibət dəyişdi. ABŞ və onun müttəfiqləri gördü ki, Ermənistandan fərqli olaraq, Azərbaycan kifayət qədər müstəqil və cəsarətli xarici siyasət yürüdür. Qərb gördü ki, bölgədən Rusiyanı çıxarmaq üçün yaxşı imkan yaranıb. Üstəlik də  İranla bağlı Azərbaycanın cəsarətli mövqe sərgiləməsi, Ermənistanın isə İranla yaxınlaşması bu münasibətlərin dəyişməsində mühüm rol oynadı. Bu dönəmdə Qərb Azərbaycanın mövqeyini gücləndirmək üçün müəyyən addımlar atdı. Ortaya Vaşinqton sənədi çıxdı, Ermənistana təzyiqlər başladı. Ermənistandan  Qarabağ siyasətini dəyişməsi tələb edildi. 2022-ci ilin oktyabr ayında Putin Valdayda bəyanat verdi və Ermənistanın mövqeyini tənqid etdi. Ortaya sülh sazişi ilə bağlı layihə qoydu. Onun 15-ci bəndində deyilirdi ki, Qarabağın statusunu gələcək nəsillər müəyyənləşdirəcək. Bundan sonra Paşinyan aktiv şəkildə Rusiyanın layihəsini dəstəklədi. Soçi sammitindən sonra Paşinyan Rusiyadan öz layihəsinin arxasında durmağı tələb etdi. Rusiya həmin təklifi müzakirəyə çıxarmadı. Soçi sammitindən sonra Paşinyan anladı ki, Rusiyanın Azərbaycana təsir imkanları yoxdur. Bundan sonra Ermənistan anti-Rusiya addımları atmağa və bu yöndə bəyanatlar verməyə başladı. Hətta ABŞ-la birgə hərbi təlim də keçirdi. Sonradan Azərbaycan uğurlu antiterror əməliyyatı keçirdi və Qarabağ erməniləri bölgəni tərk etdi. Bu gün Ermənistan anti-Rusiya fəaliyyətinin öndəridir. Qərb də bu səbəbdən Ermənistana hər cür dəstək verməyə hazırdlr. BMT-nin son iki iclasında Ermənistana açıq dəstək verdilər. Ermənistana dəstək onu gücləndirmək və revanşist əhval-ruhiyəyyə salmağa qətiyyən kifayət etmir. Azərbayan qarşısında hərbi güc qoymaq şansı yaxın 10 il üçün mümkün olmayacaq.

Azərbaycanın həm də Türkiyə kimi müttəfiqi var. Paşinyan Rusiya ilə birgə olan bütün layihələri tərk etmək istiqamətində fəaliyyət  göstərir. Qərb dövlətləri daha çox Rusiyanı Ermənistanı cəzalandırmaqdan çəkindirməyə çalışır. Mümkündür ki, gələn il Qərb Ukraynanı sülh sazişinə getməyə vadar etsin. Bu da Zelenskinin sonu olacaq. Bundan sonra Rusiyanın Ermənistana güclü təzyiqi ola bilər. Qərbin məqsədi Ermənistanı həmin dönəm üçün mümkün qədər yaxşı hazırlamaqdır. Azərbaycan kifayət qədər ağıllı siyasət yeridir və öz istəyinə nail olacaq".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ