Milli Məclisdə Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüş keçirilib.
Görüş çərçivəsində parlamentlə tanışlıq və Milli Məclisin Korsika işçi qrupunun üzvləri, Bakı Təşəbbüs Qrupunun nümayəndələri ilə müzakirələr aparılıb.
Görüşdə Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Milli Məclisində yaradılan işçi qrupun üzvləri, Madaqaskar, Qvadelup, Sen-Martin, Yeni Kaledoniya, Fransız Qvianası və digər ərazilərdən olan jurnalistlər iştirak ediblər.
Deputatlar - Cavanşir Feyziyev, Azər Kərimli, Şahin İsmayılov, Tural Gəncəliyev çıxışlarında Azərbaycanın dənizaşırı ərazilərin hüquqlarının bərpası istiqamətində fəaliyyətinin davam etdiriləcəyini vurğulayıblar.
Mətbuat nümayəndələri ölkəmizin Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizədə onlara göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildiriblər.
Görüş sual-cavab və müzakirə formatında davam edib.