Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Xocalı yarasının tam sağalması yolunda bircə addım qaldı...

Image


33 il əvvəl Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

O dəhşətli gecədə 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, cəsədlər üzərində təhqiredici hərəkətlərə yol verildi. Tarixə Xocalı soyqırımı olaraq düşən həmin dəhşətli və kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildi, 487 nəfər dinc Xocalı sakini ağır yaralandı və 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bəşər tarixinə qanla yazılan Xocalı soyqırımı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verdi, bütün yer üzünü silkələməli olan faciəyə o gecə dünyanın gözü kor, qulağı da kar oldu. Ermənistanı məhşər ayağına çəkməli olan beynəlxalq birlik düz 33 ildir ki, susur.

Ermənistanın dünyanın gözü qarşısında törətdiyi Xocalı soyqırımına dünya birliyi nə dünən, nə də bu gün reaksiya verməsə də, biz bu qanlı cinayəti törədənlərin bir gün ədalət məhkəməsi qarşında cavab verəcəyinə gün kimi inanırıq.

Ulularımız əbəs yerə “qisas qiyamətə qalmaz” deyməyiblər, yaşadıqlarımız göstərdi ki, doğrudan da qisas qiyamətə qalmır, vaxtı çatanda düşməndən öc alınır. Xocalıların qisası qiyamətə qalmadı, əzizlərinin qanı tökülən torpaqda artıq yağı düşmənin çəkmələrinin səsi duyulmur, bizim öz ayaq səslərimiz eşidilir. Artıq xocalılar Xocalıya qayıdırlar, onlar öz evlərinin işığını yandırırlar, sönən ocaqlarını yenidən qalayırlar. Xocalının Ballıca kəndinə qayıdan ailələr burda rahatlıq və şadlıq içində yaşayırlar. Bu da işağlçıya, soyqırım törədənlərə göz dağı deməkdir.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, günahsız insanların qanlı faciəsinmin abidələrə köçməsi, soyqırım abidələrinin yaradılması dövlətin əsas məqsədlərdən biridir. Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır. Belə ki, Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan Respublikasının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması haqqında Sərəncam imzalayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə yaradılacaq Memorial Kompleksi dünyaya bir daha göstərəcək ki, Azərbaycan şəhərində bəşər tarixində analoqu olmayan genosid baş verib və bu cinayəti törədənlərə qarşı beynəlxalq aləm barışmaz olmalı, onların beynəlxalq trubunal qarşısına çıxarılması üçün səylərini birləşdirməlidir.

Xocalıların yarası, ağrısı o qədər dərin və dəhşətlidir ki, onun sağalacağına heç özlərinin də gümanı yox idi. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə xocalıların qan verən yarasını sağaldan hadisələrin baş verməsi onların gözlərinə işıq, dizlərinə taqət, özlərinə inam verdi. Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı qələbə nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğaldan azad olundu. Bu zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycan dövlətinin həm ərazi bütövlüyü, həm də suverenliyi tam bərpa olundu.

Əzizlərimizin nahaq qanları tökülən, qəlbi ağrıdan buzlaşmış Xocalıya əbədi bahar gəldi, düşmən nəfəsindən xilas edilmiş yurdumuzda qanayan yarası qaysaqlandı. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli bayrağımız dalğalandı. Ərazi bütövlüyümüzün və öz torpaqlarımız üzərində suverenliyimizin bərpa edilməsi, Qarabağ torpağının tamamilə azad olunması xocalıların yarasını sağaltdı.

Qarabağda qanunsuz xunta rejiminin altı-üstünə çevrildi, ləğv edildi, orda yuvalanmış separatçıların “liderləri” həbs olunaraq Bakıya gətirildi və hazırda onların məhkəmələri gedir. Separatızmdə, müharibə cinayətlərində ittiham olunan şəxslər artıq Azərbaycan məhkəməsi qarşısında cavab verir.

Xocalı cinayətkarlarının bir qusmi layilqi cəzasına çatıb. Xocalıda azərbaycanlılara qarşı soyqırım törədənlər uzun illər cəzasız qalsalar da, onlar artıq məsuliyyətdən yaxa qurtara bilmirlər.

Əlbəttə, qarşıdakı dövrdə Xocalı soyqırımını törədənlərin beynəlxalq trubunal qarşısına çıxarılması da baş verəcək. Hər daşına, hər qayasına qan çilənən Xocalını işğaldan azad edən və xocalıların qırılmış ümidlərini geri qaytaran, öləziyən inamlarını yenidən onlara bəxş edən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Xocalı caniləri beynəlxalq tribunalda, beynəlxalq məhkəmələrdə mütləq mənada cavab verəcəklər. Azərbaycan Prezidentinin bu yöndə atdığı addımlar onu deməyə əsas verir ki, Xocalı canilərinin öz haqlı cəzalarına çatacaqları gün uzaqda deyil. Biz Xocalının işğaldan azad edildiyi, xocalıların qisasının alındığını gördüyümüz kimi, canilərin də məhşər ayağına çəkiləcəyini görəcəyik. Bütün dünya bunun şahidi olacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ