Bazar ertəsi günü, 26 oktyabr 2026
     

USAID-in Tramp administrasiyasına müqaviməti iflasla bitdi...

Image


Donald Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dünya boyu çalışan işçilərinin əksəriyyətini məzuniyyətə göndərdiyini və ABŞ-dakı 2000 iş yerini ləğv etdiyini elan edib. Bu hal prezident Donald Tramp və onun xərcləri azaltmaqda müttəfiqi olan İlon Maskın federal hökumətin miqyasını kiçiltmək məqsədilə atdığı ən böyük addımlardan biridir.

Qərar federal hakimin administrasiyanın ABŞ və dünya üzrə minlərlə USAID işçisini işdən kənarlaşdırmaq planını həyata keçirməsinə icazə verməsindən sonra verilib. ABŞ Dairə Hakimi Karl Nikols hökumətin bu planının müvəqqəti dayandırılmasını tələb edən işçilərin iddiasını rədd edib.

USAID işçilərinə göndərilən bildirişlərdə deyilir: “23 fevral 2025-ci il saat 23:59-dan etibarən, əsas vəzifələr, əsas rəhbərlik və ya xüsusi təyin olunmuş proqramlar üçün məsul olan heyət istisna olmaqla, USAID-in birbaşa işə götürülən bütün işçiləri qlobal miqyasda inzibati məzuniyyətə göndəriləib”. Agentlik eyni zamanda ABŞ-da 2000 iş yerini ləğv edəcək işçi sayının azaldılması prosesinə başlayıb. Bu, o deməkdir ki, USAID-in hazırda məzuniyyətə göndərilən Vaşinqtondakı işçilərinin çoxu tezliklə işlərini itirəcək.Tramp tərəfindən təyin edilən və hazırda USAID-i idarə edən administrator müavini Pit Marokko xaricdə olan USAID işçiləri və onların ailələrinin səyahətlərini təşkil etmək məqsədilə, əsasən ABŞ-da çalışan təxminən 600 işçinin hələlik işdə saxlamağı planlardırdığını bildirib. Bununla da, Vaşinqtondakı qərargahını bağlamaq və bütün xarici yardımları dondurmaq cəhdindən sonra bütün dünyada minlərlə yardım və inkişaf proqramlarına son qoymaq da daxil olmaqla agentliyin ləğvi yolunda bir aydır davam edən səylər güclənir. Tramp və Mask USAID-in fəaliyyətini israfçılıq hesab edir və onun liberal gündəmi irəlilətdiyini iddia edirlər. Dövlət qulluqçularının həmkarlar ittifaqları, USAID podratçıları və digər maraqlı tərəflər tərəfindən açılan məhkəmə iddialarında deyilir ki, Konstitusiyaya görə, administrasiya qanunvericilərin təsdiqi olmadan müstəqil bir agentliyi və ya Konqres tərəfindən maliyyələşdirilən proqramları ləğv etmək səlahiyyətinə malik deyil. Tramp administrasiyasının bu səyləri ABŞ-ın uzun illərdən bəri xaricdə yardım və inkişaf işlərinin regional sabitliyi və iqtisadiyyatı gücləndirməklə bunun milli təhlükəsizliyə xidmət etdiyi və beynəlxalq nüfuz qazanmaq üçün “yumşaq güc” vasitəsi olduğuna dair siyasətini alt-üst edir. İşdən çıxarılma və inzibati məzuniyyət bildirişlərindən əlavə, ötən həftə yüzlərlə USAID podratçısına adları qeyd edilməyərək, işdən çıxarıldıqlarına dair məktublar göndərilib. İşçilər qeyd edirlər ki, USAID podratçılarına göndərilən bu ümumi bildirişlərdə ad və vəzifələrinin qeyd edilməməsi, işdən çıxarılan işçilərin işsizlik müavinəti almasını çətinləşdirə bilər.

USAID ilə bağlı ikinci məhkəmə işində isə başqa bir hakim xarici maliyyələşdirmənin dondurulmasını müvəqqəti dayandırıb və ötən həftə administrasiyanın onun məhkəmə qərarına baxmayaraq, yardımları saxladığını bildirib. Hakim administrasiyaya dünya üzrə proqramlara maliyyənin ən azı müvəqqəti bərpa olunmasını əmr edib. Amma Tramp hökuməti bua qarşı da mübarizəni davam etdirir. Məsələ burasındadır ki, USAID-in getdikcə dünya üzrə yeni cinayətləri üzə çıxarır. Buna daha bir misal USAID-in Qərbi Balkan regionunda fəaliyyətidir. Agentliyin təkcə 2020-2024-cü illərdə region ölkələrində 1,7 milyard dollar xərclədiyi bildirilir. USAID qeyd olunan illərdə Serbiyada 209 milyon dollar, Bosniya və Herseqovinada 402 milyon dollar, Şimali Makedoniyada 290 milyon dollar, Monteneqroda 77 milyon dollar, Albaniyada 189 milyon dollar və Kosovoda 537 milyon dollar xərcləyib.

ABŞ rəhbərliyi ötən dövrdə USAID və Demokratiya üçün Milli Fondun (NED) xətti ilə Serbiyadakı müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirib, bir çox qurumlara və layihələrə donor olub. USAID Serbiyada iş yerlərində müxtəliflik, bərabərlik və inkluzivlik proqramlarının inkişaf etdirilməsi layihələrinə isə 1,5 milyon dollar sərmayə yatırıb. Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç deyib ki, USAID tərəfindən maliyyələşdirilən qondarma araşdırma mediası sistemli şəkildə ölkəyə böyük ziyan vurub: “İndi aydın oldu ki, müstəqil media deyə bir şey yoxdur. Həmin media orqanları və orada işləyən insanlar kifayət qədər asılı idilər. Onlar sadəcə olaraq ABŞ administrasiyasından asılı idilər. Vəziyyəti daha da pisləşdirmək üçün Amerika vətəndaşları tərəfindən seçilən ABŞ administrasiyasına deyil, dərin dövlət adlandırılan administrasiyaya bağlı idilər”. O bildirib ki, ABŞ rəsmiləri belə bir tələb irəli sürərsə, Serbiya USAID-in bu ölkədə xərclədiyi vəsaitlərin təyinatını araşdıracaq. USAID Bosniya və Herseqovinada da bu cür “layihələri” maliyyələşdirib. Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik deyib ki, USAID Bosniya və Herseqovinada sabitliyi pozmağa çalışıb, media və qeyri-hökumət təşkilatlarını maliyyələşdirilməsinə 402 milyon dollar xərcləyib. O, 40 min nəfərin USAID-dən maliyyə vəsaiti alması barədə məlumatı olduğunu bildirib, serb səlahiyyətli qurumlarının agentliyin kimi və necə maliyyələşdiyini araşdıracağını vurğulayıb: “USAID uydurma bədxassəli təsirlə mübarizə adı altında ABŞ-ın hazırkı Prezidenti Donald Trampa qarşı mübarizəni maliyyələşdirmək üçün Amerika xalqının pulundan istifadə edib. Onlar özlərini sülh və insan haqları uğrunda döyüşçü kimi təqdim etsələr də, əslində amerikalı vergi ödəyicilərinin pullarını soyurdular və mədəniyyətimizi, inancımızı və ənənəmizi alçaltmağa cəhd edən təbliğata sərmayə qoyurdular”. Slovakiyanın baş naziri Robert Fitso isə bəyan edib ki, hökumət ABŞ-dan USAID-in bu ölkədə qeyri-hökumət təşkilatlarına və media orqanlarına ayırdığı qrantlar barədə məlumat almaq istəyir: “Danılmazdır ki, USAID-in vəsaitləri Slovakiyada siyasi məqsədlər - siyasi sistemi pozmaq və müəyyən siyasi partiyalara üstünlük vermək üçün istifadə edilib”. Xatırladaq ki, USAID 120-dək ölkədə humanitar, səhiyyə və digər proqramlara nəzarət edib. Agentlik təkcə 2023-cü ildə ümumi ayırmalarla 40 milyard dollardan çox vəsaiti idarə edib.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ