Son 30-40 il ərazində İslamla bağlı xeyli tədqiqat aparılıb. Trend-in məlumatına görə, bu barədə TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin araşdırmalar islamofobiyanı tam olaraq tədqiq edə bilməyib.
"Biz ilk növbədə medianın islamofobiyanı necə qələmə aldığını diqqətə almalıyıq. Təəssüf ki, bu gün dünyada islamofobiya geniş vüsət alıb. Ona görə islamofobiyadan danışarkən həm də əsas səbəblərdən danışmalıyıq ki, onlar dərin kök salmış inanclar üzərində qurulub", - deyə o, əlavə edib.