TANAP ilə Xəzərdən əlavə təbii qazın beynəlxalq bazarlara çatdırılması üçün səylərimizi artırmalıyıq.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) XİN rəhbərlərinin iclası zamanı bildirib.
"Bakı-Tbilisi-Ceyhan neft boru xətti və TANAP kimi genişmiqyaslı enerji layihələrini birlikdə həyata keçirdik. TANAP ilə Xəzərdən əlavə təbii qazın beynəlxalq bazarlara çatdırılması üçün səylərimizi artırmalıyıq. Azərbaycanlı və türkmən qardaşlarımızla imzaladığımız Anlaşma Memorandumu bu baxımından çox vacibdir”, - deyə o əlavə edib.