İslamofobiya artıq inanılmaz dərəcəyə çatıb. Trend-in məlumatına görə, bu barədə Wilfrid Laurier Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda bu gün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, müsəlman qadınlardan siyasi kampaniyalarda mənfur şəkildə istifadə edilir.
“Artıq hicab geyinən qadınlar arzuolunmaz vətəndaş kimi qələmə verilir. Qadın azadlıqları multikulturalizm siyasətinə qurban verilir. Müsəlman qadınlar sanki Qərb üçün təhlükə sayılır”, - deyə o əlavə edib.