çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan hakimiyyəti ilə Rusiya erməni diasporunun savaşı başladı...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan erməni əsilli bəzi Rusiya vətəndaşlarının Ermənistana girişinin niyə qadağan edildiyini açıqlayıb. Söhbət Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanov və “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyandan gedir. Onlar Ermənistana  girişlərinə qadağa qoyulmasından şikayətləniblər.

Nikol Paşinyan sonuncu mətbuat konfransında ilk dəfə olaraq təsdiqləyib ki, həqiqətən də bu şəxslərin Ermənistana girişi qadağandır. Belə ki, Paşinyan Simonyanın ölkəyə giriş qadağasının səbəbləri ilə bağlı sualı cavablandırarkən bildirib: “Onlar xalqın seçdiyi hökumətə hörmət etməyə borcludurlar. Əgər bu insanlar yaşadıqları ölkələrdə Ermənistanla etdiklərinin 1%-ni etsəydilər, vizasız evlərinə gedə bilməzdilər”. Paşinyan Zatulinin ötən il dərc olunmuş və deputatın təhlükəsiz dəhlizin təmin edilməsindən danışdığı müsahibəsinə də işarə edib: “İnsanlar çıxıb deyirlər ki, Ermənistan dəhliz vəd edib və bu dəhlizi təmin etməlidir. Bu, ermənipərəst mövqedirmi?”. Xatırladaq ki, ötən il “Yerkir Media” telekanalına müsahibə verən Zatulin Nikol Paşinyanı Ermənistan ərazisindən “dəhliz” açmaq üçün sənəd imzalamaqda ittiham edib. Marqarita Simonyan Paşinyanın fikirlərinə cavab olaraq yazıb ki, o heç vaxt “hər hansı dəhliz haqqında heç nə deməyib”, Paşinyanın özü haqqında isə danışacaq. Xüsusilə onu “erməni xalqının xaini” və “namus və vicdanı olmayan xaç çarpayısı” adlandırıb. Simonyan Paşinyanın "arzuolunmaz şəxslər"lə bağlı sözlərinə reaksiya verərkən daha sonra qeyd edib: “Hazırkı iqtidarın hakimiyyəti dövründə Ermənistana səfər etmək niyyətində deyiləm. Mən heç vaxt heç bir dəhlizlə bağlı heç nə deməmişəm, amma Paşinyan haqqında şəxsən demişəm və deyəcəm də. O, erməni xalqına qarşı satqınlıq edib, ölkəni satıb, sata biləcəyi bütün erməni maraqlarını satıb. Paşinyan Rusiyaya nifrət edir və Putini aldadır”. Simonyan iddia edib ki, bu sözlərinə görə onu Ermənistana buraxmayıblar: “Qadağa məni çox da narahat etmir. Onsuz da Ermənistana getmirdim. İndiki hökumət dövründə heç bir halda Ermənistana getməzdim. Amma mənim girişimə icazə verilmədiyinə dair ifadə utancvericidir. Hörmətsizliyə görə məni ölkəyə buraxmırlar. Onu deyim ki, hörmətsizliyi hələ qazanmaq lazımdır. Beləliklə, sözünüzü düzəldin. Marqarita Simonyanın Ermənistana girişi indiki hakimiyyətdən iyrəndiyi üçün qadağan edilib”. Erməni əsilli rusiyalı jurnalist, media meneceri, “News Media” media şirkətinin rəhbəri Aram Qabrelyanov isə “Facebook” səhifəsində Ermənistan hakimiyyətini məhkəməyə verdiyini bildirib.  

Xatırladaq ki, Qabrelyanov ötən həftə Ermənistana buraxılmayıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Viktor Soqomonyan bildirib ki, o, təhsil müəssisəsinin təşkilatçılığı ilə jurnalistika üzrə ustad dərsi keçmək üçün bir günlük ölkəyə gəlib: “Aeroportda onun sərhədi keçməsinə icazə verilməyib. Qabrelyanova bildiriblər ki, o, Ermənistanda arzuolunmaz şəxsdir və ölkədə sabitliyi poza bilər”. O qeyd edib ki, Qabrelyanov növbəti reyslə Moskvaya qayıdıb. Məsələ ilə bağlı Qabrelyanov bildirib: “Əvvəlcə Ermənistanda tanınmış vəkil Aram Vardevanyana müraciət etdim. Onun hüquq bürosu əcdadlarımın vətəninə səfərimə qadağa qoyulması ilə bağlı məhkəmədə Ermənistan hakimiyyəti ilə davada  mənim maraqlarımı müdafiə edəcək. İkinci iddia isə şəxsən Paşinyana qarşıdır, o sübut etməsə ki, mən nə vaxtsa Ermənistanda Zəngəzur dəhlizinin yaradılmasını tələb etmişəm, onda Nikol əfəndi buna görə cavab verməli olacaq. Mən məhkəmədə sübut edəcəm ki, Nikol fırıldaqçı olub və olaraq da qalmaqdadır. Üçüncüsü, Ermənistan əhalisinin 80 faizindən çoxu seçilmiş baş nazirə hörmətsizlik edir və hakimiyyət onları da öz vətənlərinə buraxmayacaq? Siz hakimiyyətin ünvanına ictimai söyüş söyə bilməzsiniz. Sevinirəm ki, Nikol türk dərvişlərinin əməllərini bilir və ermənilərin fikirlərini oxuya bilir!”. Bu ilin yanvarında isə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Nikol Paşinyanın ünvanına ittihamlar səsləndirib. Zatulin “Qovorit Moskva” radiosuna bildirib ki, Avropa ölkələri və ABŞ münaqişənin həllində erməni tərəfinə kömək etmək niyyətində deyil, amma Nikol Paşinyan Rusiya kimi müttəfiqini onlara dəyişir: “Paşinyan hakimiyyəti manevr edir. Ermənistan açıq şəkildə müttəfiqlərini dəyişməyə çalışır. Rusiyanı Qərblə əvəzləyir”.

Zatulinin sözlərinə görə, Ermənistan hökuməti bir tərəfdən, Qarabağdakı vəziyyətin nizamlanmasının Rusiya variantını qəbul etmək istədiyini bəyan edir, digər tərəfdən isə KTMT-də fəal iştirak etməməkdən danışır. Bunlar açıq şəkildə müttəfiqlərini dəyişməyə çalışan Paşinyan hakimiyyətinin manevrləridir. Rusiyanın əvəzinə Qərb. Və bu anonsların eyni vaxtda verilməsi Ermənistan hakimiyyətinin oynamasından xəbər verir”. Bütün bunlar göstərir ki, Ermənistanın indiki hakimiyyətinin Rusiyada erməni diasporu və lobbi qüvvələri ilə münasibəti kəskin pisləşir. Tərəflər bir-birinə qarşı artıq radikal mövqe sərgiləyir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ