çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İranın Azərbaycana ideoloji təxribatlarında mənasız "Kərimə dövlət" "nəzəriyyəsi"...

Image


İslam İnqilabı Qvardiyasının xarici əməliyyatlar qolu olan “Qüds” qüvvələrinə bağlı “Hüseyniyun” terror qruplaşması “Kərimə dövlət” adlı kitab nəşr etdiyini elan edib. Bu barədə ArazNews.az Teleqram kanalında məlumat yayılıb.

Bu kanal yazır ki, sözdə bu kitabın müəllifi Azərbaycanda İslami idarəçilik diskursunu müvafiq açar sözü olan “Kərimə Dövlət”lə izah edir. Lakin sözdə kitab olaraq təqdim edilən və əslində qalın bir broşür olan bu cızmaqara Şuubilik düşüncəsinə aid bir sıra şüar və illüziyalardan başqa heç nə ehtiva etmir.

Qeyd edilir ki, şiəlik məzhəbini fars etnik maraqlarına saxtalaşdırmış Şuubilik ideologiyasının illüziyalarını təkrarlamaqdan başqa heç bir məzmunu olmayan bu qondarma kitab sadəcə terror qruplaşması olan “Hüseyniyun” və onun ərbabı olan İran İslam Respublikasının Azərbaycanda hansı məqsədlərin peşində olduğunu anlamaq üçün əhəmiyyətlidir.

“Qumda məskunlaşan “Hüseyniyun” terror qruplaşması və onun rəhbərləri əsasən qondarma “Talış-Muğan Muxtar Respublikası”nın qalıqları, din və məzhəb örtüyü altında fars milliyyətçiliyi mənafeyinə uyğun olaraq İranda hökmranlıq edən mürtəce və orta əsr faşizmini Şimali Azərbaycana da yaymaq istəyirlər”-deyə ArazNews.az-da qeyd edilir.

  • “Kərimə dövlət” (i) nədir? 

Son dövrlər “Kərimə dövlət” ifadəsi İranın ideoloji təxribat müstəvisində tez-tez işlədilir.

Mətbuatda qeyd edilir ki, belə adla tarixdə heç bir dövlət, nəzəriyyə, ya hansısa bir dini-siyasi cərəyan olmayıb və azı rast gəlinmir.

Ekspertlər hesab edir ki, bu tamamilə utopik bir cərəyandır və sırf Tehran rejiminin Azərbaycana qarşı təxribatçı planlarının bir hissəsini təşkil edir.

Mətbuatda gedən bir yazıda qeyd edilir ki. “Kərimə dövlət”i ifadəsi İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən İftitah duasında işlənib. Yazılanlara görə, həmin duada Allahın “İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəyi” Kərimə dövləti şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin “böyük qeybətdən” sonra zühur edəcək İmam Mehdi tərəfindən qurulacağı bildirilir…

Bunlar mətbuatda yazılanlardır və təbii, utopik, reallığa söykənməyən bir məsələdir ki, Tehran rejimi bundan istifadə edib “Hüseyniyun” terror təşkilatının vasitəsilə öz çirkin məqsədlərini açıqlayır.

  • “Bunlar özlərindən qondarma bir ideologiya uydurublar”

Mövzu ilə əlaqədar Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, hazırda Türkiyədə yaşayan Güney azərbaycanlı ictimai-siyasi fəal Məcid Cavadi Araz “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şiəlikdə mövcud olan inanca görə axırzamanda 12-ci imam həzrəti Mehdi gələcək və yer üzündə ədalətli bir hakimiyyət quracaq, bütün dünyanı qurtaracaq: “12-ci imama bəşəriyyət aləminin qurtarıcısı deyirlər. Şiə inancına görə, bəşəriyyət aləminin xilaskarı gəlib bir dövlət quracaq  və bütün insanlığı qurtaracaq, onlara nicat verəcək, ondan sonra qiyamət olacaq. Deyirlər onun quracağı dövlətin adı “Kərimə dövlət”idir. Bu məsələdə bəzi rəvayətlərə və hədislərə dayanırlar. Bildiyim qədər Quranda belə bir şey yoxdur, belə bir dövlətdən söhbət getmir. Bu imamların, səhabələrin, mücteyitlərin rəvayətlərinə dayandırılır. Bunlar özlərindən qondarma bir ideologiya uydurublar”.

Məcid Cavadi Araz “Bildirim ki, “Kərimə dövlət”i kitab adlandırmaq olmaz bu cızmaqaradan, çürük düşüncələrdən ibarət bir kitabcıqdır, cüzvədir. Əslində, bu kitabçada yeni bir şey yoxdur, həmişə danışdıqlarıdır.  “Kərimə dövlət”in “Hüseynyun” terror təşkilatı tərəfindən Qum şəhərində çap olunması bir daha təsdiqləyir ki, bunlar İranın, SEPAH-ın və onun “Qüds” qüvvələrinin bilavasitə dəstəyi ilə hərəkət edirlər.  Bu bunun açıq təsdiqidir. Kitabçanın isə əsas mahiyyəti budur ki, bunlar Tehran rejiminin dünya görüşünü Azərbaycan üçün bir “model” olaraq təqdim edirlər, hamısını Azərbaycana tətbiq etməyi formullaşdırırlar. O da nədir? Qurandan ayələr gətirirlər ki, hakimiyyət yalnız Allahındır, başqa heç kimə aid deyil. Sonra ayələr gətirirlər ki, Allahın da yer üzündəki təmsilçisi Peyğəmbər və Əhli-beyt idi. Bunlar ayələri istədikləri kimi təfsir edirlər, onları təhrif edirlər. Əslində, ayələrdə olmayan şeyləri deyirlər, ayələrə şərh gətirirlər, onların mahiyyətini yanlış təqdim edirlər. Sonra da yorum çıxarırlar ki, dünyadakkı hakimiyyət  12 imamın sonuncusu olan Mehdiyə məxsusdur, onun “təmsilçisi” hazırkı “imam”dır, o “imam” da Xamneidir. Dolayısı ilə Xamneini “Allahın yer üzündəki təmsilçisi” kimi qələmə verilir, guya ona “itaət” etmək Allahın “əmridir”. Söz azadlığını, insan haqqları və azadlığını, millət, xalq anlayışını, deomokratiyə və s inkar edirlər, “bunun söhbəti belə gedə bilməz” deyirlər.  Xamneinin düşməni olan bütün xalqlar, dövlətlər, rejimlər hamısı “tavut”durlar. Tavutla da ki, Quran hökmünə görə cihad etmək, savaşmaq, öldürmək, ya məğlub etmək lazımdır. Dünya görüşləri bundan ibarətdir. Bunlara görə hazırda İranda “Kərimə dövlət”i var, bunu şiə toplumlarına yaymaq lazımdır, ən başda isə Azərbaycan gəlir. Bunlara görə, Azərbaycan şiəliyin vətənidir və ondan sonra “şiə hilalı” dedikləri “hilal” üzrə “Kərimə dövlət”ı “qurulmalıdır”, bundan sonra islam dünyasına, daha sonra isə dünyaya “yayılmalıdır”. Yəni bunların düşüncəsi belədir. Bunların düşüncəsində 12-ci imam bütün bəşəriyyət aləminin qurtarıcısıdır, onun da yer üzündəki “nümayəndəsi” Xamneidir. “Hüseynyun”un adamları Orxan Məmmədov, Tohid İbrahimbəyli və başqaları yutub, teleqram kanallarında bunu sıx-sıx dilə gətirirlər ki, bizim davamız eyni zamanda “İran mədəniyyəti” davasıdır, “Kərimə dövlət”in dili “fars dili olmalıdır”, bunun mərkəzində “İran dayanmalıdır”. Orxan Məmmədovun belə bir deyimi var: “Bizim davamız İran mədəniyyətinin Turan “vəhşiliyinə” qarşı mücadiləsidir”. Bu onun yazılarında var. Bunlar istəyirlər ki, şiəliyi eyni zamanda farslıq və fars mədəniyyəti əsasında dünyada yaratmaq, yaymaq istəyirlər”-deyə bildirdi.

M.C.Araz qeyd etdi ki,  bunların nəzəriyyəsi şuubilik təriqətinə dayanır, bu da fars milliyyətçiliyinin köküdür, Abbasi sarayından min ildən bəri gələn təriqətdir. “Bunlar fars şiəliyini ərəb sünniliyinə qarşı qoyan bir təriqətdir. Şiəliyi farslığın xidmətinə gətirməyə çalışırlar, bu “nəzəriyyə” həmin “nəzəriyyə”dir. Digər məqam odur ki, bunların məsul şəxsləri, başçıları “Talış Muğan Respublikası”nın tör-töküntüləridir. Tohid İbrahimbəylinin də bunlarla yaxınlığı var. Bunların başçıları separatçılardır, eyni zamanda şuubiçi və şiədirlər. Keçmişdə də Əlikram Hümbətovla bağlı yas məraimi keçirdilər. Onun yasına Moskvadan separatçı Zabil Məhərrəmov da gəldi, oradan başqa separatçılar da çağırıb gətirdilər. Əslinə qalanda bunlar “Kərimə dövlət”i adı ilə fars sistemi qurmaq istəyirlər, amma üzünə şiə, islam örtüyü çəkirlər. Bunlar bu kitabda yazılmasa da, daim bunu özləri hər yerdə deyirlər”-deyə M.C.Araz qeyd etdi.

Əli TURABOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ