çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistanda kütləvi insan haqları pozuntusuna Qərbdən susqun münasibət... - MÜSAHİBƏ

Image


Hayastan (Ermənistan) insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğu bir ölkədir. Haqlı olaraq qeyd edilir ki, Hayastanda elə bir sahə yoxdur, orada hüquq pozuntusu olmasın. Bir sözlə, qonşu ölkədə bütün müstəvilərdə hüquq pozuntuları geniş miqyasdadır. Bunu Hayastanın müxtəlif insan hüquqları təşkilatları, fondlar, qurumlar etiraf edir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Hayastanla bağlı çox məzmunlu araşdırma aparıb. Bəzi rəqəmlərə və məqamlara  diqqət yetirək:

Ötən ilin yekunlarına əsasən, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluğa daxil olub. Bu dövr ərzində Ermənistandan 1250 ərizə daxil olub ki, bu da verilən ərizələrin ümumi sayının 1,7%-ni təşkil edir. 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub.

2022-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı 31 ərizə üzrə 21 qərar çıxarıb və onların hamısında ən azı bir pozuntu aşkar edib. Qeyd olunur ki, ən çox pozulan hüquqlar azadlıq və şəxsi toxunulmazlıq hüququ və qeyri-insani və ləyaqəti alçaldan rəftardan qorunmaq hüququdur. Azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ,  mülkiyyətin müdafiəsi hüququ da Ermənistanda vaxtaşırı pozulur. Erməni hüquq müdafiəçisi Larisa Alaverdyan da qeyd edir ki, ölkədə həmişə olduğu kimi insan hüquqlarının pozulması davam edir. O bildirib ki, əgər hakimiyyət artıq hüquq atmosferinin dəyişdiyini elan edirsə, o zaman emosional yanaşmalarla çıxış etmək yox, hüquq normalarına riayət etmək lazımdır: “Lakin buna əməl edilmir. İndiki hakimiyyət əvvəlki hakimiyyətlərin səhvini təkrarlayır. Hüquqi dövlətin təşəkkülü yollarını tapmaq lazımdır. Son vaxtlarda bir çox hay-küylü həbslər insan hüquqlarının pozulması ilə müşayiət olunur. Risq var ki, dövlət yenə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları üzrə kompensasiya ödəməli olacaq”. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı da əslində sözügedən ölkədə acınacaqlı vəziyyətdən xəbər verir. Qeyd edək ki, hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub. Hesabatda qeyd edilib ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətləri görməzdən gəlinir. Bildirilib ki, xüsusən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”...

Bu ifadələr, rəqəmlər, sitatlar Qrupun araşdırmasından götürülüb.

  • “Həm o beynəlxalq təşkilatlardakı ermənipərəst qüvvələrin, həm erməni lobbisinin səyləri nəticəsində Ermənistanda insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına göz yumulur”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə əlaqə saxlayıb ona bu kontekstdə müəyyən suallar ünvanladıq.

- Novella xanım, Ermənistanda bu qədər insan haqları pozulur, necə olur ki, müxtəlif beynəlxalq təşkilatlar Ermənistanı birmənalı şəkildə müdafiə edirlər?

- Təkcə beynəlxalq təşkilatlar onları müdafiə etmir ki. Bizim hesabatdan sonra içimizdə olan bəzi şəxslər, eləcə də xaricdəki Azərbaycan vətəndaşları arxamızca yüz söz danışırlar, bizi tənqid edirlər. Biz bu hesabatı hazırlamışıq ki, dünya Ermənistandakı vəziyyəti görsün və bilsin ki, bu ölkədə bütün sahələrdə çox dəhşətli hüquq pozuntuları var, insanların hüquq və azadlıqları kobud şəkildə pozulur, tapdalanır. Əslində, biz harada olmağımızdan asılı olmayaraq birləşib bu faktları dünyanın hər yerinə çatdırmalıyıq. Amma çox təəssüf ki, içimizdə olanların bəziləri beynəlxalq qurumların diqqətini Azərbaycana yönəldirlər.

- Nə mənada yönəldirlər?

- Yalandan iddia edirlər ki,  guya Azərbaycanda insan haqları pozulur, onun üçün də Xankəndidəki ermənilər Azərbaycanda qalmaq istəmirlər. Guya Azərbaycanda insanları öldürürlər, asırlar və sair. Biz buna iftira deyirik, bu iftiradır. Ermənistandakı vəziyyətlə bağlı hesabat hazırlamaqla biz göstərdik ki, orada vəziyyət hansı şəkildə acınacaqlıdır. Beynəlxalq təşkilatlar yalandan iddia edirlər ki, guya Azərbaycanda insan haqları pozulur. Bəs niyə Ermənistandakı dəhşətli vəziyyət haqda bir söz demirlər? Ermənistanda insan haqları pozulur, insanları öldürüb körpünün altına atırlar, vətəndaşları təqib edirlər, jurnalistlərə təzyiq göstərirlər, onları həbs edirlər, onlara işgəncə verirlər, qəzetləri bağlayırlar. Beynəlxalq təşkilatlar niyə bu barədə danışmır?   

- Biz də səbəbini sizdən soruşuruq. Ordakı insan haqları və demokratiyaya zidd proseslərə heç vaxt konkret münasibət bildirmirlər, onu təftiş etmirlər, əks mövqe göstərmirlər, niyə, səbəb nədən ibarətdir?

- Bunun səbəbi çox sadədir və aydındır, beynəlxalq təşkilatlar, Qərb dünyası 30 ildir ki, Ermənistanın tərəfindədədir, onu müdafiə edir. Bu təşkilatlarda ermənipərəstlik çox güclüdür. 30 il torpaqlarımız işğalda qaldı, bir dəfə də olsun o beynəlxalq təşkilatlardan hansısa bizim tərəfimizi tutdu? Xeyr, tutmadı. Bir məsələni də deyim, Ermənistanda olan bu cür ciddi hüquq pozuntularına beynəlxalq təşkilatların reaksiyasız qalmasının səbəbi  hökumətlə hüquq müdafiə təşkilatlarının, cəmiyyətin bu məsələdə birgə işləməsidir. Onlar çalışırlar ki, Ermənistanda baş verən ciddi hüquq pozuntuları beynəlxalq təşkilatlara gedib çıxmasın, gedib çıxsa da orada erməni lobbisi dərhal işə keçir. Həm o beynəlxalq təşkilatlardakı ermənipərəst qüvvələrin, həm erməni lobbisinin səyləri nəticəsində Ermənistanda insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına göz yumulur. Ermənistanın bu məsələdə müxalifəti də, iqtidarı da bir nöqtədən çıxış edirlər ki, diqqəti ölkələrindən yayındırsınlar, Azərbaycanı pisləsinlər. Bizdə isə öz vətəndaşlarımız nə baş verdi, vermədi tez beynəlxalq təşkilatlara çatdırırlar. Amma Ermənistanda erməni lobbisi ilə erməni cəmiyyəti bir işləyir.

30 il bizim probemlərimizi görməzdən gəldilər, problemimizi həll edən olmadı. Bu səbəbdən də deyirəm ki, öz problemimizi özümüz həll etməliyik.

- Əlbəttə, Azərbaycana qarşı həmişə qərəzli münasibət olub və onlar ermənilərin tərəfini tutublar...

- Təsəvvür edin ki, Ermənistanda bu qədər problem olduğu halda bizi tənqid edirlər. Bir beynəlxalq təşkilat Ermənistana bir söz demir ki, sən niyə Azərbaycana qarşı müharibəyə hazırlaşırsan? Bir adam soruşmadı ki, niyə Xocalıda genosid törətmisən? Xocalıda ermənilər genosid törədib. Amma bunu dilə gətirən olmadı bizdən başqa...

Bizim hesabatda yer alan məsələlərin hamısı faktdır, onları bizə ermənilərin öz içindən veriblər. Baxın, Fransa özü Korsikaya öz dilində danışmağa qadağa qoyub. Bu halda Makron mənim işimə necə qarışa bilər? Bizim hər yanımız düşməndir. Türkiyədən başqa dostumuz yoxdur. Mən dövlətə də, xalqa da müraciət edirəm ki, birləşək, bir olaq özümüzü qoruyaq. Bir tərəfimiz erməni, bir tərəfimiz rus, bir tərəfimiz İran...İran ermənidən faşistdir. Özümüz bir-birimizi dəstəkləməli, özümüzü müdafiə etməli qorumalıyıq. Üç Cənubi Qafqaz ölkəsinin içində ən demokratik dövlət Azərbaycandır. Baxın, görün Gürcüstanda Saakaşvilini nə günə qoyublar? Saakaşvili Gürcüstanı korrupsiyadan qurtaran adamdır. Ermənistandakı vəziyyət də hər kəsə məlumdur.

Biz bu hesabatı hər yerə göndərəcəyik. Ermənistanı təkcə biz yox bütün dünya tənqid etməlidir. Dünya onu da görməlidir ki, Azərbaycan stabilliyi saxlayan dövlətdir və müharibədən sonra da stabillik mövcuddur, bizim ölkədə insanların rahat yaşaması üçün münbit şərait var. Biz torpaqlarımızı azad etdik, bizim xalqımız ac qalmağa razı olardı, amma torpaqlarını işğalda saxlamazdı, biz çox vətənpərvər xalqıq...

Leyla QARAXANLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ