çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İran ədliyyəsi səfirliyimizdə terrorla bağlı xəbər yaydı, ancaq heç nə demədi...

Image


“Azərbaycan səfirliyinə hücum edən şəxsin işi üzrə istintaq davam edir”. Azad İran Teleqram kanalının yaydığı məlumata görə, bunu İranın ədliyyə orqanının sözçüsü Məsud Setayişi deyib.

Onun sözlərinə görə, Azərbaycan səfiliyinə hücum edən şəxsin işinə olan həssaslıq və xüsusi diqqət baxımından Tehran Baş Prokurorluğunun ixtisaslaşdırılmış sahəsində məsələyə baxılır. İstintaq davam edir. Nəticə əldə olunan kimi məlumat veriləcək.

Molla rejiminin obyektivliyinə inanmaq olarmı?

İndiyə qədər aydınlaşan hər hansı bir məsələ olubmu? Hər şey aydın şəkildə ortada olduğu halda niyə Tehrandan konkret şəkildə ortada açıqlama yoxdur, aydınlaşmayan nədir? Qeyri-müəyyən olan nədir? Niyə indiyə qədər onlar Azərbaycanla əməkdaşlıq etməyiblər?

  • “...Həmin hadisənin üzərindən bu qədər uzun müddət keçibsə, o  nəticəyə gəlmək olmazmı ki, Tehran prokurorluğu öz işinin öhdəsindən gələ bilmir?”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələdə Tehran rejimindən hansısa obyektivlik gözləmək olmaz. “Molla rejiminin başıəmmaməliləri artıq açıq şəkildə, xüsusilə sözügedən məsələdə bu və ya digər şəkildə həddini aşır. Şəxsən mənim düşüncəmə görə, belə bir açıqlamanın verilməsi dolayısı ilə Azərbaycanın maraqlarını “barmağa dolamaq” cəhdi mənasını daşıyır. Deməli, uzun müddət əvvəl bir ölkənin səfirliyinə hücum olunub və belə bir həssas, diplomatik məsələdə “istintaq davam edir” kimi ifadənin işlədilməsi başından eləmək anlamından başqa heç nə deyil. Tehran rejiminin ədliyyə nazirliyinin rəsmi sözçüsü Məsud Setayişiyə sual etmək lazımdır ki, əgər sizin hər hansı bir xarici ölkədəki diplomatik nümayəndəliyinizə hücum aktı törədilsəydi, ölənləriniz və yaralannarınız olsaydı siz necə davranardınız? Bunu necə başa düşmək olar? Guya onlar deməsə idi ki, bu məsələ həssasdır biz də bunu bilməyəcəkdik?  Üstəlik, həmin cinayət işinə guya Tehranın Baş Prokuroluğunun ixtisaslaşmış şəxsləri baxırsa və həmin hadisənin üzərindən bu qədər uzun müddət keçibsə nəticəyə gəlmək olmazmı ki, Tehran prokurorluğu öz işinin öhdəsindən gələ bilmir? Bütün bunları necə anlaya bilərik?

Bu sualın cavabı bəsitdir – molla rejimi terror aktının törədilməsində bilavasitə iştirak edib və indi də bunun üstünü ört-basdır etmək üçün dəridən-qabıqdan çıxırlar.  Burada hər hansı bir obyektivlikdən ümumiyyətlə danışmaq olmaz!

Biz bütün bunlardan həm də belə nəticə hasil edə bilərik ki, İran terror dövlətidir və bu gün yalnız Azərbaycanın səfirliyinə hücum etməklə, diplomatik nümayəndələrimizi qətlə yetirməklə iş başa çatmır”. R.Rəsulov qeyd etdi ki, bilindiyi kimi, Tehranın xarici ölkələrdəki səfirliklərində ayrıca, qanunsuz, yəni gizli terrorçu şəbəkələri fəaliyyət göstərirlər. “Onların işləri molla rejiminə qarşı çıxış edən mühacirləri, hətta xarici vətəndaşları – jurnalistləri, ictimai-siyasi xadimləri neytrallaşdırmaqdan ibarətdir. Və bu kimi hadisələrin arxasında təzyiq siyasəti də dayanır. Misal üçün, Almaniyada təhsil alan, yaşayan Azərbaycan gəncinin öz tələbə yoldaşını ziyarət etmək üçün İrana getməsi və yoxa çıxması da bu silsilədəndir. Neçə gündür İrana müraciət olunub və cavab yoxdur! Budur reallıq və gerçəklik ki, Tehranın molla rejimi əlində olan hər fürsətdə özünün çirkin niyyətlərini həyata keçirir. Səfirliyimizə edilən hücumun arxasında dayanan rejimin isə nəticə ortaya çıxaracağına inanmıram. Amma bu o demək deyil ki, rəsmi Bakı bu məsələdən yan keçəcək. Əsla belə olmayacaq və Tehrandakı terror aktının hesabı sorulacaq. Və bir azərbaycanlı olaraq biz də bu məsələdə daim səsimizi ucadan çıxarmalı, fars-molla rejiminin qaniçənlik siyasətinə qarşı sözümüzü deməliyik”.

Azərbaycanla bu məsələdə Tehran rejiminin əməkdaşlıq etmək istəməməsinə gəlincə, R.Rəsulov qeyd etdi ki, burada qaranlıq bir şey yoxdur, birgə əməkdaşlıq edilərsə bu terror cinayətinin molla rejiminin özü tərəfindən törədildiyi bir daha ifşa olunar. “Molla rejiminin deməyə heç bir sözü qalmayıb, baş verənlərin terror hadisəsi olduğu, arxasında rejimin özünün dayandığı ilk gündən ortadadır. Rejim sadəcə bu cür qondarma məhkəmə şousu ilə vaxtı uzatmağa çalışır ki, bəlkə nəsə sivişib çıxa bildi, amma bu da mümkün olmayacaq. Azərbaycan məsələnin üstündə ciddi dayanıb”-deyə R.Rəsulov əlavə etdi.

Əli TURABOV 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ