Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir.
Bunu Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı deyib.
Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.