Bazar günü günü, 13 sentyabr 2026
     

İlham Əliyevin Almaniya liderlərilə önəmli təkbətək görüşləri - yeni Qarabağ bəyanatları gəldi... - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

XXX

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dedi:

- Əziz həmkarım, cənab Prezident.

Bakıda bizim görüşlərimizi xatırlayıram. Mən səfər edəndə başqa vəzifədə idim. İndi zaman başqadır. Ətrafımızda çətinliklər vardır. Biz vəziyyəti təhlil etdik. İndi Rusiyanın Ukraynaya təcavüzündən bir il keçir. Bunun siyasi mühit, iqtisadi vəziyyət üçün nə kimi təsiri var? Bizim Azərbaycanla Ermənistan arasındakı münaqişə barədə danışmaq şansımız oldu. Hər ikimiz bunun uğura gətirib çıxaracağına həqiqətən ümid edirik. Bu, mürəkkəb bir münaqişədir. Ötən müddət ərzində irəliyə doğru bir neçə addım atılıb. Şarl Mişellə danışıqlar prosesi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Sağ olun, cənab Prezident. Almaniyaya yenidən səfər etdiyim üçün çox şadam. Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz kimi, biz Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq.

Almaniya Prezidenti qeyd etdi ki, dövlətimizin başçısı ilə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr aparılıb və o, sülh müqaviləsinin imzalanacağına ümidvardır.

Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini qeyd etdi, bu əsnada tezliklə Brüsseldə görüşün keçiriləcəyinə ümidvar olduğunu dedi. Almaniya Prezidenti əlavə etdi ki, Şarl Mişelin missiyasına hər iki tərəfin etimadı var. O, həmçinin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkinin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə ciddi dəstək və töhfə verdiyi bildirdi.

Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyanı, Brüssel sülh gündəliyini dəstəkləyir. Məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyi platformasının müəyyən olunduğunu diqqətə çatdırdı.

Dövlətimizin başçısı qeyd etdi ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir. Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən müəyyən olunmuş nümayəndə martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşüb, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyəti nümayəndələri reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunub.

Azərbaycan Prezidenti İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu qeyd etdi, separatist meyillərə münasibətdə vahid mövqeyin nümayiş etdirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın Laçın yolu ilə bağlı məsələsinə toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın iddialarının tamamilə əsassız olduğunu bildirdi, yol üzrə hərəkətin təmin edildiyini, dekabr 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsinin, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğuladı.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirdi.

Dövlətimizin başçısı üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini dedi və Laçın yolunun son nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi barədə məlumat verdi. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə region üçün yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan yaranacağını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın hazırda öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması üzrə işləri sürətli şəkildə davam etdirdiyini bildirdi.

Görüşdə regional və qlobal gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə də təkbətək görüşü olub.

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

XXX

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib.

XXX

Daha sonra Prezident İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts mətbuata birgə bəyanatla çıxış ediblər.

Əvvəlcə Almaniya Kansleri Olaf Şolts mətbuata bəyanatla çıxış etdi.

Kansler Olaf Şoltsun bəyanatı

- Hörmətli xanımlar və cənablar.

Mən bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Berlində ürəkdən salamlayıram. Biz elə indicə ikitərəfli əməkdaşlığımızı necə dərinləşdirəcəyimiz haqqında gözəl fikir mübadiləsi apardıq. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərimizin 30 illik yubileyini də qeyd etdik. Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyirlər. Bu necə mümkündür və əsasən də ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, həmçinin bu sualı da biz görüş çərçivəsində müzakirə etdik.

Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur.

Cənab Prezident Əliyev və mən Rusiyanın Ukraynaya hücumu haqqında da fikir mübadiləsi apardıq. Həmçinin bu hücumun, bu müharibənin Azərbaycana və Cənubi Qafqaza təsiri haqqında da fikir mübadiləsi apardıq. Mən öz mövqeyimizi açıq şəkildə ifadə etdim. Bizim fikrimizcə, Rusiyanın təcavüz müharibəsi beynəlxalq hüquqa açıq şəkildə ziddir. Rusiyanın bu işğalçı müharibəsi yeni bir epoxanın, belə deyək ki, başlanğıcını geosiyasi nöqteyi-nəzərdə işarələyir.

Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır. Təbii ki, burada gərginliyin artması təhlükəsi mövcuddur və son aylar, son həftələr baş verən hadisələr bunu göz qabağına gətirdi. Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır. Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur, Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edilib.

Cənab Əliyev və mən eyni fikirdəyik ki, bu münaqişə tez bir zamanda öz əllini tapmalıdır. Azərbaycan və Almaniya Avropa Şurasının üzvüdür. Biz həmin bu üzvülüklə üzərimizə öhdəlik götürmüşük ki, insanların hüquqları, demokratiya qorunsun, hüquqi dövlətçilik qorunsun. Biz belə düşünürük ki, demokratiyanın ayrılmaz bir hissəsi canlı mülki cəmiyyətdir. Çünki canlı mülki cəmiyyətdən hər bir cəmiyyət ancaq faydalana bilər.

Hörmətli xanımlar və cənablar, bu çətin dövrdə belə müsbət bir danışığın aparılmasından məmnunluq duydum. Biz cənab Prezidentlə belə qərara gəldik ki, sıx əlaqədə qalaq və əməkdaşlığımızı davam etdirək. Cənab Prezident buyurun.

x x x

Sonra Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Təşəkkür edirəm, hörmətli cənab Kansler.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir.

Siz qeyd etdiyiniz kimi, bir çox məsələlər bu gün müzakirə olundu, o cümlədən Avropa İttifaqı-Azərbaycan əlaqələri. Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik.

Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.

Bütövlükdə biznes imkanları çox genişdir. Mən almaniyalı iş adamlarını Azərbaycana dəvət etdim ki, onlar gəlsinlər və bizim müvafiq qurumlarla təmaslar əsnasında gələcək biznes imkanlarını yaxından incələsinlər.

Cənab Kanslerin dediyi kimi, biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı mən Azərbaycanın mövqeyini bildirdim. İstəyirəm ki, Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur.

Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq.

İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır. Təşəkkür edirəm.

x x x

Sonra mətbuat nümayəndələrinin sualları cavablandırıldı.

Aparıcı: Əgər suallarınız varsa, buyurub verə bilərsiniz.

ARD televiziyasından Nikol Konat: Cənab Kanslerə başqa bir mövzu ilə əlaqədar sualım var. Amerikan bank sektoru ilə, “Silicon Valley Bank”la əlaqədardır. Almaniya nöqteyi-nəzərindən çıxış etsək, Sizcə bizim sərmayələrimizin təhlükəsizliyi təmin olunacaq, yoxsa yox?

Kansler Olaf Şolts: Mən düşünürəm ki, biz 2009-cu ildəki bank böhranına baxsaq, bugünkü durumumuz daha yaxşıdır. Biz ötən böhrandan bir çox şeyi öyrəndik və aktual duruma hazırıq. Ona görə düşünürəm ki, narahatçılığa ehtiyac yoxdur. Amerikanın, Britaniyanın, Almaniyanın reaksiyasına əsasən demək olar ki, hər şey, vəziyyət dəqiq qiymətləndirilir, nəzarət altındadır və müəyyən tədbirləri görmək üçün imkan mövcuddur. Ona görə Almaniyada narahat olmağa ehtiyac yoxdur, mən belə düşünürəm.

REAL televiziyasından Kamran Qasımov: Cənab Kansler, sualım Sizədir. Martın 2-də Ermənistanın baş naziri ilə keçirilən mətbuat konfransında bildirdiniz ki, münaqişə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ əsasında həll oluna bilər və bu prinsiplər hamı üçün eynidir. Sualım belədir, yəni bu prinsiplər Cənubi Osetiya, Abxaziya, Donbas, Dnestryanı kimi ərazilərə də şamil oluna bilərmi, şamil olunurmu? Təşəkkür edirəm.

Kansler Olaf Şolts: Sualınıza görə təşəkkür edirəm. Çox asan cavab verə bilərəm. Biz aktual bir münaqişəni götürək. Tutalım Rusiyanın cəhdi, Ukraynanın bir hissəsini zəbt etsin, biz buna heç vaxt yol vermərik, biz bununla razı deyilik və bu, yalançı referendumların nəticəsi kimi Zaporojiyanı, Luhanskı, Xersonu və digər hissələri özünə cəlb etməklə deyil, yəni zəbt etməklə deyil. Biz bununla razı deyilik və biz burada öz mövqeyimizi aydın şəkildə bildirdik ki, BMT-nin Nizamnaməsi buna yol vermir, bu hərəkət beynəlxalq hüquqa ziddir. Eyni zamanda, öz mövqeyimizi aydın şəkildə bildirdik ki, axı biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq.

-Cənab Prezident, sual Sizədir. Siz Avropaya və Almaniyaya qaz ixracı haqqında məlumat verdiniz. Siz hansısa bir miqdarı deyə bilərsinizmi? Tutalım, Almaniyaya və yaxud Avropaya hansı miqdarda qaz göndərə bilərsiniz? Sizin şərtləriniz nədir? Ölkənizin şərtləri nədir? Uzunmüddətli əməkdaşlıqmı olmalıdır? Federal Kanslerə də sualım var. Cənab Kansler, Siz nə deyirsiniz, Qarabağ Azərbaycandırmı? Siz bayaq dediniz Dağlıq Qarabağı respublika kimi tanımırsınız. Qarabağ Azərbaycandırmı?

Prezident İlham Əliyev: Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın 10 ölkəsindən, ən azı 10 ölkəsindən sifarişlər gəldi. Təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da ki, artıq qaz təchiz etdiyimiz ölkələrdə qaz həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qazı Avropa məkanına çatdırmağı planlaşdırırıq. Onu da bildirməliyəm ki, bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, bizim üçün ən böyük bazar olan Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün əlbəttə ki, yeni kontraktlar imzalanmalıdır. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən Rumıniyaya çatdırılmağa başlanmışdır. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Təbii ki, Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Çünki yaxşı bilirik ki, Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və biz uzunmüddətli kontraktlarda maraqlıyıq. Ümid edirəm ki, biz bu məsələləri bir-biri ilə uzlaşdıra bilərik. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərinə qoyulan sərmayəni nəzərə alsaq, hazırda elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz da Avropaya ixrac edilə bilər və beləliklə, gələcəkdə bizim nəzərdə tutduğumuzdan daha böyük rəqəmlə bizim ixracatımız ölçülə bilər.

Kansler Olaf Şolts: Suala görə təşəkkür edirəm.

Cənab Prezident, Sizin verdiyiniz məlumata görə təşəkkür edirəm. Ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi miqdar təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Yenidən bərpaolunan enerji üzrə infrastrukturun inkişafı, tikintisi hər ikimizin marağına uyğundur. Təbii ki, yaşıl enerjinin də Azərbaycandan ixracı üçün potensial mövcuddur. Bu sahədə həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik.

İkinci sualla əlaqədar qeyd etmək istərdim ki, Almaniya hələ o vaxt beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir.

Azərbaycanın İctimai Televiziyasından Fikrət Doluxanov: Cənab Kansler, sualım Sizədir. Statistikaya baxsaq, görərik ki, 2021-ci ildə Almaniyanın Ermənistana ixracı 178 milyon avro təşkil edib. 2022-ci ildə isə bu rəqəm artıq 505 milyon avroya çatıb. Eyni zamanda, Avropa İttifaqının Ermənistana ixracı 2021-ci ildə 753 milyon avro idisə, 2022-ci ildə artıq bu rəqəm 1,3 milyard avroya çatdı. Maraq doğuran fakt odur ki, Ermənistanın Rusiyaya ixracı 2021-ci ildə 800 milyon dollar idi. 2022-ci ildə isə bu rəqəm üçqat artdı və faktiki olaraq 2,4 milyard dollara çatdı. Bu təəccüb doğuran rəqəmlər Avropa İttifaqında və Almaniyada araşdırılırmı? Çünki bu rəqəmlər faktiki olaraq Ermənistanın Rusiyaya qarşı qoyulan sanksiyalardan yayınmasını göstərir, sübut edir. Bu, Almaniya və Avropa İttifaqı tərəfindən araşdırılacaqmı və Ermənistan bu fəaliyyətə görə hansı formada cəzalandırıla bilər? Çox sağ olun.

Kansler Olaf Şolts: Sualınıza görə təşəkkür edirəm. Qısaca cavab verim. Biz müxtəlif ölkələrin ixraca-idxala aid müxtəlif rəqəmlərinə baxmışıq, nəzərdən keçirmişik, həm Almaniyada, həm Avropa İttifaqı üzrə. Harada artmalar nəzərə çarpır, təbii ki, yoxlayırıq, iqtisadiyyatın inkişafı iləmi əlaqədardır, nə ilə əlaqədardır? Avropa İttifaqının adi bir rutinasıdır ki, dünyada hər bir ölkəyə diqqətlə baxsın. Bununla əlaqədar müvafiq ofislər var, hansı ki, bununla birbaşa məşğuldurlar. Biz hamıya deyirik, hər bir ikitərəfli danışıqlarda da deyirik, xahiş edirik diqqət yetirin ki, sanksiyalardan yan keçilməsin. Avropa Komissiyasının prezidenti də bu fikri açıq şəkildə bildirmişdir. Təşəkkür edirik.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ