1990-cı illərdə SSRİ-nin dağılmasından sonra ölkələr müstəqillik əldə etməyə başlayanda onların hər birinə “qurucu ata” lazım idi. Azərbaycan üçün bu, Heydər Əliyev idi.
Trend-in məlumatına görə, bu barədə Serbiyanın sabiq prezidenti Boris Tadic "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbir zamanı deyib.
“Sovetlər dağıldıqdan sonra ölkələr müstəqillik əldə etdi və bu ölkələr transformasiya prosesindən keçdi. Bu prosesə uğurla rəhbərlik edənlər həmin xalqların atası adını aldı ki, Heydər Əliyev də bu liderlər sırasında idi.
Gücü həmişə yaxşı məqsəd üçün istifadə etmirlər, amma gücün dövlət quruculuğunda xalqın formalaşması istiqamətində istifadə edilməsini biz Azərbaycanda gördük”, - deyə o əlavə edib.